Mal ferması, yoxsa kazarma?


Siyasət 19 Yan 2023 14:48:00 317 0

Mal ferması, yoxsa kazarma?

Ermənistanın Basarkeçər rayonunda, Göyçə mahalındakı Azad kəndində yerləşən hərbi hissədə yanğın baş verib.

Yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.

Yanğınla mübarizə 5 saat davam edib.

Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.

Bu məlumat Ermənistanın Müdafiə Nazirliyinin və Baş Prokurorluğunun yaydıqları rəsmi bəyanatlardandır.

Kənddəki kazarmada baş vermiş yanğınla bağlı Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı Vahram Qriqoryan, Müdafiə Nazirliyinin Baş Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, 2-ci Ordu Korpusunun qərargah rəisi polkovnik Miqran Maxsudyan, korpus komandirinin arxa cəbhə üzrə müavini polkovnik Şiraz Xaçatryan və döyüş xidməti üzrə korpus komandirinin müavini polkovnik Artur Ohanyan vəzifələrindən kənarlaşdırılıblar.

Cəzalar baş vermiş faciə ilə bağlı Ermənistan cəmiyyətində yaranmış qəzəbi və aqressiyanı bir qədər azaltmaq məqsədi güdür.

Amma vəzifədən kənarlaşdırmalar, hətta həbslər belə, Ermənistan Silahlı Qüvvələrinin bərbad vəziyyətinin mənzərəsini dəyişə bilməz.

2-ci Qarabağ Müharibəsində tam məğlub olaraq kapitulyasiyaya məruz qalan Ermənistan ordusunun "modernləşməsi" və təminatının yaxşılaşdırılması, habelə döyüş hazırlığı ilə qabiliyyətinin "yüsəldilməsi" məqsədilə baş nazir Nikol Paşinyanın göstərişi ilə dövlət büdcəsindən 482,45 milyon dollar vəsait ayrılıb.

Maliyyə və Müdafiə nazirliklərinin rəhbərliklərinin açıqlamalarına görə, sözügedən vəsaitin böyük qismi "təyinatı üzrə sərf olunub".

Lakin hara, necə?

Ermənistan Silahlı Qüvvələrindəki kazarmaların, yəni əsgər qışlalarının və hərbi hissələrin təqribən 99,8 faizi həddən ziyadə pis vəziyyətdədir.

Binalar və tikililər sovetlər dönəmində inşa olunmuş baraklardır.

Azad kəndindəki kazarma isə ümumiyyətlə, mal-qara fermasından əsla fərqlənmir.

İlkin məlumatlara görə, yanğının başvermə səbəbi də həmin fermaya bənzəyən barakdakı erməni əsgərlərin qışın soyuğunda qızınmaq üçün elektrik sobasından istifadə etmələri olub.

Kustar üsulla hazırlanmış qızdırıcı qısaqapanma yaradıb, yanğın başlayıb.

Həmin yanğında da 15 erməni hərbçi yanıb.

Yanan sadəcə, Azaddakı kazarma yox, Ermənistan ordusuna ermənilərin ümidləri idi.

Orxan Hun Son.az

Azərbaycan KOBlara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübəni öyrənib like
  • 19 Yan 14:28  
Digərləri Azərbaycan KOBlara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübəni öyrənib

2022-ci ildə KOBİA on beş ölkədə KOB-lara dəstək və xidmətlər sahəsi

arrow Ətraflı
Norveç təyyarəsinin baş stüardı iranlılara şeirlə dəstək oldu like
  • 19 Yan 14:24  
Dünya Norveç təyyarəsinin baş stüardı iranlılara şeirlə dəstək oldu

Norveç təyyarəsinin baş stüardı iranlıların etirazına dəstək olub.

arrow Ətraflı
Vasif Talıbovun halı pisləşdi like
  • 19 Yan 14:23  
Digərləri Vasif Talıbovun halı pisləşdi

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif

arrow Ətraflı
Azərbaycanda bir il ərzində 54 startap şəhadətnaməsi verilib like
  • 19 Yan 14:22  
Digərləri Azərbaycanda bir il ərzində 54 startap şəhadətnaməsi verilib

Ötən il innovasiya üzrə sahibkarlara 54 startap şəhadətnaməsi verilib.

arrow Ətraflı
Bu il Gəncədə KOB evinin açılışı planlaşdırılır like
  • 19 Yan 14:21  
Digərləri Bu il Gəncədə KOB evinin açılışı planlaşdırılır

2023-cü ildə Gəncədə "Gəncə KOB evi"nin açılışı planlaşd�

arrow Ətraflı
KOBİAya Qarabağda biznes fəaliyyəti üzrə 1300dən çox müraciət daxil olub like
  • 19 Yan 14:20  
Digərləri KOBİAya Qarabağda biznes fəaliyyəti üzrə 1300dən çox müraciət daxil olub

2023-cü ilin əvvəllərində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinə A

arrow Ətraflı
Zəngəzur dəhlizinin Naxçıvandakı nöqtəsindən ilk görüntülər like
  • 19 Yan 14:16  
Digərləri Zəngəzur dəhlizinin Naxçıvandakı nöqtəsindən ilk görüntülər

Zəngəzur dəhlizinin Naxçıvandan başlanacaq nöqtəsindən ilk görüntül�

arrow Ətraflı
Türkiyədə 360 dərəcə fırlanan ev inşa olundu like
  • 19 Yan 13:52  
Digərləri Türkiyədə 360 dərəcə fırlanan ev inşa olundu

Türkiyədə Cəmil Eksilmez adlı vətəndaşın tikdirdiyi ev görənləri mə

arrow Ətraflı
"Kukuli" tamaşası ilk dəfə olaraq Bakı və Gəncə səhnəsində like
  • 19 Yan 13:44  
Kriminal "Kukuli" tamaşası ilk dəfə olaraq Bakı və Gəncə səhnəsində

Bir-birindən gözəl mahnıları ilə milyonlarla uşağın sevimlisinə çevr

arrow Ətraflı
Model yeni imici ilə heyran qoydu like
  • 19 Yan 13:41  
Şou-biznes Model yeni imici ilə heyran qoydu

Model Bella Hadid imicini dəyişərək özünü Merilin Monroya oxşayıb.

arrow Ətraflı
Bakıda saçı qırxılan gəncin yeni görüntüsü yayıldı like
  • 19 Yan 13:36  
Digərləri Bakıda saçı qırxılan gəncin yeni görüntüsü yayıldı

Dünən saçları qırxılan gənc oğlanın Şağan qəsəbəsində yaşadığ�

arrow Ətraflı
“Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır” like
  • 19 Yan 13:30  
Dünya “Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatır”

"Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir&

arrow Ətraflı
İlham Əliyev Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri ilə görüşüb like
  • 19 Yan 13:21  
Siyasət İlham Əliyev Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri ilə görüşüb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
BakıSumqayıt yolundakı qəzanın görüntüləri like
  • 19 Yan 13:19  
Digərləri BakıSumqayıt yolundakı qəzanın görüntüləri

Dünən Bakı-Sumqayıt yolundakı ağır qəza baş verib .

arrow Ətraflı
Yasamalda silahlı şəxs banka girib pul tələb etdi like
  • 19 Yan 13:18  
Kriminal Yasamalda silahlı şəxs banka girib pul tələb etdi

Bakıda banka basqın edən şəxs zərərsizləşdirilib.

arrow Ətraflı