ABŞ 4 vilayəti Rusiya üçün tələyə çevirdi Ağar
Dünya 11 Yan 2023 19:51:00 353 0
Bir müddət öncə ABŞ-ın Hudson İnstitunun müharibə ilə bağlı yayımladığı bir analizdə "Kiçik müharibələrin böyük müharibələrə, böyük müharibələrin isə nüvə müharibələrinə gətirib çıxardığı" qeyd olunub. Eyni zamanda analizdə ABŞ-ın soyuq müharibədən bəri ən böyük müharibədən çəkindirmə uğursuzluğundan dərs götürməsindən və Ukraynanı silahlandırılmasının vacibliyindən danışılıb. Əsas sual isə müharibənin necə nəticələnəcəyi ilə bağlıdır.
Bu xəbəri də oxu: Fil festivalda insanlara hücum etdi: 17 yaralı var VİDEO
Bu sözləri axar.az-a Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ekspert müharibənin bitməsi üçün lazım olan şərtlərin hələ ki, döyüş meydanında üzə çıxmadığını qeyd edib:
"Müharibə tərəflərdən birinin məğlubiyyəti qəbul etməsi, döyüş meydanında dalana dirənmə, yaxud vəziyyəti manipulyasiya edən güclülər üçün risklərin artması, onu dayandırmaq üçün kənardan müdaxilə və ya geosiya və siyasi nəticələrinin ortaya çıxması və artıq hərbi əməliyyatlara ehtiyacın qalmaması halında dayana bilər. Lakin Ukrayna müharibəsində sadaladığımız nəticələrin heç biri hələ üzə çıxmayıb. Ukraynanın müharibənin dalana dirəndiyi haqqında qurduğu cümlələr də son ABŞ səfəri və Vaşinqtonun verdiyi vədlərlə birlikdə aradan qalxdı. Müharibənin artıq Qərbi təhdid edəcək və qeyri-sabitliyə sürükləyəcək şəkildə Baltikyanı bölgəyə, Balkan yarımadasına və Şərqi Avropa kimi genişlənməsi, kimyəvi, radioloji, bioloji və nüvə silahlarının istifadə edildiyi formalara keçməsi kimi risklərin qarşısı da HİMARS kompleksləri ilə alındı. Rusiya bütün bunları ən azından indiki şərtlərdə qəbul etmiş kimi görünür".
Ağar Qərbin öz hədəflərinə çatmaq üçün Rusiyanın başını qatdığını, Rusiyanın isə resurslarına güvənərək müharibəyə davam edəcəyini qeyd edib:
"Yaşadığı bütün uğursuzluqlara rəğmən müharibədən əvvəlki hədəflərin sərhədlərini keçib dörd vilayəti işğal edən Rusiya Ukraynanın bunu qəbul etməsini ilkin şərt kimi irəli sürüb müzakirə haqqında danışsa da, artıq əsas problem üzləşdiyi risklərdir. Sözügedən vilayətlərin işğalı böyük bir qələbə kimi qələmə verilsə də, hazırda bura Rusiya üçün içindən çıxmağın çox çətin olduğu bir quyudur. Qərb bu quyuda Rusiyanın başını qataraq öz geosiyasi hədəflərinə çatmağa çalışır. Fikrimcə, özünün enerji resurslarına güvənən Rusiya gec-tez öz hədəflərini və uğurlarını Qərbə qəbul etdirəcəyini düşünərək müharibəyə davam edəcək".
İki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev böyük q�
Bir zamanlar Türkiyədə yayımlanan və sevilərək "Aşk-ı Memnu"
İlham Mirzəyev yeni görüntüləri ilə diqqət çəkib.
Milyonları ekrana bağlayan "Survivor" verilişinin 2023-cü il hey�
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlum
Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanay
"Yeni ildən bir neçə gün əvvəl Aftandil müəllim Badamdarda yerləş
Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları"
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariz�
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl şad günündə �
Azərbaycanda siyasi partiyaların fəaliyyətinin qadağan olunduğu hallar mü