Nə cür qadınla evlənmək məsləhətdir?


Digərləri 24 Yan 2023 22:40:00 330 0

Nə cür qadınla evlənmək məsləhətdir?

Müsəlman Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının izdivacla bağlı qədim adət-ənənələri çoxdur. Bunların bir qismi tərəf-müqabilini seçməklə bağlıdır. Keçmişdə bir qayda olaraq ana öz oğlu üçün həyat yoldaşı seçirdi. Bu zaman ana öz gələcək gəlininin həm zahiri görünüşünü, həm xasiyyətini, həm də evdarlıq vərdişlərinə nə dərəcədə bələd olmasını əyani olaraq müşahidə edə bilirdi. Bəzən isə oğlanla qızın bir-birini görüb bəyənmələri üçün onları guya təsadüfi bir şəraitdə (məsələn, qohumlardan birinin evində) görüşdürürdülər.

Hal-hazırda gənclərin əksəriyyəti bu cür adətləri geriliyin qalığı kimi qəbul edir. İndi cavanlar özləri tanış olub görüşməyə və bir-birinin xasiyyətini yaxından öyrənməyə üstünlük verirlər. Təbii ki, bu zaman onlar əslində çox böyük bir məsuliyyəti öz üzərlərinə götürmüş olurlar. Çünki əvvəla, tərəf-müqabilini düzgün seçməyin və səhvə düçar olmamağın cavabdehliyi gənclərin öz öhdəsinə düşür, artıq onlar bu məsələdə öz valideynlərini günahlandıra bilməyəcəklər. İkincisi, cavanlar diqqətli olmalıdırlar ki, tanışlıq zamanı günaha yol verməsinlər, şəriətin nəzərdə tutduğu normaları pozmasınlar.

Bəs, oğlanlar ailə qurmaq üçün özlərinə tərəf-müqabili seçərkən, hansı şərtlərə əməl etsinlər? Nə cür qızlarla (qadınlarla) evlənmək məsləhətdir? Aşağıda bu barədə dini mətnlərimizdə rast gəlinən bir neçə hədisi diqqətinizə təqdim edirik. Əvvəlcədən qeyd edirik ki, bunlar danışılan mövzu haqqındakı hədislərin yalnız bir qismidir. İkincisi, burada deyilən məsələlərlə razı olub-olmamaq ixtiyarını oxucuların öhdəsinə buraxırıq. Çünki burada deyilənlərin heç birinə əməl etmək vacib deyil. Bunları müqəddəslərimizin izdivaca hazırlaşan şəxslərə yalnız bir tövsiyəsi kimi qəbul etmək lazımdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) öz gələcək həyat yoldaşları ilə evlənmək istəyəndə, bir qadın göndərib tapşırardı ki, ona baxıb gözəlliyini qiymətləndirsin. Həmçinin ona tapşırardı ki, evlənmək istədiyi qadının boynunun qoxusuna diqqət yetirsin. Qadının boynundan xoş ətir gəlməsi onunla ünsiyyəti xoşagələn edir.

Burada bir məqamı qeyd edirik ki, əvvəla, Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hərəkəti heç də o həzrəti şəhvətpərəst qəbul etməyə əsas verməz. Tarixdən məlumdur ki, Peyğəmbərin evləndiyi bütün xanımlar yaşlı və dul olmuşlar (yəni ya onların əvvəlki həyat yoldaşları vəfat etmiş, ya da boşanmışdılar). Yalnız ümmül-möminin Aişə peyğəmbərimizə ərə gedən zaman cavan və bakirə idi. Sadəcə olaraq, Peyğəmbərimiz ailəyə böyük əhəmiyyət verir və səmimi, problemsiz ailə həyatını insana psixoloji və bioloji rahatlıq gətirən əsas amillərdən hesab edirdi. Ona görə də o həzrətin evlənməzdən əvvəl özünü gələcək xoşagəlməz hallardan sığortalamaq istəyini tam normal qəbul etməliyik. İkincisi, Peyğəmbərin bütün hərəkətləri və kəlamları yalnız o həzrətin özünə aid deyil, bütünlükdə İslam ümməti üçün əhəmiyyətlidir. Peyğəmbər hər bir hərəkəti və sözü ilə müsəlmanlara yol göstərir, öyrədirdi. Məhz bunun sayəsində indi bizim Quranla yanaşı sünnə kimi zəngin irsimiz var. Ona görə də Peyğəmbərin qadın seçimində tövsiyə etdiyi yuxarıdakı şərtləri yalnız o həzrətin şəxsi həyatı ilə məhdulaşdırmağımız düzgün olmazdı.

İmam Zeynül-abidin (ə) tövsiyə edirdi: "Hər kim evlənmək istəsə, qadının sifətinin gözəlliyi barədə soraqlaşdığı kimi, saçları barədə də soruşsun. Çünki saç - gözəlliyin iki qismindən biridir (yəni yarısıdır)".

Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük like
  • 24 Yan 22:38  
Siyasət Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük

Azərbaycanın mövqeyi belədir: ərazi bütövlüyümüzü qorumaq və biz Erm

arrow Ətraflı
Laçın Xankəndi yolundakı aksiya 44 gecədir like
  • 24 Yan 22:37  
Siyasət Laçın Xankəndi yolundakı aksiya 44 gecədir

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarab

arrow Ətraflı
Azərbaycanda hər il 1000 ürək qüsurlu like
  • 24 Yan 22:35  
Digərləri Azərbaycanda hər il 1000 ürək qüsurlu

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biri

arrow Ətraflı
İtaliyada yeddi mafia üzvü telefon dinləməsinin like
  • 24 Yan 22:32  
Dünya İtaliyada yeddi mafia üzvü telefon dinləməsinin

"Cosa Nostra" mafioz qrupunun üzvü olan daha yeddi nəfər həbs edi

arrow Ətraflı
Teztez gəyirmək hansı təhlükəli xəstəliyin like
  • 24 Yan 22:30  
Digərləri Teztez gəyirmək hansı təhlükəli xəstəliyin

Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəli

arrow Ətraflı
Bolqarıstan iki ildə beşinci parlament like
  • 24 Yan 22:28  
Siyasət Bolqarıstan iki ildə beşinci parlament

Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bi

arrow Ətraflı
Filippində sərnişin təyyarəsi like
  • 24 Yan 22:26  
Dünya Filippində sərnişin təyyarəsi

Filippinin Kauayan şəhərindən havaya qalxan Cessna 206 tipli sərnişin təy

arrow Ətraflı
Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır like
  • 24 Yan 22:25  
Digərləri Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır

Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksin�

arrow Ətraflı
“Bu, heç vaxt bitməyəcək, sadəcə like
  • 24 Yan 22:23  
Digərləri “Bu, heç vaxt bitməyəcək, sadəcə

Bakıda sevgi münasibətində olduğu qızı və rəfiqəsini intihara cəhd h�

arrow Ətraflı
Azərbaycan və İran XİN rəhbərləri bu məsələləri like
  • 24 Yan 22:22  
Siyasət Azərbaycan və İran XİN rəhbərləri bu məsələləri

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daş

arrow Ətraflı
Zaxarova QuraniKərimin yandırılmasına like
  • 24 Yan 22:21  
Siyasət Zaxarova QuraniKərimin yandırılmasına

"Dini baxışlara hörmət seçim deyil, zərurətdir".

arrow Ətraflı
Alimlərin məqamı və onlara itaət etmək like
  • 24 Yan 22:20  
Digərləri Alimlərin məqamı və onlara itaət etmək

İmam Sadiq (ə) buyurub: فَأمَّا مَن کَانَ مِن الفُقِ�

arrow Ətraflı
Keyfiyyətli çay 2 dəhşətli xəstəliyin dərmanıdır – like
  • 24 Yan 22:15  
Digərləri Keyfiyyətli çay 2 dəhşətli xəstəliyin dərmanıdır –

Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara �

arrow Ətraflı
Qeybə çəkilmə yox olma deməkdir? like
  • 24 Yan 22:10  
Digərləri Qeybə çəkilmə yox olma deməkdir?

İmamın (ə.f) qeybdə olması heç də Həzrətin (ə.f) vücudunun görünmə

arrow Ətraflı
Dəridə xırda qırmızı xətlər qaraciyərin like
  • 24 Yan 22:05  
Digərləri Dəridə xırda qırmızı xətlər qaraciyərin

Beldən yuxarı hissədə, qollarda, kürəkdə qırmızı xətlər, cızıqlar

arrow Ətraflı