Müharibə və 20 Yanvar əlillərinin təqaüdü artırıldı
Siyasət 13 Yan 2023 10:33:00 334 0
Prezident İlham Əliyev Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bu xəbəri də oxu: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı təhdidlər hələ də qalır”
Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilir:
1.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 (beş yüz) manat;
1.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 (dörd yüz) manat;
1.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 330 (üç yüz otuz) manat.
2. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639; 2020, № 12 (I kitab), maddə 1492; 2021, № 8, maddə 922) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə "400" rəqəmləri "500 (beş yüz)" sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci bənddə "350" rəqəmləri "400" (dörd yüz) sözləri ilə əvəz edilsin;
2.3. 1.3-cü bənddə "300" rəqəmləri "330" (üç yüz otuz) sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Son.az
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direkto
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması v�
Prezident İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respu
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması v�
Yaşa görə sosial müavinətin məbləği artırıldı.
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması v�
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması v�
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
Azərbaycanda Covid-19-un yeni ştamı olan "Omicron XBB.1.5"ə yoluxm
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevi
Xəbər verildiyi kimi, 2023-cü ilin 1 yanvarından Azərbaycanda minimum əmə
Rok-n-roll kralı Elvis Preslinin yeganə övladı, müğənni Liza Mari Presli
Türkiyədə 2016-cı ildə çəkilən "İçerde" serialında dostluql
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.