Laçın Xankəndi yolundakı aksiya 44 gecədir
Siyasət 24 Yan 2023 22:37:00 313 0
Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Bu xəbəri də oxu: Prezident sərəncam imzaladı
"Report"un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.
Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.
Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biri
"Cosa Nostra" mafioz qrupunun üzvü olan daha yeddi nəfər həbs edi
Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəli
Bolqarıstan Prezidenti Rumen Radev 48-ci parlament hökuməti formalaşdıra bi
Filippinin Kauayan şəhərindən havaya qalxan Cessna 206 tipli sərnişin təy
Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksin�
Bakıda sevgi münasibətində olduğu qızı və rəfiqəsini intihara cəhd h�
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daş
İmam Sadiq (ə) buyurub: فَأمَّا مَن کَانَ مِن الفُقِ�
Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara �
İmamın (ə.f) qeybdə olması heç də Həzrətin (ə.f) vücudunun görünmə
Beldən yuxarı hissədə, qollarda, kürəkdə qırmızı xətlər, cızıqlar
Sabah gecə saatlarında Bakıda 3 dərəcə şaxta olacaq.
İmam Sadiq (ə) buyurur: "Hər bir müsəlmana lazımdır ki, namazını �