Bakıda ağır qəza törədən vəzifəli şəxs həbs edildi


Digərləri 11 Yan 2023 11:36:00 308 0

Bakıda ağır qəza törədən vəzifəli şəxs həbs edildi

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.

Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi "Mazda" markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə oğlan yolun əks hərəkət zolağına düşüb və "Toyota Prius" markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yasamal Rayon Məhkəməsi "Toyota Prius"un sürücüsünün baş vermiş hadisədə günahının olmamasını bildirib və ona bəraət verilib.

Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər maşının altında qalması səbəbindən dünyasını dəyişib: "Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci vurulma nəticəsində yaranmayıb. Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm. Həmçinin mərhumun ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Allahın yazdığı bir qəzadır".

Mərhum Nurlan Bağışovun ailəsi isə məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadıqlarını və ona cəza verilməsini xahiş etdiklərini bildiriblər. N.Bağışovun atası qeyd edib ki, hadisə baş verən vaxt oğlu ilə birgə Şəfayət Mehdiyev küçəsindəki şirniyyat mağazasına gedirmiş: "Saat 22:30 radələrində oğlumla birgə Yasamal parkından yaşadığım ünvan tərəf gəlirdik. Bu zaman Nurlan mənə yolun əks istiqamətində yerləşən dükandan onun üçün şirniyyat almağımı istədi. Nurlanın əlindən tutub yolu keçməyə başladıq. Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayandıq, əks istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözlədik. Bu zaman ani bir anda zərbə səsi eşitdim. Sağ tərəfimə baxan zaman oğlumun yanımda olmadığını gördüm. Nurlanı yerdə asfaltın üzərində uzanılmış vəziyyətdə görüb qışqırmağa başladım. Ətrafda olan tanımadığım insanlar yanıma gəldi, iki xanım köməklik göstərdi. Artıq Nurlanın ağzından qan gəlirdi. Bir avtomobil saxladı, o, həmin avtomobildə qabaq oturacağa oturdum, arxa hissədə bir nəfər əvvəllər tanımadığmı cavan oğlan oturdu, Nurlanı arxaya uzatdıq. İlkin olaraq Gömrük xəstəxanasına getdik. Lakin orada "Covid" xəstəliyi ilə əlaqədar qəbul etmədilər. Bundan sonra yaxınlıqdakı doğum evinə getdik, lakin orada da qəbul etmədilər. Bundan sonra Mərkəzi Klinikaya getdik. Orada xəstənin nəbzini yoxlayaraq hələ yaşadığı üçün qəbul etdilər və təxminən 15-20 dəqiqə sonra mənə oğlumun vəfat etdiyini bildirdilər. Təqsirli şəxslərin qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edirəm".

Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədilməsini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb. 

Son.az 

Azərbaycanda koronavirusun yeni dalğası gözlənilirmi? like
  • 11 Yan 11:31  
Digərləri Azərbaycanda koronavirusun yeni dalğası gözlənilirmi?

Dünyanın 29 ölkəsində koronavirusun yeni ştammı aşkar edilib. Ümumdüny

arrow Ətraflı
Laçın yolundan RSKya məxsus daha 7 avtomobilin keçidinə şərait yaradılıb like
  • 11 Yan 11:29  
Digərləri Laçın yolundan RSKya məxsus daha 7 avtomobilin keçidinə şərait yaradılıb

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av

arrow Ətraflı
"Qızıl Qlobus"da azərbaycanlı aktrisa BƏRQ VURDU like
  • 11 Yan 11:25  
Şou-biznes "Qızıl Qlobus"da azərbaycanlı aktrisa BƏRQ VURDU

Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən ame

arrow Ətraflı
Ukrayna müharibəsi və Qarabağ: yayda like
  • 11 Yan 11:22  
Siyasət Ukrayna müharibəsi və Qarabağ: yayda

2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə

arrow Ətraflı
Kadırov Ukraynada döyüşən çeçenlərin sayını açıqladı like
  • 11 Yan 11:14  
Dünya Kadırov Ukraynada döyüşən çeçenlərin sayını açıqladı

Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusi

arrow Ətraflı
ATƏT sədri Azərbaycana və Ermənistan səfər edəcək like
  • 11 Yan 11:03  
Siyasət ATƏT sədri Azərbaycana və Ermənistan səfər edəcək

ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edə

arrow Ətraflı
Rusiya Soledarı tam nəzarətə alıb? like
  • 11 Yan 10:52  
Dünya Rusiya Soledarı tam nəzarətə alıb?

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam əl

arrow Ətraflı
Növbəti narkotik əməliyyatı: like
  • 11 Yan 10:41  
Digərləri Növbəti narkotik əməliyyatı:

Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə nar

arrow Ətraflı
İrana hava zərbələri endirilə bilər like
  • 11 Yan 10:27  
Digərləri İrana hava zərbələri endirilə bilər

İrana tətbiq olunan sanksiyalar Tehran rejimini siyasi cəhətdən zəifləts�

arrow Ətraflı
Yeni ildə arzuladığınız evi Kapital Bankla alın! like
  • 11 Yan 10:25  
Digərləri Yeni ildə arzuladığınız evi Kapital Bankla alın!

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endiriml

arrow Ətraflı
Naxçıvanda 29 yaşlı oğlan ataanasını bıçaqladı like
  • 11 Yan 10:24  
Kriminal Naxçıvanda 29 yaşlı oğlan ataanasını bıçaqladı

Yanvarın 10-da Naxçıvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Cəlilabadda qar örtüyünün hündürlüyü 35 sm olub like
  • 11 Yan 10:21  
Digərləri Cəlilabadda qar örtüyünün hündürlüyü 35 sm olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-nə olan məlumatına əsasən

arrow Ətraflı
Bayramov Donfridlə danışdı: like
  • 11 Yan 10:18  
Siyasət Bayramov Donfridlə danışdı:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin

arrow Ətraflı