On ikinci imam qeybdədir, ya doğulacaq?
Digərləri 24 Yan 2023 21:10:00 316 0
Əhli-beyt ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin varisi və ümmətə rəhbərlik edəcək şəxslərin sayı on ikidir. Bu on iki şəxs Həzrət Peyğəmbərin (s) nəslindən gələn və onun övladı hesab edilən on iki imamdır. İslam Peyğəmbəri (s) ümmətinə on iki imamı tanıtmış, hətta onların adlarını belə açıqlamışdır: 1. İmam Əli (ə) 2. İmam Həsən (ə) 3. İmam Hüseyn (ə) 4. İmam Zeynül-abidin (ə) 5. İmam Muhəmməd Baqir (ə) 6. İmam Cəfər Sadiq (ə) 7. İmam Musa Kazim (ə) 8. İmam Rza (ə) 9. İmam Muhəmməd Təqi (ə) 10. İmam Əli Nəqi (ə) 11. İmam Həsən Əskəri (ə) 12. İmam Mehdi (ə.f) Bütün İslam ümməti sonuncu İmamın (ə.f) zühurunu gözləməkdədir. Hələ on iki imam dünyaya gəlməmişdən əvvəl peyğəmbər səhabələri Həzrət Muhəmməddən (s) sonra on iki şəxsin ümmətə rəhbərlik edəcəyi əqidəsinə malik idilər. Məşhur sünni alimi İsmayıl Buxari ''Səhih Buxari'' kitabının 9-cu cild, 101-ci səhifəsində yazır: "Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir"'. Tirmizi "Səhih"inin 2-ci cildində və Əhməd ibn Hənbəl "Müsnəd"ində (c. 1, səh.9; c. 2, səh.101; c. 5, səh.92) Cabirdən nəql edərək belə qeyd edirlər: "Peyğəmbər buyurdu ki, İslam dini hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır". Əhli-beyt ardıcılları Qüreyş qəbiləsindən olan və ümmətə rəhbərlik edəcək on iki şəxsin məhz Peyğəmbər nəslindən olacağını və sonuncu, on ikinci İmamın qeybdə olmasını qəbul edirlər. Bu barədə onların əlində tutarlı dəlil və sübutlar vardır. Həzrət Peyğəmbər (s) bütün zamanlara aid edilən bir hədis buyurmuşdur: "Hər kəs ölə və öz zamanının imamını tanımaya, cahiliyyət dövrünün insanları kimi ölmüşdür". Bu hədisi bir çox məşhur əhli-sünnə alimləri öz kitablarında yazmışlar. Əhli-sünnə alimləri bu hədisin bir neçə ünvanını qeyd etmişdir: 1) "Səhih Müslim", c.12, səh.440. 2) "Səhih Buxari", c.5, səh.13. 3) "Kənzül-Ümmal", c.1, səh.103. 4) "Müsnəd Əhməd", c.4, səh.96 və s. mənbələrdə qeyd edilmiş bu hədis sonuncu imamın varlığına sübutlardan biri kimi qəbul olunur. Hədisdən aydın olur ki, hər bir zamanın imamı var. Görəsən, bu zamanın imamı kimdir? Cavab budur ki, indiki zamanın imamı və on ikinci imam Həzrət Mehdidir (ə.f.). Onu görmək mümkün deyil, o, qeybdədir. Sünni və şiə alimlərinin qəbul etdiyi tarixi sənədlərdə qeyd edilmişdir ki, İmam (ə.f) dünyaya gəldikdən sonra Allahın iznilə qeybə çəkilib və hal-hazırda qeybdədir. Sünni alimi Təbəri on ikinci imamın qeyb zamanında yaşamış və həmin dövrdə ''Tarixur-rəsul vəl-müluk'' kitabında həmin tarixi hadisəni qeyd etmişdir. Kitab''Tarixi-Təbəri'' adı ilə məşhurdur. Bundan əlavə ''Tənbihul-əşraf'' və ''Murucus-zəhəb'' kitablarında da adıçəkilən hadisə barədə məlumat əldə edə bilərsiz. Əhli-sünnə məzhəbində İmam Mehdinin (ə.f) qeybə çəkilməsi barədə 500-dən artıq hədis mövcuddur.
Bu xəbəri də oxu: Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür FOTO
"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngi
Alimlər sürvə- şalfey bitkisinin bədəndə iltihabı azaldıb, pis xolester
Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydas�
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koron
Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfir
Türkiyəli müğənni Sibel Can bu il ard-arda konsert proqramları ilə çıx�
Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçiv
Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, bəzi sosial şəbək
Şuşada keçirilən "Xarı bülbül" Musiqi Festivalında "Qarab
Amerikalı aktyor Alek Bolduin tərəfindən çəkiliş meydançasında təsadü
Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr"
Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən q
"Şahmaran" serialının ulduzu Burak Denizin yarıçılpaq fotosu vir
Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım