Bakıda xüsusi əməliyyat "Kalaşnikov", "Makarov", heroin götürüldü VİDEO FOTO
Kriminal 11 Yan 2023 17:48:00 90 0
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib.
Bu xəbəri də oxu: Mağazanın damını söküb, içəri girib 6500 manat oğurladı FOTO
DİN-dən bildirilib ki, nəticədə, qanunsuz dövriyyədən 13 kiloqram narkotik vasitə, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı çıxarılıb.
Keçirilən tədbirlər zamanı Abdulla Yolbarsov və Elvin Mustafayev üzərlərində odlu silah daşıdıqları üçün, İsmayıl Əliyev isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıblar. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb. İsmayıl Əliyevdən isə 6 ədəd bağlamada qablaşdırılan ümumilikdə 13 kiloqram narkotik vasitə heroin aşkar edilib. Bundan əlavə Baş İdarə əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1 ədəd "Kalaşnikov" markalı avtomat və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl şad günündə

Azərbaycanda siyasi partiyaların fəaliyyətinin qadağan olunduğu hallar mü

Yanvarın 11-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Ba

İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu

Aktrisa Firuzə Balayeva "Komedixana" proqramından ayrıldığını a

"WhatsApp" bir çox yeni funksiyalar təqdim edir.

ABŞ İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı 15 ba

Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiya

Müqavilə ilə alınan mənzillər sonradan başağrısına çevrilə bilər. O

Azərbaycanda prokurorun yazdığı mahnıya klip çəkilib.

Türkiyənin məşhur cütlüyü Afra Saraçoğluyla Mert Yazıcıoğlu ayrılsa

Xəbər verdiyimiz kimi, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Az

Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" yeni qanunu tə

Bakıda avtobus vurması nəticəsində vəfat edən məktəblinin adı və yaş
