Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
Dünya 16 Yan 2023 08:40:00 403 0
Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində "Parçalanmış dünya şəraitində əməkdaşlıq" devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.
Bu xəbəri də oxu: Əsədin adını qədim Əməvi məscidindən belə sökdülər FOTO
Son.az "report"a istinadən bildirir ki, ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.
2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.
Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir. Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolts çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.
Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva səfər edəcəklər.
Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.
Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyət
Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini t�
Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket z
Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsi
Ukraynadakı müharibə həm Ukrayna, həm də Qərbin hərbi inkişafı üçün
Yanvarın 14-də Almaniyanın Volfsburq şəhərində "Volkswagen" şi
Dekabrın ortalarında döyüş meydanını tərk edərək Rusiya Prezidenti Vla
Ukrayna Silahlı Qüvvələri "Vaqner" vasitəsilə Ukraynaya qarşı
Ukrayna Prezidenti Volodimir Zelenski hazırdakı qızğın döyüşlərin getdi
Yaxın gələcəkdə Ukrayna daha bir ağır silah partiyası alacaq.
NATO ölkələri Kiyevə silah tədarükü ilə öz arsenallarını o qədər t�
Ukraynanın bir gündə istifadə etdiyi mərmilərin həcmi Almaniyanın 6 ayl�