İran əhalisi sürətlə yoxsullaşır Həqşünas
Dünya 16 Yan 2023 08:35:00 333 0
İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, işsizlərin sayının çoxalması yoxsul təbəqəyə mənsub insanların sayını kəskin artırıb.
Bu xəbəri də oxu: Əsədin arvadı Moskvada xərçəngdən müalicə alır
İranın Əmək Nazirliyinə tabe "Fərdaye iqtisad" nəşrinin yazdığına görə, 2021-ci ildə aparılan araşdırmalar ölkə əhalisinin təxminən 30 faizinin, yəni 25 milyon 500 min nəfərinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini göstərir. Günü-gündən daha da pisləşən iqtisadi vəziyyət hazırda bu statistikanın daha yüksək olduğunu deməyə əsas verir.
Son.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tanınmış iranlı iqtisadçı Hadi Həqşünas minimum əmək haqqı və pensiyada ciddi dəyişiklik edilmədiyi halda digər təbəqələr arasında yoxsulluğun artacağını bildirib.
"Ən optimist halda minimum əmək haqqı artırılan xərclərin yarısını kompensasiya edə bilər. Lakin cari ildə dövlət işçilərinin gəlirləri alıcılıq qabiliyyəti baxımından ötən ildən azı 20-30 faiz az olacaq. Hökumət rəsmi olaraq inflyasiyanın 40 faizdən çox olduğunu açıqlayıb. Amma maaş artımı 20 faizdir. Bu o deməkdir ki, hökumət builki inflyasiyanı kompensasiya etməyib. 2022-ci ilin aprel ayından oktyabrın əvvəlinə kimi ölkədə ərzaq inflyasiyası 80 faizə çatıb. Buna görə də gəlirlərinin əsas hissəsi mənzil və ərzağa xərclənən aztəminatlı vətəndaşlar üçün maaşların 20 faizlik artımının mənası yoxdur və bu, onlara kömək etməyəcək", - iqtisadçı bildirib.
Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini t�
Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket z
Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsi
Ukraynadakı müharibə həm Ukrayna, həm də Qərbin hərbi inkişafı üçün
Yanvarın 14-də Almaniyanın Volfsburq şəhərində "Volkswagen" şi
Dekabrın ortalarında döyüş meydanını tərk edərək Rusiya Prezidenti Vla
Ukrayna Silahlı Qüvvələri "Vaqner" vasitəsilə Ukraynaya qarşı
Ukrayna Prezidenti Volodimir Zelenski hazırdakı qızğın döyüşlərin getdi
Yaxın gələcəkdə Ukrayna daha bir ağır silah partiyası alacaq.
NATO ölkələri Kiyevə silah tədarükü ilə öz arsenallarını o qədər t�
Ukraynanın bir gündə istifadə etdiyi mərmilərin həcmi Almaniyanın 6 ayl�
Zaur və Günay Baxşəliyevlər aparıcısı olduqları "Zaurla Günaydın