Heyvanların şüuru varmı?


Digərləri 24 Yan 2023 22:55:00 174 0

Heyvanların şüuru varmı?

Bir çox insanların zehnini məşğul edən suallardan biri də budur ki, görəsən heyvanlar öləndən sonra məhşur olacaqlarmı? Onların da hesabı vardırmı?

Məlum olduğu kimi bu sualların cavabı şüurun olub-olmamasından bilavasitə asılıdır. Quran ayələrini və hədisləri araşdıran zaman bu nəticəyə gəlmək olur ki, heyvanlar da məhşur olacaqlar və Allah dərgahında hesab verəcəklər. Allah Təala Quranda buyurur: "Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki,(yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar". ("Ənam" 38).

"Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman",. ("Təkvir" 5). Bu ayələrdən göründüyü kimi heyvanlar da Qiyamət günü məhşur olacaq və hesab verəcəklər. Bəs onların hesabı necə olacaqdır? (Tebyan) İnsanın Qiyamət günü hesab verməsinin əsl meyarı - şüur və fitrətə malik olmasıdır. İnsan ağlının yardımı ilə peyğəmbərlərin (ə) dəvətini qəbul edər və ona etiqad bəsləyər. Bəs heyvanların şüuru vardırmı? "Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: "Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir"". ("Nəml" 16). Bu ayə ona işarə edir ki, heyvanların nitqi vardır və nitq idrak olmadan mövcud ola bilməz. "Nəhayət, (onlar) "Vadin-nəmlə" (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə)dedi: "Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!"". ("Nəml" 18). Qarışqanın danışması və Süleymanı (ə) tanıması onun şüura malik olmasından xəbər verir. Quran hud-hudun dilindən buyurur: "Beləliklə çox keçmədi ki, Hud-hud (qayıtdı və) dedi: "Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün "Səba" şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm". "Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır". "Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər". ("Nəml" 22-24). Tövhidi, şirki tanımaq, şirkin çirkin əməl olduğunu bilmək - şüurdan xəbər verir. Quran ayələrində oxuyuruq ki, heyvanlar Allaha təsbih edər, ibadət edərlər. "Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir". ("Nur" 41). Bu ayə təsdiq edir ki, onların namaza elmləri vardır və əgər elmləri vardırsa deməli şüurları da vardır. Ona görə də o məxluq Qiyamət günü hesaba çəkilər ki, şüur və idraka malik olsun. Yuxarıdakı ayələrdən belə nəticəyə gəlmək olur ki, heyvanların da özünəməxsus şüur və idrakları mövcuddur. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Qiyamət günü bəzi heyvanlar Allaha şikayət edəcəklər ki, filankəs mənim haqqımda zülm etmişdir. Məni səbəbsiz yerə öldürmüşdür. Allah Təala bu dünyada heç bir şeyi yersiz yerə yaratmamışdır. Heyvanların da ruhu vardır və onlar da Qiyamət günü yenidən diriləcək və hesab verəcəklər. Amma onların hesabı nədir, necədir - bu, ayrı bir mövzudur.

Ukrayna 200 kadırovçunun olduğu kazarmaya like
  • 24 Yan 22:51  
Siyasət Ukrayna 200 kadırovçunun olduğu kazarmaya

Ukrayna ordusu Mariupolda Rusiya Silahlı Qüvvələrinə məxsus kazarmaya zər

arrow Ətraflı
O zaman Həzrət İsrafilin suru 3 dəfə çalınar like
  • 24 Yan 22:50  
Digərləri O zaman Həzrət İsrafilin suru 3 dəfə çalınar

İnsan bu dünyanı ana bətnində böyüyərək dərk edər. Bu, elə bir evdir

arrow Ətraflı
Almaniyadan qərar: Ukraynaya "Leopard" like
  • 24 Yan 22:49  
Siyasət Almaniyadan qərar: Ukraynaya "Leopard"

Almaniya Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı q�

arrow Ətraflı
İrəvanda 15 hərbçinin ölümü ilə əlaqədar like
  • 24 Yan 22:46  
Siyasət İrəvanda 15 hərbçinin ölümü ilə əlaqədar

İrəvanda hökumət binası önündə 15 hərbçinin hərbi hissədə yanaraq �

arrow Ətraflı
Putin: Rusiya HHMləri dünyanın like
  • 24 Yan 22:44  
Siyasət Putin: Rusiya HHMləri dünyanın

Rusiya havadan müdafiə sistemləri dünyanın ən yaxşılarından biridir.

arrow Ətraflı
Laçın yolu ilə bağlı yayılan məlumatların çoxu yalandır, yol bağlanmayıb like
  • 24 Yan 22:43  
Siyasət Laçın yolu ilə bağlı yayılan məlumatların çoxu yalandır, yol bağlanmayıb

Fransanın "Revue Conflits" saytı Azərbaycanın Fransadakı səfiri

arrow Ətraflı
Ukraynadan Belarusa like
  • 24 Yan 22:42  
Siyasət Ukraynadan Belarusa

Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib

arrow Ətraflı
Nə cür qadınla evlənmək məsləhətdir? like
  • 24 Yan 22:40  
Digərləri Nə cür qadınla evlənmək məsləhətdir?

Müsəlman Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının izdivacla

arrow Ətraflı
Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük like
  • 24 Yan 22:38  
Siyasət Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük

Azərbaycanın mövqeyi belədir: ərazi bütövlüyümüzü qorumaq və biz Erm

arrow Ətraflı
Laçın Xankəndi yolundakı aksiya 44 gecədir like
  • 24 Yan 22:37  
Siyasət Laçın Xankəndi yolundakı aksiya 44 gecədir

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarab

arrow Ətraflı
Azərbaycanda hər il 1000 ürək qüsurlu like
  • 24 Yan 22:35  
Digərləri Azərbaycanda hər il 1000 ürək qüsurlu

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biri

arrow Ətraflı
İtaliyada yeddi mafia üzvü telefon dinləməsinin like
  • 24 Yan 22:32  
Dünya İtaliyada yeddi mafia üzvü telefon dinləməsinin

"Cosa Nostra" mafioz qrupunun üzvü olan daha yeddi nəfər həbs edi

arrow Ətraflı
Teztez gəyirmək hansı təhlükəli xəstəliyin like
  • 24 Yan 22:30  
Digərləri Teztez gəyirmək hansı təhlükəli xəstəliyin

Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəli

arrow Ətraflı
Bolqarıstan iki ildə beşinci parlament like
  • 24 Yan 22:28  
Siyasət Bolqarıstan iki ildə beşinci parlament

Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bi

arrow Ətraflı