Şəfiqə Məmmədovanın ittifaqı ilə bağlı gizlinlər açılır


Digərləri 24 Yan 2023 21:12:00 141 0

Şəfiqə Məmmədovanın ittifaqı ilə bağlı gizlinlər açılır

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Əli Vəliyev bildirib.

O bildirib ki, buna səbəb ötən ilin sonlarında ittifaqın sədri Şəfiqə Məmmədovanın qanunsuz seçki keçirməsi olub.

"Mən saxta seçkinin keçirilməsinə etiraz olaraq vəzifəmdən ayrılmışam. Ərizəmi dekabrın 26-da təqdim etmişəm. Ayın 31-nə kimi maaşımı almışam. İşdən ayrılmışam, amma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü kimi fəaliyyətimi davam etdirirəm".

Əli Vəliyev bildirib ki, seçki prosesindən əlavə İttifaqda digər qanunsuzluqlar olub.

"Bu cür qanunsuzluqların olduğu, dövlətimin pulunun mənimsənildiyi yerdə çalışa bilmərəm.

Şəfiqə xanımın oğlu Ülvi Mehdi İctimai Televiziyadan qovulandan sonra anası onu İttifaqda işə götürdü və ona vəzifədə çalışan insanların hamısından çox maaş yazdırdı. Halbuki, indiyə kimi Ülvi Mehdi ittifaqın hər hansı layihəsində, iş prosesində iştirak etməyib.

İttifaqın 11 nəfər işçisi var. Ən yüksək maaş da 700-800 manatdır. İttifaqa da dövlət tərəfindən 400 min manat pul ayrılır. Hesablama Palatasına səslənib deyirəm ki, dövlətimizin ayırdığı pulun lazimi yerə xərclənməsi barədə araşdırma aparsın. Tədbir, simpozium, yubiley mərasimlərini təşkil olunmur. O zaman 400 min manat vəsait hara xərclənir?

Cənab Prezident İttifaqlara yardım məqsədilə 300 min manat pul ayırıb. Onun da taleyi ilə bağlı araşdırma aparsınlar".

"Siz 2016-cı ildən ittifaqda işləyirsiniz, bu müddət ərzində qanunsuzluqları görməmisiniz?" sualımıza Əli Vəliyevin cavabı belə olub:

"Biz ötən ilin fevral ayında yeni binaya köçənə kimi mən o qanunsuzluqları görməmişdim, bilmirdim. İşdən çıxmamışdan iki ay əvvəl İttifaqda yeni mühasib işə başladı, o da bizim yanımızda otururdu, o zaman mənə qanunsuz faktlar məlum oldu.

Mən daha öncə də ərizə yazıb, işi tərk etmək istəyirdim, amma Şəfiqə xanım qəbul etmirdi.

Yeni binaya köçəndən sonra iki dəfə maaş artımı oldu. Hər ikisində də özünün və oğlunun maaşını artırdı.

İttifaqın katiblərinə maaş verəcəyi ilə bağlı Maliyyə Nazirliyinə məktub göndərmişdi. Dövlət maliyyə vəsaitini artırmışdı, amma zəng vurub soruşun görün hansı katib ordan bir manat da olsun pul alıbmı?

Ənvər Həsənov, Şeyx Əbdül xəstələnən zaman onlara cəmi 300 manat pul ayırdı.

İttifaq ittifaq üzvlərinindir. Şəfiqə xanım üzvlər istədiyi təqdirdə vəzifədə qalacaq. Hazırda onun sədrliyi legitim deyil, büdcəni də idarə edə bilməz. Yenidən seçki keçirməlidir. Nizamnaməyə görə minimum 80 faiz ittifaq üzvü seçki prosesində iştirak etməlidir. O yaxşı bilir ki, seçki keçiriləcəyi təqdirdə içi mən qarışıq həmin adamlar onun yenidən sədr olmasına imkan verməyəcəklər.

İttifaqın gənc üzvləri - Azər Aydəmir, mən, Yalçın Verdiyev, Reyhan İsayeva, çox hörmətli kino xadimləri - Cəmil Quliyev, Şeyx Əbdül, Hicran Vəzirova, Ənvər Əbluc, Ənvər Həsənov, Gülşad Baxşıyeva və digərləri də baş verənlərə etiraz edir".

Əli Vəliyev vurğulayıb ki, İttifaqın katibi Yusif Quliyev də bir müddət öncə ittifaqdakı qanunsuzluqlara etiraz edərək işindən ayrılıb.

"Onun istefası sədr seçkisindən də öncə idi. O da ittifaqın işindən narazılığını dilə gətirirdi".

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirir ki, İttifaq ətrafında baş verən proseslərə dövlət - Prezident Aparatı, Mədəniyyət Nazirliyi münasibət bildirməlidir və məsələnin həlli istiqamətində işlər aparılmalıdır.

"Kino adamlarına məxsus ictimai təşkilatı 12 il bundan əvvəl təsadüfən bir xanıma veriblər. Bu xanım da buranı özəlləşdirib, oturub. Söz demək, iş tələb etmək olmur. Sanki dədəsinin sexidir, ittifaqı ona hədiyyə ediblər. Özü də qəribədir ki, bəzi dövlət adamlarının adından da istifadə edib, insanların gözünü qorxudur. Bilmir ki, şeyxlə belə şeylər keçmir. Ən böyük səhvi, günahı ondadır ki, bir gün əsəbləşəcəm, hər şeyi danışacam. Deyəcəm filankəs filankəsov siz Azərbaycanda qanunsuzluğa, özbaşınalığa xidmət edirsiniz? Azərbaycanın ideogiyasını, mədəniyyətini, kino tarixini siz özəlləşdirib kiməsə hədiyyə etmisiniz? Bu nə yanaşmadır? Bu ölkə qanunla idarə olunmalıdır. Bu ittifaq ictimai təşkilatdır, nizamnaməsi var. Nizamnaməyə əsasən beş ildən bir qurultay yaxud konfrans keçirilməli və orada hamı iştirak etməlidir. Dövlət strukturlarının rəsmi iştirakı ilə beş il ərzində görülən işlər müzakirə olunmalı, görülən işlərə qiymət verilməli, nəhayət kütləvi informasiya vasitələrində geniş və əhatəli şəkildə işıqlandırılmalıdır.

Şəfiqə xanım bu kinodan nə istəyir? Yaşlı qadınsan, biz tələbə yoldaşı olmuşuq, bu il 80 yaşımız olacaq. Çıx otur, evində.

Axı dövləti, nazirliyi, kino xadimlərini aldadıb, yalandan toplantı keçirib özünü sədr seçməyin adı nədir? İndi məsələ dayandırılıb. Mart ayından gec olmayaraq sədr seçkiləri keçirilməlidir. Hesablama palatasından xahiş edirəm ki, orada yoxlama aparsın. Oğlu ilə bağlı ittifaqda çoxlu qanun pozuntuları var. Azərbaycana dırnaqarası baxan, kinomuzu bəyənməyən adamlar Azərbaycan kinosuna rəhbərlik edirlər.

İttifaq ictimai təşkilat olaraq üzvlərinin problemləri ilə məşğul olmalıdır. İttifaq ittifaqın üzvləri üçündür, sədrin şəxsi xidməti üçün deyil. Hətta bir adama kömək edəndə də onu minnətlə, təmənna ilə edir. Bu xalqa - bizə aid olan pulu bizə minnətlə verir.

Mən xəstəxanada yatanda 300 manat yardım etdi. Onu da şəxsi münasibət xatirinə etdi. O pul hardan gəlib hara getdi, bilmirəm. Çünki o vaxt məni Heydər Əliyev Fondu müalicə etdirdi. Halbuki bütün bu müalicəni İttifaq etməliydi. Buna görə Prezident büdcədən əlavə 300 min manat da pul ayırıb. Bunu Prezident ona yox, bizə verir.

Dövlət bu işə münasibət bildirməlidir. İttifaqın katibləri - hörmətli Cəmil, Ayaz, Vaqif, Oktay müəllim fikir bildirməli, sədr seçkisinin vaxtı təyin olunmalıdır. Büllütenlər paylanılmalı, qanuni seçki keçirilməlidir.

Yaxud da ittifaq bağlanmalı, ora verilən pullar kinostudiyaya verilməlidir. Əvəzində yaxşı filmlər çəkilməlidir".

Azərbaycana qarşı növbəti gediş  “Ermənilər like
  • 24 Yan 21:11  
Siyasət Azərbaycana qarşı növbəti gediş “Ermənilər

"Erməni resursları Avropa Birliyinin uzunmüddətli müşahidə missiyas�

arrow Ətraflı
On ikinci imam qeybdədir, ya doğulacaq? like
  • 24 Yan 21:10  
Digərləri On ikinci imam qeybdədir, ya doğulacaq?

Əhli-beyt ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin vari

arrow Ətraflı
Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan like
  • 24 Yan 21:09  
Digərləri Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan

"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngi

arrow Ətraflı
“Şalfey” qanda şəkəri salır, damarları açır like
  • 24 Yan 21:05  
Digərləri “Şalfey” qanda şəkəri salır, damarları açır

Alimlər sürvə- şalfey bitkisinin bədəndə iltihabı azaldıb, pis xolester

arrow Ətraflı
Yumurta yeməyin ən like
  • 24 Yan 21:01  
Digərləri Yumurta yeməyin ən

Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydas�

arrow Ətraflı
Saakaşvili koronavirusa yoluxdu like
  • 24 Yan 20:59  
Digərləri Saakaşvili koronavirusa yoluxdu

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koron

arrow Ətraflı
" YNET" Azərbaycanİsrail münasibətlərindən yazdı like
  • 24 Yan 20:50  
Siyasət " YNET" Azərbaycanİsrail münasibətlərindən yazdı

Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfir

arrow Ətraflı
Sibel Can 50 milyon qazanacaq like
  • 24 Yan 20:40  
Şou-biznes Sibel Can 50 milyon qazanacaq

Türkiyəli müğənni Sibel Can bu il ard-arda konsert proqramları ilə çıx�

arrow Ətraflı
Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi like
  • 24 Yan 20:29  
Digərləri Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçiv

arrow Ətraflı
Röya həyatını sığortalatdırır like
  • 24 Yan 20:20  
Şou-biznes Röya həyatını sığortalatdırır

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

arrow Ətraflı
İcra Hakimiyyətindən Nəbatət Bağı ilə bağlı açıqlama like
  • 24 Yan 20:12  
Digərləri İcra Hakimiyyətindən Nəbatət Bağı ilə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, bəzi sosial şəbək

arrow Ətraflı
Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar açıqlandı like
  • 24 Yan 20:00  
Şou-biznes Operatorun güllələndiyi filmin taleyi ilə bağlı qərar açıqlandı

Amerikalı aktyor Alek Bolduin tərəfindən çəkiliş meydançasında təsadü

arrow Ətraflı
JanMişel Brən Aİnin sərhədə göndərdiyi növbəti missiyadan yazdı like
  • 24 Yan 19:59  
Siyasət JanMişel Brən Aİnin sərhədə göndərdiyi növbəti missiyadan yazdı

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr"

arrow Ətraflı
Antarktikada London böyüklüyündə aysberq qopdu  VİDEO  FOTO like
  • 24 Yan 19:51  
Dünya Antarktikada London böyüklüyündə aysberq qopdu VİDEO FOTO

Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən q

arrow Ətraflı