Azərbaycanda koronavirusun yeni dalğası gözlənilirmi?
Digərləri 11 Yan 2023 11:31:00 325 0
Dünyanın 29 ölkəsində koronavirusun yeni ştammı aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus qeyd edib ki, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymaq mümkün ola bilər. Lakin,hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Bəzi regionlarda virusun yayılması sürətlə artır.
Bəs Azərbaycanda koronavirusun yeni dalğası gözlənilir mi?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayərkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, bəzi ölkələrdə koronvirusun yeni ştammları sürətlə yayılır və Azərbaycanda da əhali arasında sürətlə yayılan xəstəlik müşahidə olunur.
"Lakin Azərbaycanda əhali arasında yayılan xəstəliyi COVID-19-la əlaqələndirmək olmaz. Nəzərə almaq lazımdır ki, qış aylarında yalnız koronavirus yox digər viruslarda yayılır. Azərbaycanda yayılan virusun COVID-19 yoxsa qrip olduğunu bilmək üçün diaqnostik testlər mövcuddur.
Amma istər qrip, istərsə də koronavirus olsun bunlara qarşı müalicə və profilaktik tədbirlər eynidir. Sadəxə sağlam qidalanma zamanında vaksin olunaraq bu xəstəlikdən qoruna bilər. Artıq xəstələnə insanlar isə gərəksiz dərman qəbulundan uzaq durmalı bol maye qəbul etməli və həkim müayinəsindən keçməlidir",- deyə V.Əliyev əlavə edib.
İnfeksionist Mərdan Əliyev isə Trend-ə açıqlamasında yeni ştammların aşkar edilməsinin koronovirusun yeni dalğasını yaradacağına ehtimal edilmədiyini bildirib.
"Pandemyanın ilk illərində bu keçərli idi. Hazırda vəziyyət fərqlidir. Bəzi ölkələrdə hələ də koronavirus problemi var. Çünki onlarda kollektiv immunitet formalaşmayıb. Ölkəmizdə də yoluxma statistikasında müəyyən artmalar ola bilər/ lakin bu ciddi rəqəmlər olmayacaq", -deyə M.Əliyev bildirib.
Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti, infeksionist Təyyar Eyvazov həmçinin qeyd edib ki, hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur.
"Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik. Son vaxtlar dünyanın əksər ölkələrində yeni yoluxma və ölüm hallarının azalması müşahidə edilməsinə baxmayaraq, beynəlxalq ekspertlər hələ də təhlükənin tam aradan qalxmadığı qənaətindədirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, virus durmadan mutasiya edərək dəyişir, yəni əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir.
Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik", - deyə T. Eyvazov bildirib.
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən ame
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə
Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusi
ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edə
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam əl
Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə nar
İrana tətbiq olunan sanksiyalar Tehran rejimini siyasi cəhətdən zəifləts�
Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endiriml
Yanvarın 10-da Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.