Bakıda məşhur ayaqqabı mağazasının fəaliyyəti dayandırıldı VİDEO
Digərləri 11 Yan 2023 17:28:00 411 0
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: Xilas olan bələdçi ailəsi ilə DANIŞDI
FHN-dən APA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən "Avangard" ayaqqabı mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
- anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- obyektin elektrik təchizatı və elektrik qurğuları "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib;
- obyekt odsöndürən balonlarla təmin olunmayıb;
- mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən "Avangard" ayaqqabı mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl şad günündə �
Azərbaycanda siyasi partiyaların fəaliyyətinin qadağan olunduğu hallar mü
Yanvarın 11-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Ba
İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu
Aktrisa Firuzə Balayeva "Komedixana" proqramından ayrıldığını a
"WhatsApp" bir çox yeni funksiyalar təqdim edir.
ABŞ İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı 15 ba
Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiya
Müqavilə ilə alınan mənzillər sonradan başağrısına çevrilə bilər. O
Azərbaycanda prokurorun yazdığı mahnıya klip çəkilib.
Türkiyənin məşhur cütlüyü Afra Saraçoğluyla Mert Yazıcıoğlu ayrılsa
Xəbər verdiyimiz kimi, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Az
Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" yeni qanunu tə
Bakıda avtobus vurması nəticəsində vəfat edən məktəblinin adı və yaş
Prezident İlham Əliyev M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail