Azərbaycanda doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən
Kriminal 22 Yan 2025 21:38:00 83 0
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: "Yaşlı anamı da oyuna qoşdum, 26 min itirdik"
Son.az "Unikal"a istinadla xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:
"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".
Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orada da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm, gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".
Yaşar Abbasovun zalda olan bibisi qızı isə İpək Əhmədovanı ittiham edib: "Sən Yaşara narkotik satıb tanış olmusan".
Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəsatəti təmin edib.
Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.
İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar".
Vəkilin sözlərinə görə, ekspert rəyində Mirəlinin ayağının sınması və döyülməsi barədə heç bir qeyd yoxdur.
Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik istifadə etdiyinə görə döydüyünü bildirib.
Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istəyiblər. Hakim isə məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verib.
Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb.
Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, 9 yaşlı Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə işgəncə verməklə qəsdən öldürüb.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib. Son.az
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.
Həkim sosial şəbəkədə izləyicisinin "Qan testi, rentgen və ya EKG olmada
ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra immiqrasiyanı mə
22 yanvar 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası v�
ABŞ-nin Şimali Karolina ştatının paytaxtı Roli şəhərində, Nobel mükaf
Astroloqlar hazırda hansı bürclərin əlamətdar dəyişikliklər astanasınd
Son dövrlərdə dünya ölkələrində kaju fındığının yerinə saxta məhs
Hindistanın qərbindəki Maharaştra ştatında qatarda baş verən yanğın ş
24 yanvarda Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi p
ABŞ prezidenti Donald Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda biti
Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğı
70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdi
Ermənistanın Ararat bölgəsində "Toyota" markalı minik avtomobili
"Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən "Merc
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun bar