Övladın tərbiyəsi bu 4 yolda olmalıdır


Digərləri 21 Yan 2023 21:10:00 341 0

Övladın tərbiyəsi bu 4 yolda olmalıdır

Ailə - kiçik bir cəmiyyətdir ki, körpə orada böyüyər və tərbiyə alar. Hər nəyi görərsə, təqlid edər və təkrar edər.

Ya həmin qalada süqut edər, ya da ucalar. Çünki insan şəxsiyyətinin xəmiri ilk olaraq ailədə yoğrular və ora nə qatılarsa, ömrü boyu onu izləyər və ona təsir qoyar.

Ona görə də valideynlər əgər sağlam və dindar övlad böyütmək istəyirlərsə, gərək dinimizin tərbiyə üçün buyurduğu dörd yolu özləri üçün sərlövhə qərar versinlər. Bu yollar ilə tanış olaq:

1. Tanıma. Əgər övladınızın dindar və sağlam ruhiyyəli böyüməsini istəyirsinizsə, onu, uyğun dərk səviyyəsində Allah və din ilə tanış etməlisiniz. Yəni, dinin toxumları ona, ilk dil açdığı və ətrafını dərk etməyə çalışmaq istədiyi mərhələdə səpilməlidir. Uşaq gərək din sahəsində zənn və gümanlara söykənməsin.

Çünki Quran buyurur: "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).

2. İman. İmanın yeri qəlbdir. Əgər valideyn övladının qəlbinə imanı sala bilərsə, bu iman heç bir zaman oranı tərk etməz. O kəs ki, qəlbən Allaha iman bəsləməz, o, müsəlman hesab olunmaz. İman qəlbdə olmalıdır.

Bunun üçün valideyn övladları üçün örnək və nümunə olmalıdır ki, övladları ona təqlid edərək, imana malik olsunlar.

3. Əməl. Övlada dini başa salmaq, onun gələcək həyatının sağlam olması üçün kifayət deyildir. Uşaq gərək bu bildiklərini əməldə nümayiş etdirə bilsin. Yəni, o şeyə ki, inanır və imanı vardır - onu əməldə göstərsin. Əgər imanı varsa, onu mütləq saleh əməldə büruzə vermək lazımdır. "Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır". ("Kəhf" 107).

4. Rəfiq olmaq. Valideyn övladına həm sevgisini daddırmalıdır, həm də onun yaxın rəfiqi olmalıdır. Ona həyatın eniş və yoxuşlarını sevgi dili ilə başa salmalı və cəmiyyətdəki həyatına hazırlamalıdır. Övlad bilməlidir ki, hər şey nağıllarda deyildiyi kimi deyildir. Əslində həqiqi dünya çox sərtdir və əgər hədəfini müəyyən etməsə və Allaha söykənməsə, gələcəkdə çox sayda çətinliklər onu gözləyəcəkdir.

Bu yolda onun yol göstərəni valideynləridir. Ona görə də valideynlərini sevməli və onların nəsihətlərinə qulaq asmağı bacarmalıdır. Valideyn gərək ondan əvvəl başqalarının övladı üçün rəfiq və dost olmasına imkan verməsin.

Əgər övladı Allahı tanısa, qəlbində imanı olsa və onu əməldə büruzə versə, valideynin nəsihətlərinə qulaq assa - deməli tərbiyə düzgün yolda gedir. Əks halda öz tərbiyə üslubunuz barəsində düşünməlisiniz.

Çünki övlad tərbiyəsinə görə məsulsunuz və buna görə cavab verəcəksiniz.

Allah Təbarəkə və Təala bu nəcib işdə hər bir valideyni müvəffəq etsin.

Volodin İrana səfər like
  • 21 Yan 21:08  
Dünya Volodin İrana səfər

Tehran yanvarın 23-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçes

arrow Ətraflı
Rusiyada dəmiryol çənlərində like
  • 21 Yan 21:07  
Dünya Rusiyada dəmiryol çənlərində

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neft

arrow Ətraflı
Daimi stress gözləri zəiflədir, korluq yaradır – like
  • 21 Yan 21:05  
Digərləri Daimi stress gözləri zəiflədir, korluq yaradır –

Bioloqlar stresin gözlərə dəhşətli təsirini açıqlayıb.

arrow Ətraflı
Qırğızıstan Prezidenti xalqından like
  • 21 Yan 21:02  
Siyasət Qırğızıstan Prezidenti xalqından

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kə

arrow Ətraflı
Nəm salfetdən istifadə edənlərə həkim like
  • 21 Yan 21:01  
Digərləri Nəm salfetdən istifadə edənlərə həkim

Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə

arrow Ətraflı
Serenayın taxdığı boyunbağının qiyməti like
  • 21 Yan 21:00  
Şou-biznes Serenayın taxdığı boyunbağının qiyməti

Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran&quo

arrow Ətraflı
İspaniyada minlərlə insan hökumət əleyhinə like
  • 21 Yan 20:58  
Siyasət İspaniyada minlərlə insan hökumət əleyhinə

İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiy

arrow Ətraflı
İranda Yaxın Şərqin ən böyük həbsxanası olacaq like
  • 21 Yan 20:57  
Siyasət İranda Yaxın Şərqin ən böyük həbsxanası olacaq

İranın molla rejimi Məşhəddə baha başa gələn yeni zindan tikir.

arrow Ətraflı
İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat like
  • 21 Yan 20:56  
Siyasət İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat

2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əya

arrow Ətraflı
İmam Zaman bizim dualarımıza “amin!” deyər like
  • 21 Yan 20:55  
Digərləri İmam Zaman bizim dualarımıza “amin!” deyər

İmam Zaman (ə.f) biz Əhli-Beyt (ə) davamçılarının etdiyi hər bir xeyir

arrow Ətraflı
Nifrət edilən halal like
  • 21 Yan 20:50  
Digərləri Nifrət edilən halal

Həzrət Peyğımbər (s) buyurur: "Allah yanında ən çirkin halal - boş

arrow Ətraflı
Damarların sağlamlığını qoruyan 3 QİDA – like
  • 21 Yan 20:45  
Digərləri Damarların sağlamlığını qoruyan 3 QİDA –

Ürək-damar sistemi xəstəlikləri bütün ölkələrdə ölümün ilk səbəb

arrow Ətraflı
Qəbir sıxıntısı necə olur? like
  • 21 Yan 20:40  
Digərləri Qəbir sıxıntısı necə olur?

Ölüm - elə bir həqiqətdir ki, heç bir canlı ondan qaça bilməz.

arrow Ətraflı
Qışda hansı qidanı qəbul etmək daha faydalıdır? like
  • 21 Yan 20:35  
Digərləri Qışda hansı qidanı qəbul etmək daha faydalıdır?

Mütəxəssislər qış aylarında ən faydalı ərzaqlardan söhbət açarkən

arrow Ətraflı
"Ağıllı ol, yoxsa səni məhv edərəm"  Bakıda vəkil like
  • 21 Yan 20:32  
Digərləri "Ağıllı ol, yoxsa səni məhv edərəm" Bakıda vəkil

Bu gün vəkil Bəhruz Bayramovu naməlum şəxs hədələyib.

arrow Ətraflı