Azərbaycanda multikulturalizm bir dəyərdir –
Digərləri 13 Yan 2025 10:50:00 64 0
"Baku Network" platformasına "Tofiq Abbasovla Dialoq" analitik proqramının yeni buraxılışı yayımlanıb.
Bu xəbəri də oxu: Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
Son.az xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli musiqişünas və pedaqoq, müasir Azərbaycan cazının banilərindən olan Rafiq Seyidzadə olub.
Söhbət çox dərin və mənalı olub, vacib sosial və tarixi mövzuları ehtiva edib.
R.Seyidzadənin sözlərinə görə, xalqlar arasında mədəniyyət və dostluq Bakı həyatının hər zaman ayrılmaz hissəsi olub:
"Mən beynəlmiləl bir həyat yaşamışam. Bakıda multikulturalizm ən yüksək səviyyədə olub. Biz hər kəsin - gürcülərin, ermənilərin, rusların, azərbaycanlılıarın dostluq etdiyi bir cəmiyyət yaratmışdıq. Mən hər zaman özümü rahat hiss etmişəm: istər Tbilisidə olsun, istərsə də Moskvada və ya İrəvanda".
Musiqişünas vurğulayıb ki, multikulturalizm günü bu gün də Azərbaycanın vacib dəyəri olaraq qalmaqdadır.
"Keçmişdə baş vermiş faciəvi hadisələrə rəğmən, ölkənin qapıları bu gün də müxtəlif millətlərin nümayəndələrinə açıq olmağa davam edir.
Bu gün Azərbaycanda 35 mindən çox erməni yaşayır. Onlar Bakı və digər şəhərlərdə, o cümlədən, Qarabağda yaşayırlar. Multikulturalizm bizim hər zaman yenilənən və zənginləşən bir dəyərimizdir", - deyə o bildirib.
Söhbətin gedişində Rafiq Seyidzadə öz uşaqlıq illərinə və onun ailəsinə təsirsiz ötüşməmiş bəzi tarixi hadisələrə də toxunub. O bildirib ki, onun evində 1915-ci ildə atılan güllələrin izləri olub, anası isə Bakıda ermənilərin törətdikləri qırğınlardan sağ çıxıb.
"Mənim anam hər zaman mənə insanlara hörməti aşılayıb - hətta yaşadıqlarına rəğmən. Ermənistanda isə uşaqları erkən yaşlarından azərbaycanlılara və türklərə nifrət ruhunda tərbiyələndirirlər", - deyə o əlavə edib.
Xəbərə aid video
Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübariz
2025-ci ildə hansı ölkənin yox olacağına dair dəqiq bir proqnoz vermək m
Avstraliyada dəhşətli təyyarə qəzası baş verib. Belə ki, iki nəfərin
Baş nazir Əli Əsədov məqsədli proqramların həyata keçirilməsi və kvot
"The Economist" dərgisinin üz qabığındakı 2025-ci il ilə bağl
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
2025-ci ildə hansı ölkələr arasında müharibə olacağına dair dəqiq bir
Türkiyənin məşhur müğənnisi Ferhat Göçer Azərbaycan mahnısı oxuyub.
Milyarder investor Mark Cuban bir daha "Bitcoin"ə olan dəstəyini if
Köhnə Yeni il yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur. Bu ənənə
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının
Beyinə taxılan çip, daha çox neyrotexnologiyalar və biyonik texnologiyalar
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.