Evdə qalmış bürclər
Digərləri 18 Yan 2023 01:28:00 352 0
Müəyyən bir yaş həddinə çatdıqdan sonra kişilər, daha çox isə qadınlar üzərində ailə və çevrə basqısı artmağa başlayır. Xüsusən də, evlənmək məsələsində. Onlara yarı ciddi, yarı zarafat "evdə qalmış" da deyirlər.
Bu xəbəri də oxu: Bakıda “Lexus” qəribə qəzaya düşdü VİDEO
Lakin cəmiyyətdən asılı olaraq müəyyən yaş həddini keçmiş şəxslərin evlənməmək üçün fərqli səbəbləri olur. Bu səbəb fərqləri bürclərə görə də dəyişir.
Son.az bizim.media-ya istinadən evlənməkdən qaçan şəxslərin bürclərə görə səbəblərini təqdim edir.
Balıq, xərçəng və əqrəb həyatının sevgisini gözləyir.
Bəzi insanlar var ki, onlar üçün yeganə şərt sevgidir. Bu şəxslər həyatının yeganə sevgisi olacaq şəxslə evlənməyi arzulayır, əks təqdirdə nikah masasından qaçırlar. Romantik balıqlar, emosional xərçənglər və ehtiraslı əqrəblər bu qəbildəndir.
İş və prinsiplərini ön planda saxlayan qızlar və oğlaqlar.
Qızlar üçün prinsipləri ön plandadır. Onlar həm də mükəmməliyyətçidirlər, hər şeyin ən yaxşısını istəyirlər. Bunun üçün evlilik variantlarını dəyərləndirərkən də prinsip və maksimalistliklərini ön planda saxlayırlar. Nəticədə ideal tərəfdaşı tapmaq onların illərini alır.
Oğlaqlar üçün də prinsipləri, eyni zamanda karyeraları ön plandadır. Əgər evləndikləri şəxsin karyeralarına ən kiçik maneə yaradacağını düşünsələr evlilikdən imtina edirlər.
Bağlanmaqdan qorxan dolça və oxatanlar.
Məsuliyyət götürmək, azadlığının məhdudlaşması düşüncəsi həm dolçalar, həm də oxatanlarüçün qorxunc kabus kimidir. Bu səbəbdəndir ki, oxatan və dolçalar evliliyə də "həbsxana" həyatı kimi baxırlar. Əgər onların tərəfdaşlarının həyatlarını məhdudlaşdıracağı ehtimalını hiss etsələr, dərhal nikahdan qaçacaqlar.
"Subaylıq sultanlıqdır" deyən əkizlər Yaşları 30-u keçsə belə əkizlər özlərini gənc hiss edirlər. Onlar fərqli əyləncələr axtarır, yeni-yeni tanışlıqlar, macəralar axtarırlar. Əkizlər heç vaxt əyləncədən doymurlar. Digər tərəfdən, bu bürcün nümayəndələri qərarsızdırlar, hətta evlənməyə qərar versələr belə, bir gün sonra evlilikdən boyun qaçıra bilərlər.
30 yaşlı məşhur amerikalı müğənni və aktrisa Selena Qomezin yeni roman�
İran zindanlarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həb
Barbadoslu müğənni və iş xanımı Rihanna alt paltarı brendi olan Savage X
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Allah Rəsulunun (s) tarixə "Vida xütəbəsi"adı ilə həkk olunmu�
Mehriyyə o maldır ki, kişi evlənən zaman öz xanımına verəcəyini öhdə
Bəzi qidaların müntəzəm istehlakı təzyiqi əhəmiyyətli dərəcədə sal
Sevgi və məhəbbət - ailə ocağını möhkəm edən amillərdəndir ki, Qura
Bəzən arıqlamaq istəyən insanlar qısa müddətdə məşhurlaşan və insan
Ürək cərrahı Cerald Lemol bildirib ki, limfa sistemi insan ömrünün uzunlu
Kişi və qadınlarda üzün boynun qızarması, qırmızı rəng alması ürək
İndi mağazaya nar şirəsi almağa girdim: rəfdə yanaşı iki istehsalçın�
İnsan varlıq aləminin ən gözəl məxluqudur. O zaman ki, Allah Təala insan
Böyük Britaniya Milli Səhiyyə Xidmətinin nümayəndələri deyirlər ki, ü