Nəm salfetdən istifadə edənlərə həkim
Digərləri 21 Yan 2023 21:01:00 359 0
Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.
Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.
Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.
Lakin dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir:
"Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".
Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur:
Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran&quo
İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiy
İranın molla rejimi Məşhəddə baha başa gələn yeni zindan tikir.
2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əya
İmam Zaman (ə.f) biz Əhli-Beyt (ə) davamçılarının etdiyi hər bir xeyir
Ürək-damar sistemi xəstəlikləri bütün ölkələrdə ölümün ilk səbəb
Mütəxəssislər qış aylarında ən faydalı ərzaqlardan söhbət açarkən
Bu gün vəkil Bəhruz Bayramovu naməlum şəxs hədələyib.
Qanı qatılaşdıran və qanın dövranını pozan, bununla da ürək-damar pro
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızad
"Baş Belası" teatr tamaşasının qastrol səfərində olan Türkiy�