Bölmələrimiz istənilən hava şəraitində döyüşməyə hazırdır
Siyasət 11 Yan 2023 12:06:00 350 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.
Bu xəbəri də oxu: İqor Babuşkin Prezidentə başsağlığı məktubu ünvanlayıb
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb.
Yeni istifadəyə verilmiş birləşmiş anbarlar vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən ərzaqlara və digər qidalara üstünlük verilir.
Əlavə olaraq mövsümi xəstəliklər və donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq marifləndirici söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə alınmayıb.
Qış mövsümündə təxliyə yollarının işlək vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam etdirilir.
Təkcə Kəlbəcər və Laçın rayonları ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.
Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış dövründə də yüksək peşakarlıqla icra olunur.
Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilər
"Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olun
Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət almas
Fransada bıçaqlı şəxs insanlara hücum edib.
Dünyanın 29 ölkəsində koronavirusun yeni ştammı aşkar edilib. Ümumdüny
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus av
Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən ame
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə
Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusi
ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edə
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini tam əl
Lənkəranda son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri ilə nar
İrana tətbiq olunan sanksiyalar Tehran rejimini siyasi cəhətdən zəifləts�