Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq


Kriminal 13 Yan 2023 10:10:00 208 0

Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq

Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin "Ölülər" üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunacaq.

İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsərdir. Ulu öndər özü müsahibələrində belə deyirdi: "Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."

Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən ümummilli lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.

"Ölülər" tamaşasına biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Son.az 

Minimum əmək haqqı artdı: MDBdə neçənci yerdəyik? like
  • 13 Yan 09:59  
Digərləri Minimum əmək haqqı artdı: MDBdə neçənci yerdəyik?

Xəbər verildiyi kimi, 2023-cü ilin 1 yanvarından Azərbaycanda minimum əmə

arrow Ətraflı
Elvis Preslinin yeganə övladı evində like
  • 13 Yan 09:48  
Şou-biznes Elvis Preslinin yeganə övladı evində

Rok-n-roll kralı Elvis Preslinin yeganə övladı, müğənni Liza Mari Presli

arrow Ətraflı
Evlənməyə hazırlaşan məşhur cütlük ayrıldı like
  • 13 Yan 09:37  
Şou-biznes Evlənməyə hazırlaşan məşhur cütlük ayrıldı

Türkiyədə 2016-cı ildə çəkilən "İçerde" serialında dostluql

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb like
  • 13 Yan 09:26  
Digərləri Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

arrow Ətraflı
İrəvanın ermənilərə verilməsi haqqında like
  • 13 Yan 09:21  
Siyasət İrəvanın ermənilərə verilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-

arrow Ətraflı
Transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu like
  • 13 Yan 09:17  
Digərləri Transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 25 yaşlı gənc oğurluq �

arrow Ətraflı
"Elə indi silah göndərməliyik" like
  • 13 Yan 08:59  
Dünya "Elə indi silah göndərməliyik"

Çinin Tayvana mümkün hücumunun qarşısını almaq üçün elə indi Tayvana

arrow Ətraflı
Talıbovun YAPın İdarə Heyətindən qovulması tələbi like
  • 13 Yan 08:54  
Digərləri Talıbovun YAPın İdarə Heyətindən qovulması tələbi

YAP-çı deputat: "Cinayəti sübut edilmiş şəxsin hakim partiyada nə i

arrow Ətraflı
Rusiya zərbələr endirdi, tədarük zənciri pozuldu like
  • 13 Yan 08:49  
Dünya Rusiya zərbələr endirdi, tədarük zənciri pozuldu

Rusiya ordusunun Ukraynada infrastruktura yönəlik artilleriya və aviasiya hü

arrow Ətraflı
Yollarda sıxlıq yaranıb like
  • 13 Yan 08:43  
Digərləri Yollarda sıxlıq yaranıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s

arrow Ətraflı
BMTdə Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur like
  • 13 Yan 08:29  
Dünya BMTdə Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur

"BMT Rusiyanın Ukraynaya təcavüzü cinayətini araşdırmaq üçün xüs

arrow Ətraflı
İranın nüvə sazişi dalana dirəndi  MAQATE like
  • 13 Yan 08:22  
Dünya İranın nüvə sazişi dalana dirəndi MAQATE

İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib.

arrow Ətraflı
Bakı metrosunda problem yaranıb, like
  • 13 Yan 08:15  
Digərləri Bakı metrosunda problem yaranıb,

Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərək

arrow Ətraflı
"Valyuta risklərini azaltmaq üçün..." like
  • 13 Yan 08:01  
Digərləri "Valyuta risklərini azaltmaq üçün..."

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə ölkə str

arrow Ətraflı
"PKK təbliğatına icazə verənləri lənətləyirik!" like
  • 13 Yan 07:55  
Dünya "PKK təbliğatına icazə verənləri lənətləyirik!"

İsveçdə PKK təbliğatına icazə verilməsi qəbuledilməzdir. Bunu lənətl

arrow Ətraflı