Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı


Digərləri 21 Yan 2023 22:08:00 215 0

Mifoloji obrazlar: Hansısı gerçəkdən var, hansısı

Mifoloji varlıqlar təkcə nağıllarda yox, həm də ciddi ədəbiyyatda da yazıçıların təxəyyül mənbəyinə çevrilib. Onların bəziləri hətta bir yox, bir neçə müəllifin qəhrəmanına dönüb.

"Kaspi" qəzeti mövzunu inkişaf etdirərək yazır:

Mifologiya və mifoloji varlıqlar ta qədim zamanlardan həmişə insanlara maraqlı olub. Ayrıca mifoloji ədəbiyyat olduğu kimi, həm də ədəbiyyatda da mifoloji obrazlar var və çox geniş yayılıb. Müxtəlif dövrlərin yazıçıları zaman-zaman əsərlərində onlara müraciət ediblər. Təbii ki, onlardan uğurlu olanları da olub, olmayanları da. Amma mifoloji varlıqların həmişə xüsusi bir maraq doğurması faktdır. Ədəbiyyatda fentezi (fantaziya) janrının inkişafı onların folklordan ədəbiyyata sürətlə axınına daha da geniş şərait yaradıb. Bundan başqa, rəssamlıq və heykəltəraşlıqda da bu obrazlara çox müraciət olunub.

Su pərisinə oxşayan rusalka

Mifoloji varlıqlardan çox məşhur olanları var. Onlar, əsasən, heyvan, yarıinsan-yarıheyvan və ya tamamilə başqa varlıqlarla əlaqəsi olmayan məxluqlardır. Onlardan çox məşhurları rusalka və su pəriləridir. Maraqlısı budur ki, çoxu elə bilir onlar eynidir. Xeyir, elə deyil. Rusalka qadına bənzəyən, uzun saçlı, ayaqları olan varlıqdır. Özü də slavyanlara aiddir. Bəzi məlumatlara görə, o, şər qüvvədir, çəməndə, meşədə, sahildə peyda olur. İnsanı qıdıqlayıb öldürə və ya suda batıra bilir. Bəzi məlumatlara görə rusalkalar hətta qurbağa, dələ, dovşan və s. kimi heyvan cildində də peyda ola bilirlər. Su pərisi isə yarıbalıq-yarıqadın olan bir varlıqdır. Rusalka da su pərisi kimi tərcümə edilir ki, bu, iki məxluqun qarışdırılmasına səbəb olur. Su pərilərinin varlığı ilə bağlı inamlar dənizçilərin söhbətlərindən yaranıb və yayılıb. Belə bir fikir var ki, günlərlə, aylarla dənizdə üzən, yorğun olan dənizçilərin gözünə, hətta suiti də gözəl bir qadın kimi görünə bilərdi.

Gəmini dibə çəkən kalmarlar

Mifologiyanın suda yaşayan obrazlarından krakenləri də qeyd etmək olar. Kraken Norveç və Qrenlandiya balıqçılarının nağıllarından doğulan əfsanəvi bir bədheybətdir. Bu nəhəng varlıqlar çox da böyük olmayan gəmini dənizin dibinə çəkə biləcək "gücdədirlər". Əslində, gerçəkdə də nəhəng kalmarlar var və onlar, həqiqətən, gəmini qənimət bilib suyun dibinə çəkə bilərlər. Bəlkə də, dənizçilər həmin o kalmarları gözlərində çox böyüdüblər. Beləliklə də, bu cür miflər yaranıb.

Kentavr, yoxsa atlı?

Yarıat-yarıinsan olan mifoloji varlıq Kentavr da əsrlər boyu maraq obyekti olub. Kentavr sözü yunancadan "qatil" və ya "öküz ovçusu" kimi tərcümə olunur. Əsasən, yunan mifologiyasında rast gəlinən kentavrlar qurşaqdan yuxarı insan, qurşaqdan aşağı at olan obrazdır. Onlar yaxşı ox atmağı bacarırlar. Bu mifoloji varlığın haradan yaranması isə müxtəlif mənbələrdə fərqli göstərilir. Amma gerçəyə daha çox yaxın olanı, çox güman ki, bu obraz haqqında təsəvvürlər şimaldan olan köçəri tayfaların at çapmağın nə olduğunu bilməyən sivil insanlarla görüşündən sonra yaranıb. Sivil insanlar bunun nə olduğunu bilməyib, təxəyüllərində belə bir obraz yaradıblar. Çünki onlar at belində olublar və yaxşı ox atıblar. Piyada qoşununda olanlar üçün bu, qeyri-adi və möcüzəvi görünüb. O ki qaldı ədəbiyyata, kentavrlar obraz kimi geniş istifadə olunub.

Təkbuynuz ecazkarlığı

Mifologiyada at obrazının davamında mütləq Təkbuynuzu da qeyd etməliyik. Onlar çox gözəl, yaraşıqlı, başının ortasında tək buynuzu olan atlardır. Qədim Yunanıstan və Qədim Romada onların real atlar olduqlarına inanırdılar. Avropada isə Təkbuynuzlar həmişə müqəddəslik, təmizlik simvolu sayılıblar. Hətta onların buynuzunun xüsusi müalicəvi əhəmiyyətə malik olduğunu da deyirdilər. Bu ecazkar mifoloji varlığın gerçək forması necəydi, bu da çox maraqlıdır. Bu barədə bir çox mülahizələr var. Onlardan ikisini diqqətinizə çatdıraq. Birincisi, belə bir versiya var ki, ola bilər, cənublular norveçlilərin satdığı narval (balıq) dişini qeyri-adi heyvanın buynuzu kimi qəbul ediblərmiş. Çoxbilmiş alverçilərə adi balıq dişini satmaqdansa, qeyri-adi heyvanın buynuzunu satmaq daha sərfəli olubmuş. İkinci bir versiya isə budur ki, romalılar və yunanlar elasmoterinin (kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş məməlilər cinsi) qalıqlarını tapanda təkbuynuzun obrazını xəyallarında canlandırıblar. Bu, kərgədanlar sinfinə aid çox qədim bir heyvandır ki, buynuzu təxminən alnının ortasında olurdu. Amma bu buynuz Təkbuynuzun buynuzu kimi incə və qəşəng deyildi. O, çox iri və uzun olurdu. Hətta böyük bir heyvanın bu üzündən girib o biri üzündən çıxa biləcək qədər uzun və böyük olurdu.

Daim maraqlı varlıqlar

Yuxarıda qeyd etdiyimiz mifoloji obrazlar daha çox tanınanlardır. Amma ümumilikdə götürsək, onların sayı yüzlərlə, minlərlədir. Hamısı da bir-birindən fərqli və maraqlıdır. Bu obrazların hansının gerçəkdən də olduğunu, hansının sadəcə təxəyyül məhsulu olduğunu, hansının isə bənzətmə olduğunu dəqiq bilən, əlbəttə ki, yoxdur. Bu obrazlar özü-özlüyündə əsrlər boyu həm insanların, həm də ədəbiyyat və mədəniyyətin marağında olub. Onlara maraq bu gün də azalmayıb, tarixi, yaranışı və ümumiyyətlə, hekayələri daim diqqətdədir.

Fransada Rusiya hakimiyyətinin ən güclü like
  • 21 Yan 22:07  
Siyasət Fransada Rusiya hakimiyyətinin ən güclü

"RT France" telekanalı bağlandığını elan edib.

arrow Ətraflı
O zaman ki, insan ölər, insanlar soruşar like
  • 21 Yan 21:55  
Digərləri O zaman ki, insan ölər, insanlar soruşar

Əbuzər bir gün çox xəstələnir və bir dəstə müsəlman onu ziyarət etm

arrow Ətraflı
Haram ruzi insanın övladına nə kimi təsir edir? like
  • 21 Yan 21:50  
Digərləri Haram ruzi insanın övladına nə kimi təsir edir?

Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır

arrow Ətraflı
Qan təzyiqini sadə üsulla aşağı salma like
  • 21 Yan 21:45  
Digərləri Qan təzyiqini sadə üsulla aşağı salma

Yaponiyalı əczaçısı Masatosi Kato antihipertenziv məşqlərlə təzyiqi az

arrow Ətraflı
Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur like
  • 21 Yan 21:40  
Digərləri Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur

Mübarək dinimizin nəzərinə görə, söyüş söymək - böyük günahlardan

arrow Ətraflı
Bitki çaylarının faydası və zərəri like
  • 21 Yan 21:35  
Digərləri Bitki çaylarının faydası və zərəri

Xəstəliklərdən və soyuq havalarda viruslardan qorunmaq üçün istifadə ed

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin də like
  • 21 Yan 21:32  
Digərləri Azərbaycanda bu şəxslərin də

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin - qe

arrow Ətraflı
Yastıpəncəliyin FƏSADLARI: ayaq ağrıları və tez yorulma like
  • 21 Yan 21:30  
Digərləri Yastıpəncəliyin FƏSADLARI: ayaq ağrıları və tez yorulma

Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaran

arrow Ətraflı
Gündə 5 badam yeməklə piyin yandırılması like
  • 21 Yan 21:25  
Digərləri Gündə 5 badam yeməklə piyin yandırılması

Kalori defisiti olan pəhriz çəkinin azaldılması üçün ən populyar yanaş

arrow Ətraflı
Zaqataladakı yanğının ilkin səbəbi like
  • 21 Yan 21:21  
Digərləri Zaqataladakı yanğının ilkin səbəbi

Bu gün Zaqatala rayonunda ikimərtəbəli evdə baş verən yanğının ilkin s

arrow Ətraflı
Həzrət Yusifin yuxu yozumu nədən qaynaqlanırdı? like
  • 21 Yan 21:20  
Digərləri Həzrət Yusifin yuxu yozumu nədən qaynaqlanırdı?

Quranda oxuduğumuz kimi, Allah Təala Həzrət Yusifə (ə) yuxu yozumu elmini

arrow Ətraflı
Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin like
  • 21 Yan 21:18  
Digərləri Şagirdlərə nəzarəti itirərək rəzil duruma düşən müəllimin

Azərbaycanda sinif otağında rəzalət yaşandığını əks etdirən növbət

arrow Ətraflı
Quru dərisi olanlar bunları etsin like
  • 21 Yan 21:15  
Digərləri Quru dərisi olanlar bunları etsin

Əgər dəriniz qurudursa, bu, sizə bir çox problemlər yaradır. Makiyaj zama

arrow Ətraflı
Övladın tərbiyəsi bu 4 yolda olmalıdır like
  • 21 Yan 21:10  
Digərləri Övladın tərbiyəsi bu 4 yolda olmalıdır

Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar

arrow Ətraflı
Volodin İrana səfər like
  • 21 Yan 21:08  
Dünya Volodin İrana səfər

Tehran yanvarın 23-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçes

arrow Ətraflı