Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar açıqlandı


Şou-biznes 24 Yan 2023 20:00:00 198 0

Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar açıqlandı

Amerikalı aktyor Alek Bolduin tərəfindən çəkiliş meydançasında təsadüfən vurulan operatorun ölüm hadisəsinə baxmayaraq, "Pas" ("Rust") filminin çəkilişləri davam edəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rust Movie Productions" şirkətinin vəkili Melina Spedaun xəbər verib.

"Cənab Bolduinin baş rolda və Coel Souzanın rejissoru olduğu film tamamlanmaq üzrədir", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, çəkiliş prosesində baş verənlərə nəzarət edəcək xüsusi təhlükəsizlik müfəttişləri və həmkarlar ittifaqı üzvləri iştirak edəcək. Həmçinin çəkilişdə həqiqi silah və hər hansı bir döyüş sursatı istifadə etmək qadağan olunacaq.

Xatırladaq ki, Nyu-Meksiko ştatının prokurorluğu aktyor Alek Bolduini "Pas" filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsi ehtiyatsızlıqdan qətlə yetirmədə ittiham etmək qərarına gəlib.

Ukrayna əsilli Hatçins 2021-ci ilin oktyabrında öldürülüb. Bolduin təsadüfən onun sinəsinə tapança ilə atəş açıb. Filmin rejissoru Coel Souza da çiynindən yaralanıb, lakin sağ qalıb.

Hadisə aktyorun filmdən bir səhnəni məşq edərkən yaşanıb. O, tapançanın boş patronlarla doldurulduğundan əmin olub. Tapançadakı güllə isə həqiqi olub.

Çəkilişlərdə silahlara cavabdeh olan Hanna Qutyerres Red də eyni ittihamla mühakimə olunacaq.

Yanvarın sonuna kimi ittihamlar rəsmi şəkildə təqdim olunacaq. Aktyorun vəkili Lyuk Nikas Bolduinə qarşı irəli sürülən ittihamlara etiraz edəcəyini bildirib.

JanMişel Brən Aİnin sərhədə göndərdiyi növbəti missiyadan yazdı like
  • 24 Yan 19:59  
Siyasət JanMişel Brən Aİnin sərhədə göndərdiyi növbəti missiyadan yazdı

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr"

arrow Ətraflı
Antarktikada London böyüklüyündə aysberq qopdu  VİDEO  FOTO like
  • 24 Yan 19:51  
Dünya Antarktikada London böyüklüyündə aysberq qopdu VİDEO FOTO

Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən q

arrow Ətraflı
Burakın yarıçılpaq FOTOsu gündəm oldu like
  • 24 Yan 19:40  
Şou-biznes Burakın yarıçılpaq FOTOsu gündəm oldu

"Şahmaran" serialının ulduzu Burak Denizin yarıçılpaq fotosu vir

arrow Ətraflı
"15 yaşlı qızı doğrayıb kisəyə qoymuşdular"  VİDEO like
  • 24 Yan 19:31  
Digərləri "15 yaşlı qızı doğrayıb kisəyə qoymuşdular" VİDEO

Qərbi Azərbaycandan olan Məmmədovlar nəslinin nümayəndələri indi o yerl

arrow Ətraflı
Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildi like
  • 24 Yan 19:22  
Digərləri Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildi

Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəf

arrow Ətraflı
Bu gün Xankəndi yolundan 51 maşın maneəsiz keçib  FOTO like
  • 24 Yan 19:19  
Digərləri Bu gün Xankəndi yolundan 51 maşın maneəsiz keçib FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
"Azərbaycan həkimi “hüquqşünas”, “sosioloq”obrazından qurtulmalıdır" like
  • 24 Yan 19:04  
Digərləri "Azərbaycan həkimi “hüquqşünas”, “sosioloq”obrazından qurtulmalıdır"

Son günlər məşhur aparıcıların efirində reklam olunan həkimlərin ödə

arrow Ətraflı
Gürcüstandan Zaqatalaya böcək hücumu: "Çox təhlükəlidir" like
  • 24 Yan 19:00  
Digərləri Gürcüstandan Zaqatalaya böcək hücumu: "Çox təhlükəlidir"

Zaqatala və Balakən rayonlarında kütləvi şəkildə zərərli böcəklər

arrow Ətraflı
Xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası müəyyənləşdi like
  • 24 Yan 18:41  
Siyasət Xaricdәki konsulluq idarələrinin ölümü qeydə alma qaydası müəyyənləşdi

Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin ölümü qeydə

arrow Ətraflı
“Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir” like
  • 24 Yan 18:40  
Dünya “Yer üzündəki problemlərin səbəbi inəklərin kəsilməsidir”

Hindistanın Qucarat ştatının məhkəməsi inək qaçaqmalçılığında şü

arrow Ətraflı
Prezident bu sənədləri təsdiqlədi like
  • 24 Yan 18:30  
Siyasət Prezident bu sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arası

arrow Ətraflı