Tələbə köçürülməsi ilə bağlı hansı dəyişikliklər olacaq?
Digərləri 16 Yan 2023 09:46:00 579 0
Ötən gün Elm və Təhsil Nazirliyi tələbə köçürülməsi prosesinin dayandırıldığını bildirdi. Qeyd edildi ki, hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır. Məsələ geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.
Bu xəbəri də oxu: Bu ölkə "TikTok" və "Telegram"ı qadağan edilə bilər
Bu səbəbdən 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.
Bəs tələbə köçürlməsi prosesində hansı dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı bu gün Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.
"Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
2016-cı ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Bu qayda eləcə də orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanlara da aiddir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını "görmədən" bu istədiyi həyata keçirə bilər.
Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları "görməli" idin. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn, Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi.
Amma indi bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni, siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, elm və təhsil nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin", - deyə o vurğulayıb.
Ekspert bildirib ki, artıq yeni qaydalara ehtiyac var.
Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən
Əməkdar artist, cazmen Cavan Zeynallıya ağır itki üz verib.
Bəhram Bağırzadə geniş müsahibəsində həm də şəhər mədəniyyətind�
Əgər Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başland
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtis
Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində "Parçalanmış
İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyət
Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini t�
Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket z
Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsi
Ukraynadakı müharibə həm Ukrayna, həm də Qərbin hərbi inkişafı üçün