Bu şəxslər ayda 400 manat alacaq
Digərləri 13 Yan 2025 10:23:00 69 0
Baş nazir Əli Əsədov məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib.
Bu xəbəri də oxu: Moskvadan İrəvana uçan təyyarə məcburi eniş etdi
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti 3 aya yaxın müddətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək.
"Yeni qaydalar iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 400 manat vəsait almasına imkan verəcək. Gələcəkdə minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək.
Yeni məşğulluq aləti özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.
"The Economist" dərgisinin üz qabığındakı 2025-ci il ilə bağl
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
2025-ci ildə hansı ölkələr arasında müharibə olacağına dair dəqiq bir
Türkiyənin məşhur müğənnisi Ferhat Göçer Azərbaycan mahnısı oxuyub.
Milyarder investor Mark Cuban bir daha "Bitcoin"ə olan dəstəyini if
Köhnə Yeni il yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur. Bu ənənə
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının
Beyinə taxılan çip, daha çox neyrotexnologiyalar və biyonik texnologiyalar
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtması Almaniy
İranın Bəndər Abbas bölgəsində yanacaq oğurluğu üçün nəzərdə tutu
Məşhur müğənni İbrahim Tatlısəsin Şanlıurfadakı il konqresində israr
İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələcək.