Mixək. Faydaları və müalicəvi


Digərləri 14 Yan 2023 22:30:00 286 0

Mixək. Faydaları və müalicəvi

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır.

Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki dəfə çiçəkləyərək çoxlu məhsul verir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir. Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5 dəqiqə qalmış əlavə etmək lazımdır.

Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.

Mixək efir yağı bir çox inkişaf etmiş ölkələrində dərman istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların hazırlanmasında istifadə edilir.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.

Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.

Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.

Onun tərkibində olan maddələrin əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.

Mixək efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.

Mixək yağının afrodiziak təsiri cinsi həvəsi artırır.

Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı da müalicəvi təsirə malikdir.

Məsləhət: SOS

Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.

Xalq təbabətində mixek çox geniş istifadə olunur. Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.

- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.

- 100 ml zeytun yağının üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Oynaq ağrıları və gec sağalan yaralarda yerli olaraq istifadə edilir.

- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.

Maraqlı bilgilər

Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Güvə və ağcaqanaddan qorunmaq üçün 1 ədəd bütöv limon və ya portağalın üzərinə sıx şəkildə mixək sancılıb otağın künclərinə qoyulur.

Mənbə: Herba Flora jurnalı

Türkiyə ordusu 11 PKK/YPG terrorçusunu like
  • 14 Yan 22:29  
Dünya Türkiyə ordusu 11 PKK/YPG terrorçusunu

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının

arrow Ətraflı
Türkiyə İsveçin NATOya qəbuluna razılıq verməyə hazır deyil like
  • 14 Yan 22:28  
Siyasət Türkiyə İsveçin NATOya qəbuluna razılıq verməyə hazır deyil

Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq vermək vəziyyətində de

arrow Ətraflı
Uşaqlarda yüksək təzyiq halları artır – like
  • 14 Yan 22:25  
Digərləri Uşaqlarda yüksək təzyiq halları artır –

Oksford Universitetinin alimləri hesablayıb ki, son 20 ildə hipertoniyanın -

arrow Ətraflı
Günahdan çəkinməyin təsiri like
  • 14 Yan 22:10  
Digərləri Günahdan çəkinməyin təsiri

"Nisa" surəsinin 31-ci ayəsində Allah-təala buyurur:

arrow Ətraflı
Vazelinin bu qədər faydalı olduğunu bilmirdiniz like
  • 14 Yan 22:05  
Digərləri Vazelinin bu qədər faydalı olduğunu bilmirdiniz

Vazelin illər əvvəl Amerikalı kimyaçı tərəfindən kəşf edilmişdir. Bu

arrow Ətraflı
Soyuqda papaq taxmayanların nəzərinə. Bunu mütləq bilməlisiniz! like
  • 14 Yan 22:01  
Digərləri Soyuqda papaq taxmayanların nəzərinə. Bunu mütləq bilməlisiniz!

Soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzən həmvətən

arrow Ətraflı
"Liqaullah" nədir?.. like
  • 14 Yan 21:55  
Digərləri "Liqaullah" nədir?..

Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, "liqaulla

arrow Ətraflı
Allah öz bəndəsini daş ürəkli edərmi?.. like
  • 14 Yan 21:50  
Digərləri Allah öz bəndəsini daş ürəkli edərmi?..

Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdi

arrow Ətraflı
Gözlərin sağlamlığını qorumaq üçün nə yemək lazımdır? like
  • 14 Yan 21:45  
Digərləri Gözlərin sağlamlığını qorumaq üçün nə yemək lazımdır?

Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidal

arrow Ətraflı
Mərhəmət... like
  • 14 Yan 21:40  
Digərləri Mərhəmət...

Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənziml�

arrow Ətraflı
Nə qədər az yatırsansa, bir o qədər əqlin zəifləyəcək – Qocalıq like
  • 14 Yan 21:35  
Digərləri Nə qədər az yatırsansa, bir o qədər əqlin zəifləyəcək – Qocalıq

Son illər geniş yayılan və indiki nəslin yaşlandıqca daha çox rastlaşa�

arrow Ətraflı
Çexiyada prezident seçkiləri like
  • 14 Yan 21:34  
Dünya Çexiyada prezident seçkiləri

Çexiyanın keçmiş baş naziri və "Narazı vətəndaşların aksiyası&q

arrow Ətraflı
Naxçıvanda üç tələbə qız dəm qazından like
  • 14 Yan 21:33  
Digərləri Naxçıvanda üç tələbə qız dəm qazından

Naxçıvanda üç tələbə qız dəm qazından zəhərlənib.

arrow Ətraflı