Erotik filmə görə təzyiqlərə məruz qaldı, rejissor onu çəkilişdən qovdu
Kriminal 14 Yan 2023 18:00:00 405 0
Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Ağstafada ər arvadını qətlə yetirdi
Vəfa Əliseyran qızı Zeynalova 4 oktyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Heç vaxt aktrisalığa həvəsi olmayıb. Uşaqlıq illərindən idmanla məşğul olub, hətta İdman Universitetində təhsil alıb. Ancaq sonradan təhsilini yarımçıq qoyaraq, Xarici Dillər Universitetində təhsil almağa başlayıb. İspan dilinə xüsusi marağı olsa da, 20 balı çatmadığına görə jurnalistika fakültəsinə düşüb.
***
Ancaq bu sahəyə də həvəsi olmadığından rəfiqəsi ona sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verməyi məsləhət görür. İmtahanın sonuncu günü sənədlərini qabiliyyət imtahanına verən Vəfa imtahana hazır olmasa da, qabiliyyət imtahanından keçərək Şəfiqə Məmmədovanın kursuna Musiqili dram aktyorluğuna daxil olur. Aktrisa özü bu haqda müsahibələrinin birində deyir:
"Bir dəfə dəhlizdə Həsən Turabovla toqquşmuşdum. Sonra məni görəndə, kimin tələbəsi olduğumu soruşanda "Şəfiqə xanımın tələbəsiyəm" dedim. Mənə "yaxşı" deməyi məni sonralar çox qorxutmuşdu. Bu hadisədən sonra Şəfiqə xanım sinfə girib mənə dedi ki, guya mən onun sinfində oxumaq istəməmişəm və bu barədə Həsən Turabova demişəm. Mən də belə olmadığını bildirdim. Buna baxmayaraq, Şəfiqə xanım məni Həsən Turabovun sinfinə keçirdi. Bunu Şəfiqə xanımdan Həsən müəllim istəmişdi. Ardınca Həsən müəllim məni teatrda işləməyə dəvət etdi. Həmin dövrlərdə Pantomima Teatrında da çalışırdım. Bir müddətdən sonra Akademik Milli Dram Teatrında ştata götürüldüm. Bu günə kimi də həmin teatrda fəaliyyət göstərirəm".
Aktrisa teatrda "Hökmdar və qızı", "Fərhad və Şirin", "Burlaxatun", "Eşq və intiqam", "Hələ sevirəm deməmişdilər...", "Cinayət oyunu", "Xurşidbanu Natəvan", "Kaş araba aşmayaydı", "Mesenat", "Eloğlu", "Uçqun", "Qocanı öldürməliyik" adlı tamaşalarda iştirak edib, aparıcı rollar ifa edib. "Bizim qəribə taleyimiz", "Bomba", "İlahi məxluq", "Nəfəs" adlı filmlərə çəkilib.
***
O, birinci kursda oxuyan zaman Nurəddin Mehdixanlının təklifi ilə Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" romanının motivləri əsasında çəkilən "Taleyin qisməti" filminə çəkilir. Filmin rejissoru Lütfi Məmmədbəyov bir dəfə Vəfanın ağlamalı olduğu səhnənin alınmadığını görüb əsəbiləşir və ona deyir:
"Səni burdan elə qovaram, bir də geri qayıda bilməzsən. Paltarını dəyiş, çıx get və bir də bura qayıtma".
Bu sözlərdən bərk tutulan Vəfa uşaq kimi ağlamağa başlayır. O, qapıdan çıxıb getmək istəyəndə, Lütfi müəllim ona deyir ki, "indi qayıt və təzədən əynini dəyiş. Mənə lazım idi ki, sən ağlayasan". Məlum olur ki, onun əsəbiləşməsi və dediyi ağır sözlər filmin ağlamaq səhnəsinin təbii alınması üçün imiş.
"Taleyin qisməti" filmindən sonra isə yolda, küçədə onu görən tamaşaçılar "Lamiyə, Lamiyə" deyə qışqırmağa başlayırlar. Həmin filmdə onun qızı rolunu bacısı qızı oynadığından belə bir şayiə gəzir ki, guya o, Vəfanın öz qızıdır.
***
Aktrisanın yaxşı səs tembiri, diksiyası olduğundan ona bir çox kanallardan aparıcılıq təklifi də gəlib. O, bir müddət ANS telekanalında aparıcı olaraq özünü sınayıb.
***
Aktrisa Samir adlı şəxslə ailə qurub. Onların bu evlilikdən Səbinə və Lalə adlı qızları doğulub. Səbinə bir müddət modelliklə məşğul olub, daha sonra isə Dillər universitetində təhsil alıb, Lalə isə İqtisadiyyat universitetində təhsil alıb. Səbinə ötən ilin iyul ayında Kamran adlı şəxslə ailə həyatı qurub.
***
Aktrisa haqqında ən çox yayılan şayiələrdən biri onun üç dəfə ailəli olması olub. Lakin o, fikirləri təkzib edərək deyir:
"Qayınatam istəmirdi, aktrisa olum. Amma həyat yoldaşım dedi ki, aktrisa olacaqsan. Həyat yoldaşımla bir il sırf dost olmuşuq. Qonşu idik. Sonradan, yəqin ki, onun hansısa hisləri oldu və mənə evlənmək təklifi elədi. Bir ilə qədər fikirləşdim, sonra qərar verdim. Mənim sənətimi ailəm ilk gündən qəbul edib, dəstək olub. Deyirlər, guya mən üçüncü, beşinci dəfə ərə getmişəm, boşanmışam. Bircə dəfə ailə qurmuşam və xoşbəxtəm. Mənə də eşq elan edən olub. Evimə zəng ediblər. Yoldaşım haqqında zəng edib nələrsə deyənlər də olub. Hətta toyda yoldaşımla birlikdə olan zaman ona zəng edib deyiblər ki, Vəfa bilirsən indi kimin yanındadır? O da gülərək, dəstəyi asıb. Əsas odur ki, ailədə inam olsun".
Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.
***
2019-cu ilin dekabr ayında aktrisanın qardaşı Gülhüseyn gənc yaşında xərçəng xəstəliyindən vəfat edib.
Aktrisa səhnə tamaşalarının birində səhnədə yıxıldığını xatırlayaraq deyir:
"Həyatımda o qədər böyük faciələr yaşamamışam, nəinki səhnədə. Səhnədə başıma gəlməyən iş qalmayıb. Uşaq tamaşalarının birində oynayırdım. Birdən gözüm qaraldı, səhnənin ortasında özümdən getdim. Elə bildilər roldayam. Sonradan gördülər ki, belə deyil. Məni ayıltmağa çalışdılar və səhnədən çıxardılar..."
***
Vəfa Zeynalova 2011-ci ildə rejissor Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq" filmində Nurəddin Mehdixanlı ilə birgə çəkildiyi erotik səhnəyə görə təzyiqlərə məruz qalıb. Vəfa Zeynalova da mətbuata verdiyi açıqlamada həmin kadrlarda qəbahətli bir şeyin olmadığını bildirib, hətta əsəbiləşib "çəkilmişəm, əcəb eləmişəm" deyib.
Son.az
Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhk�
Miss Vyetnam 2022 yarışmasının qalibi səhnəyə şəffaf geyimdə çıxıb.
Mərhum türkiyəli aktyor Cüneyt Arkının övladları arasında miras üstün
Türkiyəli aktyor Batuhan Karacakaya ilə Nisa Bölükbaşının eşq yaşadı�
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiya
Daha öncə Hadise, Xalq artisti Aygün Kazımovanın geyindiyi "Balenciaga
Rusiyalı tanınmış stilist Vasiliev 2023-cü ilin trendlərini açıqlayıb.
Məşhur repçi Kanye Uest və onun "Yeezy" brendinin əməkdaşı Bia
Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Məmməd şəxsi münasibətl�
Moskvanın Basmannı məhkəməsi bloger Veronika Belotserkovskayanın (Rusiya F
Yeni ilə qədəm qoyarkən bir çoxumuzun hədəflərindən biri də axşam dah
Qaçaq milyarder Ruben Vardanyan və himayədarları Qarabağda, Azərbaycan ər
Amerikalı Serena Smith XX əsrin seks simvolu Merilin Monroya bənzəmək niyy�