Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT


Siyasət 11 Yan 2023 13:22:00 264 0

Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə tarixi hərbi qələbəmizi siyasi müstəvidə də dünyada təsdiqləmək idi. Müharibənin geridə qaldığı iki il ərzində postkonflik mərhələsində rəsmi Bakı əsas diqqətini bu məsələyə yönəltdi. Çünki Azərbaycan tərəfi yaxşı başa düşürdü ki, əgər siyasi sahədə bu Qələbəni dünyanın gözü önündə təsdiqlətməsə, onu dünya ictimaiyyətinə qəbul etdirməsə, Bakı üçün növbəti mərhələlər daha çətin olacaq.

Bununla paralel dövlət başçısı hazırda çox böyük soyuq savaşın getdiyini də sözlərinə əlavə edib: "Müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır". Bununla İlham Əliyev Ermənistan və ermənpərəst qüvvələrin hələ də anti-Azərbaycan siyasətlərinin təhlükəli həddə olduğuna işarə edib.

Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə xüsusilə geniş aydınlıq gətirdi. Amma dövlət başçısının əhatə etdiyi məsələlər bununla məhdudlaşmadı. Prezident müsahibə zamanı həm daxili auditoriyayaya, həm də Azərbaycana qarşı cəbhə açan xarici qüvvələrə kifayət qədər konkret və dəqiq mesajlar ünvanladı. 

Dövlət başçısı hələ dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır" fikirlərin demək olar ki, eynisini ötən gün də səsləndirdi:

"Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq".

Bunun olduqca önəmli detal olduğunu düşünürəm. Buradan da belə nəticə çıxır ki, Azərbaycanın hədəfləri daha böyükdür və rəsmi Bakının gündəliyi artıq bütün hər kəsə gün kimi aydındır. İlham Əliyevin fərqli zamanda, fərqli məkanda hər iki çıxışında bu Qayıdış hüququmuzu bütün konvensiyaların tanıdığını qeyd edərək xüsusilə "Sülh yolu ilə etmək istəyirik" ifadəsinə yer ayırması düşünməyə zəmin yaradır ki, "Azərbaycan bunu başqa formada da icra edə bilər. Amma regionda, dünyada sülh istəyən bir xalq olaraq Ermənistandan Qarabağ məsələsində görməsək də bu mövzuda konstruktiv addım gözləyirik" kimi əsaslandırılsın.

Ölkə başçısının bu açıqlamalarından bir daha aydın olur ki, Azərbaycan böyük səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində işlərə başlayıb. Qarabağ münaqişəsi həll olunandan sonra indi rəsmi Bakının gündəliyində duran əsas məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, Azərbaycan indi çox gözəl anlayır ki, vaxt itirməməlidir:

"Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır".

Beləliklə, əgər 30 il ərzində Qarabağ mövzusu ümumxalq məqsədi idisə, bundan sonra Qərbi Zəngəzura, Basarkeçərə, Göyçəyə qayıdış milli prioritetimiz olacaq. 

"Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik" açıqlaması edən dövlət başçısı bu Qayıdış Konsepsiyasının indi Azərbaycan qarşısında dayanan ən böyük missiya olduğundan xəbər verir. Dövlət başçısının, "Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik" sözləri rəsmi Bakının bu prosesə nə qədər fokuslandığından xəbər verməklə yanaşı, Qərbi Azərbaycana qayıdışın Azərbaycan xalqı üçün Qarabağ qədər taleyüklü bir məsələ olduğuna eyham etməkdir. 

Dünyada gedən qlobal geosiyasi proseslər, yeni qütblərin formalaşması, qəlizləşən dünya nizamı, regionun siyasi mənzərəsi Qərbi Azərbaycana qayıdış strategiyasının nəticə verməsi ehtimallarını artırır. Məhz bütün bu amilləri zərgər dəqiqliyi ilə nəzərdən keçirən dövlət başçısı bu prosesdə bu qədər qətiyyətli görünür. Lakin İlham Əliyevin "Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, faktiki olaraq, Üçüncü Dünya müharibəsi gedir", "Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur" kimi sözlərinə diqqət yetirsək, aydın olar ki, Qərbi Azərbaycan planı təkcə regional şərtlərə yox, həm də qlobal miqyasda yeni dünya nizamının qurulması perspektivinə hesablanıb.

Atılan addımlar fonunda bu bəyanatların səsləndirilməsi deməyə əsas verir ki, Prezidentin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış hədəfi tək ritorikadan ibarət olmayacaq. Çünki Qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıdışı milli prioritet məsələmiz olmaqla bərabər, eyni zamanda haqqımızdır. 

Təhməz Əsədov Son.az

Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır? like
  • 11 Yan 13:15  
Digərləri Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır?

Dünyada olduğu kimi Azərbaycan da ev heyvanları saxlayanların sayı ilbəil

arrow Ətraflı
Sabahın havası AÇIQLANDI like
  • 11 Yan 13:05  
Digərləri Sabahın havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəz

arrow Ətraflı
Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur like
  • 11 Yan 13:04  
Şou-biznes Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur

Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi i

arrow Ətraflı
Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq? like
  • 11 Yan 12:53  
Digərləri Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq?

Xətai rayonu ərazisində köhnə 9 mərtəbəli binanın lifti işləmir. Aşa

arrow Ətraflı
“Səs” müasir çağırışlara cavab verən qəzetdir like
  • 11 Yan 12:49  
Digərləri “Səs” müasir çağırışlara cavab verən qəzetdir

"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

arrow Ətraflı
"BTS: Yet to come in cinemas"  fevralin 1dən «park cinema» kinoteatlarinda like
  • 11 Yan 12:47  
Şou-biznes "BTS: Yet to come in cinemas" fevralin 1dən «park cinema» kinoteatlarinda

"BTS: Yet To Come in Cinemas" 1 fevral, çərşənbə günü Azərbayc

arrow Ətraflı
Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü like
  • 11 Yan 12:42  
Dünya Canlı yayımda həyəcanlı anlar: Bloqerin sinəsinə ştanq düşdü

Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.

arrow Ətraflı
Şöbə müdirinin evinə xəstə adı ilə giriblər like
  • 11 Yan 12:20  
Digərləri Şöbə müdirinin evinə xəstə adı ilə giriblər

Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küç

arrow Ətraflı
Zelenski söz verdi: Üçüncü Dünya müharibəsi… like
  • 11 Yan 12:09  
Dünya Zelenski söz verdi: Üçüncü Dünya müharibəsi…

Üçüncü Dünya müharibəsinin olmayacağına söz verirəm.

arrow Ətraflı
Bölmələrimiz istənilən hava şəraitində döyüşməyə hazırdır like
  • 11 Yan 12:06  
Siyasət Bölmələrimiz istənilən hava şəraitində döyüşməyə hazırdır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən A

arrow Ətraflı
İranda casusluqda ittiham olunan xarici vətəndaş şallaqlanacaq like
  • 11 Yan 11:58  
Digərləri İranda casusluqda ittiham olunan xarici vətəndaş şallaqlanacaq

Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi

arrow Ətraflı
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü like
  • 11 Yan 11:47  
Digərləri Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilər

arrow Ətraflı
Kamaləddin Qafarov: “Qarabağda müxtəlif yarışların keçirilməsinin rəmzi mənası var” like
  • 11 Yan 11:40  
Siyasət Kamaləddin Qafarov: “Qarabağda müxtəlif yarışların keçirilməsinin rəmzi mənası var”

"Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olun

arrow Ətraflı
Bakıda ağır qəza törədən vəzifəli şəxs həbs edildi like
  • 11 Yan 11:36  
Digərləri Bakıda ağır qəza törədən vəzifəli şəxs həbs edildi

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət almas

arrow Ətraflı