Yasamalda "patı" satanlar saxlanıldı VİDEO FOTO
Kriminal 25 Yan 2023 17:31:00 435 0
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.
Bu xəbəri də oxu: “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib VİDEO FOTO
DİNdən bildirilib ki, saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.
Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multi
"Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatın məqsədi insa
Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi yanvarın 27-28-i Azərbaycana səfər
Almaniya hökuməti Ukraynaya "Leopard 2" tanklarının tədarükünü
"Fransa açıq-aşkar Cənubi Qafqazda özünə yer etmək niyyətindədir&
Avtomobil istehsalçısı "Volvo" əyləc dəstəyi sistemindəki nasa
"Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət x
Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi g
Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın
İranda molla rejiminə qarşı etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edi
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya o
Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafınd
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd