"Fevralı gözləyək, hər şey üzə çıxacaq"


Siyasət 10 Yan 2023 22:27:00 324 0

"Fevralı gözləyək, hər şey üzə çıxacaq"

Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolundakı duruma görə Rusiya sülhməramlılarını günahlandırdı. Üçtərəfli sazişin pozulduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, Ermənistan 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çox keçmədən Paşinyana cavab verdi. O bildirdi ki, Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq.

Bəs Paşinyanın bu çıxışlarının pərdəarxası nələrdir?

Son.az musavat.com-a istinadən bildirir ki, Azərbaycan Ordusunun polkovniki, hərbi ekspert Üzeyir Cəfərovun dediyinə gorə, Nikol Paşinyan ilk dəfə deyil Rusiya sülhməramlılarını bu, yaxud digər hərəkətlərinə görə qınayır və hər dəfə Rusiya tərəfindən buna əks arqument gətirilir:

"Paşinyan bəzi hallarda haqlıdır, bəzi hallarda isə haqsızdır. Bəli, bu gün yaranmış vəziyyətə görə məsuliyyət sülhməramlılar üzərinə düşür. Çünki 30 gün ərzində Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan ekofəallarının qarşısına çıxmadı, onlarla lazım olan görüşü həyata keçirmədi, onların tələbləri çərçivəsində normal şəkildə monitorinq aparılmasına şərait yaratmadı. Paşinyanın düşüncəsinə görə, orada ekofəalları dağıtmalı, onların fəaliyyət göstərmələrinə imkan verilməməlidir. Nikol Paşinyan bu məsələdə yanılır. Bura Azərbaycan ərazisidir, burada nə etmək istədiyimizə biz qərar veririk. Bu baxımdan Paşinyan təxribatçı və avantürist bəyanat səsləndirib.

photo_167126.jpg (42 KB)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı bəyanatları sırf Qərbə hesablanmış addımlardır. Fevral ayını gözləyək. Çünki Paşinyan fevralda Ermənistanın KTMT-dən rəsmən ayrılacağını bəyan etmişdi. Mən Nikol Paşinyanın səmimiyyətinə heç vaxt inanmamışam. Onun Ermənistanın 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcəyi ilə bağlı bəyanat səsləndirməsi və buna Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun "Moskva Ermənistanın mövqeyini dəqiqləşdirəcək" kimi bəyanat verməsi onu deyir ki, arada müəyyən razılaşmalar, oyunlar var. Biz yaxın zamanlarda bu oyunların nəyə hesablandığını görəcəyik. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ciddi qurum hesab etməmişəm. Bu, Rusiya tərəfindən yaradılmış, 6 dövlətin təşkilatıdır. O təşkilatın içərisində çox ciddi fikir ayrılıqları mövcuddur və bu, Tacikistanla Qırğızıstan arasında 2022-ci ildə yaşanılmış qanlı mübarizədə də öz təzahürünü tapdı. Qırğızıstan Tacikistanın KTMT-dən uzaqlaşdırılması məsələsini gündəmə gətirdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formal bir qurumdur. Guya NATO-ya qarşı yaradılıb. NATO-ya qarşı yaradılmış Varşava Müqaviləsi Təşkilatı əgər tarixin yaddaşına qovuşubsa, elə də güclü imkanları olmayan 6 ölkənin Alyansa qarşı çıxış edə biləcəyi absurddan başqa bir şey deyil.

Hesab edirəm ki, Ermənistanın KTMT-dəki təlimlərdən imtina etməsi sadəcə blefdir. Daha çox Qərbdən dəstək əldə etmək, özünə tərəfdarlar tapmaq üçün səsləndirilən bəyanatdır. Paşinyanın 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı səsləndirdiyi fikirlər, hədə-qorxular onun erməni hiyləgərliyindən irəli gələn məqamlardır".

Əhmədlidə işıqlar sönüb like
  • 10 Yan 22:26  
Digərləri Əhmədlidə işıqlar sönüb

Bakının Xətai rayonunda işıqlar sönüb.

arrow Ətraflı
Bu vitaminin böyük dozaları aqressiv xərçəng yaradır like
  • 10 Yan 22:25  
Digərləri Bu vitaminin böyük dozaları aqressiv xərçəng yaradır

B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə

arrow Ətraflı
Rusiyanın dağılma ehtimalı like
  • 10 Yan 22:23  
Siyasət Rusiyanın dağılma ehtimalı

Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y

arrow Ətraflı
Namaz insan həyatına ilahi dəstəkdir like
  • 10 Yan 22:20  
Digərləri Namaz insan həyatına ilahi dəstəkdir

Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət

arrow Ətraflı
Azərbaycanda maaş və pensiya alan hər bir kəsə like
  • 10 Yan 22:19  
Digərləri Azərbaycanda maaş və pensiya alan hər bir kəsə

Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�

arrow Ətraflı
Şahzadə Harrinin həyatı ilə bağlı qalmaqallı kitab like
  • 10 Yan 22:18  
Dünya Şahzadə Harrinin həyatı ilə bağlı qalmaqallı kitab

Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı ("Ehtiyat") Böy�

arrow Ətraflı
Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə like
  • 10 Yan 22:17  
Digərləri Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə

Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir.

arrow Ətraflı
İranda fabrik yanğınında like
  • 10 Yan 22:16  
Dünya İranda fabrik yanğınında

İranın şimal-qərbində yerləşən Əlborz şəhərində fabrikdə baş ver�

arrow Ətraflı
Herpes haqda biməkdikləriniz faktlar like
  • 10 Yan 22:15  
Digərləri Herpes haqda biməkdikləriniz faktlar

Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına

arrow Ətraflı
Rejissor Anar Hüseynovun ölüm səbəbi like
  • 10 Yan 22:13  
Digərləri Rejissor Anar Hüseynovun ölüm səbəbi

Rejissor Anar Hüseynovun ölüm səbəbi məlum olub.

arrow Ətraflı
Xocalı aeroportu vurula bilər: Risk etməyə dəyməz – like
  • 10 Yan 22:11  
Siyasət Xocalı aeroportu vurula bilər: Risk etməyə dəyməz –

Azərbaycanın razılığı olmadan rus sülhməramlıların müvəqqəti nəzar

arrow Ətraflı
Duaların qəbul olmasının əsas sirlərindən birini tanıyaq like
  • 10 Yan 22:10  
Digərləri Duaların qəbul olmasının əsas sirlərindən birini tanıyaq

Duadan öncə və sonra çoxlu salavat zikr etmək onun qəbul olma sirlərində

arrow Ətraflı
Qışda xəstələnməmək üçün 7 vacib qayda like
  • 10 Yan 22:05  
Digərləri Qışda xəstələnməmək üçün 7 vacib qayda

Azərbaycanda bu qış qripə və soyuqdəyməyə yoluxanların sayı daha da ç

arrow Ətraflı
10 ən faydalı məhsullar siyahısı. like
  • 10 Yan 22:01  
Digərləri 10 ən faydalı məhsullar siyahısı.

Britaniyalı ekspertlərı insanı sağlam və cavan saxlayan, ən faydalı məh

arrow Ətraflı
Mənfi hisslər və idarə edə bilmədiyimiz duyğuların təsiri like
  • 10 Yan 21:55  
Digərləri Mənfi hisslər və idarə edə bilmədiyimiz duyğuların təsiri

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur,

arrow Ətraflı