Soyuqda papaq taxmayanların nəzərinə. Bunu mütləq bilməlisiniz!
Digərləri 14 Yan 2023 22:01:00 294 0
Soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzən həmvətənlərimiz bilmədən öz səhhətini çox ciddi təhlükəyə salırlar.
Bu xəbəri də oxu: Alimlərdən xəbərdarlıq: içdiyiniz sudan bütün bədəninizə yayılır "2 qat artım var”
- Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur. Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutula bilər.
- Qulaqlar soyuğa xüsusilə həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara səbəb ola bilər. İltihab vaxtında müalicə olunmadıqda insanda karlıq inkişaf edə bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır.
- Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riksi xeyli artır. Xüsusilə bu xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
- Bir çoxları saçlarını "qorumaq" məqsədi ilə papaqdan imtina edir - papaqda saçlar əzilir, saç düzümü korlanır. Lakin nəzərə almaq lazımdır ki, soyuq saçların sağlamlığına çox ciddi ziyan vurur. Soyuqda baş dərisinin kapilyarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir - saçlar zəif, nazik, cansız olur, tökülür.
- Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər.
Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdi
Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidal
Son illər geniş yayılan və indiki nəslin yaşlandıqca daha çox rastlaşa�
Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə
"Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonun
Qarvard Universitetinin alimləri uzunmüddətli araşdırmalar nəticəsində b
Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb.
6 uşaqlı Tokyürek ailəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yax
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah r�