Vardanyan Qarabağda növbəti “seçki” şousuna hazırlaşır
Siyasət 14 Yan 2023 15:37:00 133 0
Qaçaq milyarder Ruben Vardanyan və himayədarları Qarabağda, Azərbaycan ərazisində növbəti "seçki" şousuna hazırlaşır və bununla da faktiki olaraq növbəti müharibəni qızışdırırlar. Görünür, onlar yenidən Azərbaycanın dəmir yumruğunu hiss etmək istəyirlər.
Bu xəbəri də oxu: “Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın” Rəsmi Bakıdan İrana cavab
Aydın məsələdir ki, Qarabağda "seçkilər" adlanan bütün bu sirk Rubik və onun kuklalarının böyük oyununun bir hissəsidir. Bu şounun "qalibi" təbii ki, Vardanyan və onun partiyası olacaq, o, uzun müddətdir ki, buna hazırlaşır, "qələbəyə" yol açır.
Son.az Trend-ə istinadən bildirir ki, Rubik Qarabağ separatçılarının qondarma "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyanı, daha bir neçə qondarma "nazir"i "vəzifə"dən uzaqlaşdırıb və "təmizləməni" davam etdirir. Faktiki olaraq, Vardanyan separatçıların lideri Arayik Harutunyanı "hakimiyyət"dən uzaqlaşdırır və onun kreslosunda oturmağı planlaşdırır. Ancaq bu da filmin sonu deyil, Rubikin dəstəkçiləri yeni sevimliləri üçün daha "böyük" planları var. Ssenariyə görə, Vardanyan sonda Ermənistanda taxtda oturmalıdır.
Olduqca tanış sujetdir. Vaxtilə Serj Sarkisyan və Robert Köçəryan da Qarabağdakı separatçıların liderləri olub, sonra Ermənistana keçiblər. "Qarabağ klanı" olan Sarkisyan-Köçəryanın süqutundan sonra bu köhnə oyuncaqlar artıq heç kimə lazım deyil və sahiblərinin bütün ümidi indi Ermənistanı nəzarətə qaytarmaq üçün yeni kukladadır. Amma "hər yeni şey yaxşı unudulmuş köhnədir" prinsipi ilə on illik plandan istifadə etmək istəyən sifarişçilər iki məqamı nəzərə almır: birincisi, heç nə unudulmayıb, ikincisi, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda tamam başqa reallıqlar mövcuddur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda hər kəsin, o cümlədən Vardanyan və onun ağalarının hesablaşmalı olduğu yeni geosiyasi reallıq yaratdı. Xüsusən də heç kim unutmasın ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Hələ 2021-ci il noyabrın 8-də, Qələbə Gününün birinci ildönümündə Şuşada hərbi qulluqçular qarşısında çıxış edən Prezident İlham Əliyev demişdi ki, Ermənistanda kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək
Göründüyü kimi, erməni separatçıları və onların xarici ağaları hələ də yeni reallıqları dərk edə bilmir, keçmişdə yaşayırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın "məğlubedilməz ordu" ilə bağlı illüziyalarını məhv etdi. Görünür, bundan ibrət götürməyiblər və indi regionu yeni müharibəyə aparırlar. Amma müharibə baş verərsə, Azərbaycanın dəmir yumruğu onları acı reallığa düçar edəcək.
Amerikalı Serena Smith XX əsrin seks simvolu Merilin Monroya bənzəmək niyy

Son.az Kulis.az-a istinadən müğənni Xatirə İslam haqqında maraqlı faktla

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən

C vitamini ilə zəngin olan limon bir çox problemin həllində yardımçıdır

Hazırda ölkəyə idxal edilən və istehsal tarixi 3 ildən yuxarı, mühərri

Dünyanın tanınmış modelyeri Vera Vanq 2023-cü ilin gəlinlik kolleksiyası

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun xanımı, Akademik Milli Dram Tea

Bərdə rayonunda 1993-cü il təvəllüdlü Şikar ailə münaqişəsi zəminin

Türkiyəli aktrisa Hilal Altınbilek ilk dəfə sevgilisi Mehmet Can Uzunla bir

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkəni

Ev sahibi olmaq istəyən, amma aldığı maaşı gündəlik tələbatlarına v

Bakıda bir qrup valideyn uşaqları qanunsuz olaraq dini ayinlərin icrasına

Aparıcı Zaur Baxşəliyev ötən gün efirdə danladığı operatorla bağlı
