“Səs” müasir çağırışlara cavab verən qəzetdir
Digərləri 11 Yan 2023 12:49:00 355 0
"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin müsahibəsini təqdim edirik:
Bu xəbəri də oxu: Hökümənin toyundan görüntülər yayıldı VİDEO
- Bəhruz müəllim, yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan "Səs" qəzetinin 32 yaşı tamam olur. Ölkəmizin müstəqilliyinin bərpa edilməsindən 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...
- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırımı təcavüzünə məruz qalmışdı, yüzminlərlə soydaşımız qaçqın-köçkün olaraq, öz doğma torpaqlarından didərgin düşmüşdü.
Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Belə bir çətin dövrdə etiraf edək ki, müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə çətin və məsuliyyətli bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu ağır yükü üzərlərinə götürüb, 1990-cı ilin noyabrında"Səs" qəzetini qeydiyyatdan keçirə bildilər və nəhayət 1991-ci ilin yanvarın 11-də qəzetin ilk nömrəsi çapdan çıxdı. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.
Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. O dövrdə qəzetdə ulu öndər Heydər Əliyevə xalqın sevgi və rəğbətini ifadə edilməsi asan deyildi.
Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərlərinə götürdülər.
Haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevdə görürdülər. Bir faktı qeyd edim ki, o illərdə qəzetimiz 35-40 min tirajla nəşr olunurdu və həmin gün də yayılırdı.
Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Təsadüfü deyil ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə 91 nəfərin imzası ilə tarixi müraciət etdilər. Ulu Öndərimiz xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub. Məhz buna görə Ulu Öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".
- "Səs" milli maraqların qorunmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin sağlam ictimai rəyin formalaşmasında və siyasi-ideoloji işin həyata keçirilməsində rolunu necə dəyərləndirirsiniz?
- "Səs" qəzeti həmişə sağlam, obyektiv, cəsarətli media orqanı kimi Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolu oynamaqla yanaşı, bu partiyanın ideoloji təbliğat vasitəsi olub. Təqdirəlayiqdir ki, qəzetimiz illərlə öz mövqeyini qoruyaraq cəmiyyətdə özünəməxsus xüsusiyyətləri ilə mübariz qəzet kimi tanınır.
Bu gün də "Səs" qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir
Ümumiyyətlə, "Səs" qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiəsinə öz töhfəsini verib. Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək.
- "Səs" qəzeti oxuculara hansı yenilikləri təqdim edir və milli mətbuatın inkişafında nə kimi rol oynayır?
Dövrün tələblərinə uyğun olaraq, "Səs" qəzeti daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində QR kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.
Qəzetin bazası əsasında yaradılmış "Səs" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursuna çevrilib.
"BTS: Yet To Come in Cinemas" 1 fevral, çərşənbə günü Azərbayc
Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.
Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küç
Üçüncü Dünya müharibəsinin olmayacağına söz verirəm.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən A
Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilər
"Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olun
Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət almas
Fransada bıçaqlı şəxs insanlara hücum edib.
Dünyanın 29 ölkəsində koronavirusun yeni ştammı aşkar edilib. Ümumdüny
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən ame
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə
Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusi