"Liqaullah" nədir?..
Digərləri 14 Yan 2023 21:55:00 370 0
Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən biri də, "liqaullahdır". Liqaullah, ərəb dilindən tərcümədə "Allahla görüş" mənasını verir. Allah-təala cism olmadığımızdan onun adi gözlə görünməsi də, sözsüz ki, mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın mükafat, cəza, nemət və əzabı bu qüdrətin təzahürlərindəndir.
Bu xəbəri də oxu: Tiflisdə etiraz aksiyası yenidən alovlandı
Bu sözün başqa bir mənası da zahir yox, iç gözü ilə Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik mərtəbəsinə çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz. Əlbəttə ki, bu hala yalnız yüksək paklıq, təqva yolu ilə yetişmək olar. "Nəhcül-bəlağə"də oxuyuruq: "Dostlarından biri Həzrəti Əlidən (ə) soruşdu: "Allahını görmüsənmi?". Həzrət (ə) bu sualın cavabında buyurdu: "Görmədiyim Allaha necə ibadət edərdim?! Zahirdəki gözlər heç zaman onu görməz. Yalnız iman nuru vasitəsi ilə qəlblər onu dərk edər".
Liqaullah haləti, qiyamətdə hamıya müəssər olar. Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor qəlbləri dirildəcək qədər aşkarlanar.
Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdi
Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidal
Son illər geniş yayılan və indiki nəslin yaşlandıqca daha çox rastlaşa�
Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə
"Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonun
Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində b
Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb.
6 uşaqlı Tokyürek ailəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yax
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah r�
Zelenski uzun illərdir narkotikdən istifadə edir. Poroşenko artıq bu barəd