İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını
Siyasət 11 Yan 2023 20:02:00 378 0
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına zidd olaraq, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib
Trend bu barədə çərşənbə günü İƏT-ə istinadən xəbər verir.
"Ekoloji standartlara lazımi diqqət yetirilmədən faydalı qazıntı yataqlarının işlənilməsi beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulması olmaqla yanaşı, həm də ciddi və haqlı narahatlıq doğurur.
Baş Katiblik bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bununla bağlı səylərini yüksək qiymətləndirir", - təşkilatın bəyanatında deyilir.
Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində İslamabadda (Pakistan) keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma və suverenliyə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına çağırır.
Bir müddət öncə ABŞ-ın Hudson İnstitunun müharibə ilə bağlı yayımla
İki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev böyük q�
Bir zamanlar Türkiyədə yayımlanan və sevilərək "Aşk-ı Memnu"
İlham Mirzəyev yeni görüntüləri ilə diqqət çəkib.
Milyonları ekrana bağlayan "Survivor" verilişinin 2023-cü il hey�
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlum
Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanay
"Yeni ildən bir neçə gün əvvəl Aftandil müəllim Badamdarda yerləş
Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları"
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz�
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy