Sosial müavinətlərin məbləği artırıldı
Siyasət 13 Yan 2023 10:27:00 365 0
Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bu xəbəri də oxu: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı təhdidlər hələ də qalır”
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, 2023-cü il yanvarın 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib.
1.1. yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;
1.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;
1.3. ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;
1.4. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;
1.5. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;
1.6. uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;
1.7. dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat.
2. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361; 2021, № 8, maddə 922, № 12, maddə 1361; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənd üzrə:
2.1.1. 1.1.1-ci yarımbənddə "180" rəqəmləri "220 (iki yüz iyirmi)" sözləri ilə əvəz edilsin;
2.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında "220" rəqəmləri "270 (iki yüz yetmiş)" sözləri ilə, üçüncü abzasında "180" rəqəmləri "220 (iki yüz iyirmi)" sözləri ilə, dördüncü abzasında "120" rəqəmləri "150 (yüz əlli)" sözləri ilə əvəz edilsin;
2.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında "220" rəqəmləri "270 (iki yüz yetmiş)" sözləri ilə, üçüncü abzasında "180" rəqəmləri "220 (iki yüz iyirmi)" sözləri ilə, dördüncü abzasında "120" rəqəmləri "150 (yüz əlli)" sözləri ilə əvəz edilsin;
2.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında "220" rəqəmləri "270 (iki yüz yetmiş)" sözləri ilə, üçüncü abzasında "180" rəqəmləri "220 (iki yüz iyirmi)" sözləri ilə, dördüncü abzasında "120" rəqəmləri "150 (yüz əlli)" sözləri ilə əvəz edilsin;
2.1.5. 1.1.6-cı yarımbənddə "100" rəqəmləri "120 (yüz iyirmi)" sözləri ilə əvəz edilsin;
2.1.6. 1.1.10-cu yarımbənddə "70" rəqəmləri "100 (bir yüz)" sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci bənd üzrə:
2.2.1. 1.2.1-ci yarımbənddə "237" rəqəmləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;
2.2.2. 1.2.2-ci yarımbənddə "300" rəqəmləri "500 (beş yüz)" sözləri ilə əvəz edilsin;
2.2.3. 1.2.3-cü yarımbənddə "350" rəqəmləri "500 (beş yüz)" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Son.az
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
Azərbaycanda Covid-19-un yeni ştamı olan "Omicron XBB.1.5"ə yoluxm
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs
Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevi
Xəbər verildiyi kimi, 2023-cü ilin 1 yanvarından Azərbaycanda minimum əmə
Rok-n-roll kralı Elvis Preslinin yeganə övladı, müğənni Liza Mari Presli
Türkiyədə 2016-cı ildə çəkilən "İçerde" serialında dostluql
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 25 yaşlı gənc oğurluq �
Çinin Tayvana mümkün hücumunun qarşısını almaq üçün elə indi Tayvana
YAP-çı deputat: "Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə i
Rusiya ordusunun Ukraynada infrastruktura yönəlik artilleriya və aviasiya hü
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s
"BMT Rusiyanın Ukraynaya təcavüzü cinayətini araşdırmaq üçün xüs