Xomeyninin fitvaları ilə qadınların
Siyasət 14 Yan 2023 18:58:00 369 0
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə indiki rejimin qadınlara hüquqları ilə bağlı verdiyi vədlər sonradan unuduldu. Qadınlarımızın başlatdığı və artıq 4 aydır davam edən hərəkat illərdir yığılıb qalan zülmə etirazdır.
Bu xəbəri də oxu: Prezident: Ölkəmizdə heç vaxt dini zəmində ayrıseçkilik və qarşıdurma halları baş verməyib
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri güneyli qadın fəal Azər Fərruxi deyib.
O bildirib ki, hazırki hökumət qurulanda qadınlar tapdanmış hüquqlarının bərpasına ümid edirdi.
"Lakin hər şey gözlənilənin əksinə dəyişdi, qadınlara qarşı zülmlər azalmaq əvəzinə çoxaldı. İnqilabdan sonra qadınlar necə bir zülmə düşdüklərini dərk etdilər. İnsan haqlarının nə olduğunu İranda yaşayanlar bəlkə də heç başa düşə bilmirlər. Onlar gündəlik həyatlarını belə çətinliklə yola verirlər. Vaxtı ilə qadınlar Xomeyninin verdiyi fitvalar əsasında ittiham olunur, onların namusuna toxunulurdu. Gənc qadınlarımıza "kommunist", "fədai" damğası vurub həbsxanalara atırdılar. Bir sözlə, bu zülm illərdir davam edir, lakin dilə gətirilmirdi. Ailədə qadınların geyiminə, təhsilinə, evlilik məsələsinə belə kişilər qərar verir, övladlar arasında oğlan uşaqları daha üstün tutulurdu. Qadınlar artıq dözə bilmədi və 4 aydır davam edən hərəkatı başlatdı. Gənc bir qızın qətli ilə İranın hər yerini etirazlar dalğası bürüdü. Bu etirazlar, yəqin ki, sönməyəcək, davam edəcək. Övladlarımız acdır, aldıqları yüksək təhsilə rəğmən iş tapa bilmirlər. Yəni, analar övlad böyütməyin necə ağır olduğunu dərk edirlər. Məhz bu səbəbdən, həm sosial, həm azadlıq tələbi ilə qadınlar rejimin qarşısına çıxdı. Tələbə və azyaşlı qızlarımız da bu etirazlara qoşuldu".
Güneyli xanım fəal qadınların başlatdığı aksiyaya beynəlxalq münasibətin yetəri qədər olmadığını vurğulayıb:
"Bu aksiyalara bir çox beynəlxalq qurumlardan, Avropa Şurasından, digər ölkələrin parlamentindən dəstək gəldi. Gələn dəstəkdən sonra İrandakı qadınların işi daha da çətinləşdi. Onlara qarşı basqı artdı, çox sayda qadın saxlanılaraq həbsxanalara atıldı. Qəddar rejim tərəfindən 13-16 yaşlı qız uşaqları öldürülüb.
Öldürülənlərin, tutulanların sayı həqiqəti əks etdirmir, açıqlanandan daha çoxdur. Bizim əlimizdən nə gələ bilər? Onların haqq səsini dünyaya çatdırmaq və rejimin qəddarlığını ifşa edən videomaterialları yaymaq. Xaricdə iranlı qadınlara dəstək mitinqləri keçirilir, amma əvvəlki kimi effektiv deyil. Mən onların haqq səsinin xaricdə lazımi yerlərə çatdırılmasına ümidliyəm. Kənarda yaşayanların vəziyyəti oradakılardan fərqlidir. Əsas odur ki, zülm altında olan insanların durumunu dərk edək. Bəlkə də hansısa Avropa ölkəsində belə bir qadın hərəkatı olsaydı, dünya birliyi onu sözsüz dəstəkləyərdi. İranda baş verənləri isə üzdə dəstəkləyir, şəxsi mənafelərini daha üstün tuturlar".
Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu
Hər kəsin ortaq nöqtələrindən biri olan saç baxımı günü-gündən inki
"2023-cü ildə "Apple" şirkətinin baş direktoru Tim Kuk ötə
Maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirən Azərbaycan D�
Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqınd
Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhk�
Miss Vyetnam 2022 yarışmasının qalibi səhnəyə şəffaf geyimdə çıxıb.
Mərhum türkiyəli aktyor Cüneyt Arkının övladları arasında miras üstün
Türkiyəli aktyor Batuhan Karacakaya ilə Nisa Bölükbaşının eşq yaşadı�
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiya
Daha öncə Hadise, Xalq artisti Aygün Kazımovanın geyindiyi "Balenciaga
Rusiyalı tanınmış stilist Vasiliev 2023-cü ilin trendlərini açıqlayıb.
Məşhur repçi Kanye Uest və onun "Yeezy" brendinin əməkdaşı Bia
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Məmməd şəxsi münasibətl�
Moskvanın Basmannı məhkəməsi bloger Veronika Belotserkovskayanın (Rusiya F