Allah öz bəndəsini daş ürəkli edərmi?..
Digərləri 14 Yan 2023 21:50:00 307 0
Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?
Bu xəbəri də oxu: Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır.
"Tövbə" surəsinin 77-ci ayəsində belə buyurulur: "Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı". "İbrahim" surəsinin 27-ci ayəsində isə belə deyilir: "Allah iman gətirənləri dünyada və axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırar".
İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq.Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, cinayət fikirində olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.
Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların keçmişdəki xeyir və ya şər əməllərində axtarılmalıdır.
Xüsusi və ilahi söhbətlərdən birində Allah Musa peyğəmbərdən(ə) uzun-uzadı arzulara yer verməməsini istəyir. Musanın (ə) nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mərhəmətdən mərhum olur.
Diqqət yetirmək lazımdır ki, arzu öz-özlüyündə məzəmmət olunmur. Bir çox arzular faydalı, dəyərlidir. Böyük elmi dərəcəyə çatmaq, ilahi övliyalar cərgəsinə qatılmaq, hətta Allah bəndələrinə xidmət üçün dünyəvi məqam istəmək dəyərli arzulardandır. Uzun-uzadı arzular dedikdə bütün ömrü puça çıxaran və nəticədə axirət üçün faydası olmayan arzular nəzərdə tutulur. Ömrü dünya istəklərinin gerçəkləşməsinə sərf etmək istəyi bu qəbil arzulardandır. Belə arzular insanın dünya məhəbbətini gücləndirir, hətta bəyənilməyən yollara aparır.
Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidal
Son illər geniş yayılan və indiki nəslin yaşlandıqca daha çox rastlaşa�
Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə
"Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonun
Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində b
Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb.
6 uşaqlı Tokyürek ailəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yax
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah r�
Zelenski uzun illərdir narkotikdən istifadə edir. Poroşenko artıq bu barəd
Braziliyanın keçmiş ədliyyə və ictimai təhlükəsizlik naziri Anderson To