Bəhram Bağırzadənin səhvi:
Digərləri 16 Yan 2023 09:24:00 293 0
Bəhram Bağırzadə geniş müsahibəsində həm də şəhər mədəniyyətindən danışıb; rayondan gələn bəzi insanların şəhər mədəniyyətini mənimsəmədiyini deyib və bəzi təfərrüatı açıqlayıb - məsələn, çəkiliş getdiyini bildiyi halda insanların uca səslə danışmasını və s.
Son.az Axar.az-a istinadən xəbər verir ki, üç gündür Bəhram bu sözlərinə görə ən ağır təhqirlərə məruz qalır; üç gündür "rusbaş" deyə, adama heyrətamiz söyüşlər ünvanlanır.
Çox qəribədir: Bəhramın - bu təpədən dırnağa milli olan, ruscasında belə Bakı ləhcəsiylə danışan insanı "rusbaş" adlandırmaq kimin ağlına gəlir?
Yalnız və yalnız mədəniyyətsizlərin!
Bəhram Bağırzadənin sözlərinə bu cür "hürrey" təfəkkürü ilə, ziyalılıqdan kənar, heç bir arqument gətirmədən gözünü yumub söyüş yağdırmağın özü də mədəniyyətsizlik, təhsilsizlik, səviyyəsizlikdir, yerini bilməməkdir.
80-ci illəri xatırlayıram: ilk dəfə onda görmüşdüm ki, metro dayananda və vaqonların qapıları açılanda hamı sözləşibmiş kimi, qapıların kənarlarına çəkilir, içəridə qapı ağzında dayananlar da vaqondan düşüb, qapının kənarına sıxılır və düşənlərə yol açır. İlk dəfə onda gördüm, öyrəndim, mənimsədim - vəssalam: daha heç yerdə görmədim, görə bilmirəm.
Biz 30 ildir metrodan istifadəni öyrənə bilmirik - qatar dayanır, basırıq var, vaqondan adam düşməmiş özümüzü içəri soxmağa çalışırıq və yaxud hamı düşməyə çalışarkən qapının düz ortasındakı bir mədəniyyətsiz tükünü belə tərpətmədən, sağa-sola çəkilmədən hər kəsə mane olur.
Bu, şəhər mədəniyyətini mənimsəməməkdir!
30 ildir Bakıda əksər binaların yuxarı mərtəbələrindən həyətə zibil tullayırlar;
30 ildir siqareti çəkib, qonşunun balkonuna, binanın həyətinə atırlar;
30 ildir tum çırtlayıb, şəhərin küçələrinə tökə-tökə gəzirik, əlimizdəki kağızı, siqaret kötüyünü, nə bilim, sellofanı, torbanı Bakı prospektlərinə tullayırıq;
30 ildir Bakı sürücüləri suyu içib, boş butulkanı pəncərədən vızıldadır, yaxud pəncərəni açıb, hayxırtıyla tüpürür - o butulkanın, tüpürcəyin digər maşının şüşəsinə dəyməsi bir yana, hətta yerə düşənləri süpürgəçilərin təmizləməyə məcbur qaldığını düşünən yoxdur.
Anlayıram - 90-cı ilə qədər şəhər hər il 20-30 min tələbə, gənc, işçi qəbul edirdi və bu qəbul edilənlər milyonların içərisində dərhal şəhər mədəniyyətini öyrənirdilər. 80-lərin sonunda isə Bakıya yüzminlər gəldi və şəhər mədəniyyətini darmadağın etdi!
Bakı - rusdilli şəhər idi, milli deyildi - tamamilə doğrudur. O yüzminlər bu rusdilli mədəniyyəti bir anda darmadağın etdilər - olduqca müsbət bir hadisəydi. Bunun ardınca milli şəhər mədəniyyətini özümüz, daha yüksək səviyyədə formalaşdırmalı idik.
30 ildir bacarmırıq və yaxud sanki istəmirik!
Bəhram Bağırzadə rayondan gələnlərin şəhər mədəniyyətini mənimsəyə bilmədiyini deyəndə, kəndçilərin mədəniyyətsiz və səviyyəsiz olduğunu nəzərdə tutmur - tutursa, çox səhv edir. Məsələ bu ki, kənd və şəhər mədəniyyətləri tamamilə fərqlidir.
Kənddə istirahət günləri, şənbə və bazar ələdüşməz fürsətdir - bütün günü evdə qırılıb-tökülənləri təmir etmək üçün. Ancaq şənbə-bazar günləri bina evində təmirlə məşğul olmaq, əlinə balta-çəkic alıb, günün istənilən saatında, gecə yarı olmasına baxmayaraq, divara mıx vurmaq mədəniyyətsizlikdir.
Düzünü deyin, istirahət günü, dincəldiyiniz vaxt azmı olur ki, qonşu əlinə hansısa aləti alıb, divarı deşməklə məşğul olmasın? Yuxudan dik atılıb, dəli olmamısınızmı?
Əgər Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başland
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtis
Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində "Parçalanmış
İran valyutasının sürətlə dəyər itirməsi, ölkənin iqtisadi vəziyyət
Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini t�
Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket z
Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsi
Ukraynadakı müharibə həm Ukrayna, həm də Qərbin hərbi inkişafı üçün
Yanvarın 14-də Almaniyanın Volfsburq şəhərində "Volkswagen" şi
Dekabrın ortalarında döyüş meydanını tərk edərək Rusiya Prezidenti Vla
Ukrayna Silahlı Qüvvələri "Vaqner" vasitəsilə Ukraynaya qarşı