Bexterev xəstəliyi. Hərəkətsiz onurğa
Digərləri 10 Yan 2023 22:45:00 347 0
Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Bu xəbəri də oxu: COVID19dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir?
Bexterev xəstəliyi çox ağır xroniki irəlliləyən xəstəlikdir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələri arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri biri ilə bitişir. Nəticədə onurğanın hərəkətliliyini xeyli azalır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin əlilliyinə səbəb olur.
İlk dəfə bu xəstəliyi rus nevroloqu Bexterev tədqiq edib. Bu səbəbdən xəstəlik bütün dünyada məhz Bexterev xəstəliyi kimi tanınır.
Bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda təsadüf edilir. Həmçinin, həkimlərin müşahidələrinə görə, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə daha yüngül keçir.
Xəstəliyin inkişaf etmə səbəbləri tibdə məlum deyil. Belə hesab olunur ki, buna irsi meyllik və müəyyən genetik xüsusiyyətlər səbəb ola bilər. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır.
Bexterev xəstəliyi zamanı onurğanın müxtəlif hissələrində olan oynaqlar itihablaşır, zədələnir və öz hərəkətliliyini itirir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa və müalicə başlamazsa, onurğanın hərəkətliliyi xeyli pozula bilər və hətta onurğa öz hərəkətliliyini tam itirə bilər.
Xəstəlik həmçinin daxili orqanlarda müxtəlif ağır pozulmalara səbəb olur - ürək-damar, böyrəklər, göz xəstəlikləri.
Xəstəliyin əvvəlində oma sümüyü, qasıq, ombalar nahiyəsində ağrılar hiss olunur, bu ağrılar səhər və gecə saatlarında daha güclü olur. Xəstənin yuxusu pozulur. Səhərlər xəstə çətinliklə yataqdan qalxır, bel sanki donur. Tədriclə, bəzən bir neçə ildən sonra boyun və bel nahiyəsində ağrılar hiss olunmağa başlayır. İnsan önə, arxaya, yanlara güclə əliyir, əyilmə zamanı ağrılar olur. Dərindən nəfəsalma, öskürək və asqırma da ağrılara səbəb olur.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər,
Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər
Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolunda
B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə
Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y
Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət
Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�
Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı ("Ehtiyat") Böy�
Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir.
Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına