Azərbaycan səfiri etimadnaməsini Roma Papası Fransiskə


Siyasət 14 Yan 2023 19:56:00 320 0

Azərbaycan səfiri etimadnaməsini Roma Papası Fransiskə

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov etimadnaməsini Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə təqdim edib.

Görüşdə səfir İ.Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını Papa Fransiskə çatdırıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib. Səfir bildirib ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri otuzillik dövr ərzində böyük inkişaf yolu keçib. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərini, eləcə də Papa Fransiskin Azərbaycana səfərini xatırladıb.

Qeyd olunub ki, Azərbaycanın Müqəddəs Tax-Tacda səfirliyinin təsis olunması ikitərəfli əlaqələrə verilən önəmin göstəricisidir.

Söhbət zamanı Papa Fransisk salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmağı xahiş edib. Roma Papası 2016-cı ildə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərini, səfər çərçivəsində dini icmalarının nümayəndələri ilə görüşünü məmnunluqla xatırladıb. Azərbaycanda isti münasibətlə qarşılandığını, səfərdən xoş təəssüratla ayrıldığını qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbəri regiondakı vəziyyətlə maraqlanıb, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verdiyini, ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasındakı səmərəli əməkdaşlığı qeyd edən Papa Fransisk Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin mədəni irsin qorunması sahəsində böyük işlər olduğunu bildirib. Həmin layihələrin dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət etdiyi qeyd olunub.

Səfir isə öz növbəsində bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiqləyir.

Papa Fransisk səfirdən Azərbaycan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

İlqar Muxtarovun Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə görüşündə isə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Səfir kardinal Pietro Parolinin ölkəmizə səfərə dəvət olunduğunu xatırladıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfəri edəcəyini bildirib.

Armudun bitməyən faydaları – like
  • 14 Yan 19:25  
Digərləri Armudun bitməyən faydaları –

Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, min

arrow Ətraflı
Xalq artisti vəfat etdi – FOTO like
  • 14 Yan 19:23  
Dünya Xalq artisti vəfat etdi – FOTO

SSRİ Xalq artisti İnna Çurikova vəfat edib.

arrow Ətraflı
Qərb bizə görə Türkiyə ilə savaşacaq? like
  • 14 Yan 18:59  
Siyasət Qərb bizə görə Türkiyə ilə savaşacaq?

Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis

arrow Ətraflı
Xomeyninin fitvaları ilə qadınların like
  • 14 Yan 18:58  
Siyasət Xomeyninin fitvaları ilə qadınların

İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i

arrow Ətraflı
Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır like
  • 14 Yan 18:51  
Dünya Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır

Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu

arrow Ətraflı
Son dövrün məşhur saç trendi: like
  • 14 Yan 18:20  
Digərləri Son dövrün məşhur saç trendi:

Hər kəsin ortaq nöqtələrindən biri olan saç baxımı günü-gündən inki

arrow Ətraflı
“Apple” şirkətinin baş direktorunun gəlirləri azaldı like
  • 14 Yan 18:11  
Dünya “Apple” şirkətinin baş direktorunun gəlirləri azaldı

"2023-cü ildə "Apple" şirkətinin baş direktoru Tim Kuk ötə

arrow Ətraflı
“Bremen musiqiçiləri” Talassemiya Mərkəzində göstərilib  FOTO like
  • 14 Yan 18:03  
Kriminal “Bremen musiqiçiləri” Talassemiya Mərkəzində göstərilib FOTO

Maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirən Azərbaycan D�

arrow Ətraflı
Erotik filmə görə təzyiqlərə məruz qaldı, rejissor onu çəkilişdən qovdu like
  • 14 Yan 18:00  
Kriminal Erotik filmə görə təzyiqlərə məruz qaldı, rejissor onu çəkilişdən qovdu

Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqınd

arrow Ətraflı
İndi də Hazal Kayanı məhkəməyə verdi like
  • 14 Yan 17:51  
Şou-biznes İndi də Hazal Kayanı məhkəməyə verdi

Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhk�

arrow Ətraflı
Miss Vyetnamın şəffaf geyimi qalmaqal yaratdı like
  • 14 Yan 17:20  
Digərləri Miss Vyetnamın şəffaf geyimi qalmaqal yaratdı

Miss Vyetnam 2022 yarışmasının qalibi səhnəyə şəffaf geyimdə çıxıb.

arrow Ətraflı
Cüneyt Arkının ailəsində miras davası like
  • 14 Yan 17:11  
Şou-biznes Cüneyt Arkının ailəsində miras davası

Mərhum türkiyəli aktyor Cüneyt Arkının övladları arasında miras üstün

arrow Ətraflı
Batuhanla Nisa eşq yaşayır? like
  • 14 Yan 16:51  
Şou-biznes Batuhanla Nisa eşq yaşayır?

Türkiyəli aktyor Batuhan Karacakaya ilə Nisa Bölükbaşının eşq yaşadı�

arrow Ətraflı
Qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək like
  • 14 Yan 16:40  
Digərləri Qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəni gələn il ötəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiya

arrow Ətraflı
2600 dollarlıq şalvar bu dəfə Gülayın əynində like
  • 14 Yan 16:31  
Şou-biznes 2600 dollarlıq şalvar bu dəfə Gülayın əynində

Daha öncə Hadise, Xalq artisti Aygün Kazımovanın geyindiyi "Balenciaga

arrow Ətraflı