Xocalı aeroportu vurula bilər: Risk etməyə dəyməz –
Siyasət 10 Yan 2023 22:11:00 305 0
Azərbaycanın razılığı olmadan rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə Xocalı aeroportunun istifadəsi qeyri-mümkündür. Bunu həm də Beynəlxalq Aviasiya Təşkilatının qaydaları istisna edir. Ona görə də, Xocalı aeroportuna istənilən hava nəqliyyatı vasitəsinin enməsi və qalxması separatçı rejim üçün böyük fəlakətlər vəd edir.
Bu xəbəri də oxu: Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O hesab edir ki, bu cür hərəkətlərə cavab olaraq həmin hava limanının uçuş zolağı və idarəetmə məntəqəsi sıradan çıxarıla bilər: "Odur ki, belə bir riskə separatçı rejim imza atmamalıdır. Eyni zamanda hansısa bir aviasiya şirkəti də həmin ərazilərə uçuşlara cəsarət etməməlidir. Burada digər məsələ Qarabağdakı separatçılar arasındakı konfiliktlə bağlıdır. Bu sırada hərbi cani Vitali Balasanyanın indiki halda orada tutduğu "vəzifə"sindən uzaqlaşdırılması diqqəti çəkir. Xocalı soyqırımının, I və II Qarabağ müharibəsində iştirak etmiş şəxslərdən bir kimi o, Azərbaycan tərəfindən terrorçular siyahısında yer alıb".
Hərbi ekspertə görə, Qarabağda olan ermənilər Balasanyanı daha çox qəbul edirdi: "O, oradakı vəziyyətin gərginliyini, Azərbaycanın bu məsələdə mövqeyini artıq qəbul edənlərdən biri idi. Vaxtilə etdiyi vəhşiliklərə rəğmən bugünkü reallığı daha çox qəbul edirdi. Ona görə də, Ruben Vardanyan bu təhlükəni görüb onu "vəzifə"sindən uzaqlaşdırmağa nail oldu. Fakt odur ki, cani Balasanyan prosesdən uzaqlaşdırıldı. Amma buna baxmayaraq Vardanyanla orada Balasanyana tabe olan silahlı qruplaşmalar arasında ixtilafların olacağı da qaçılmazdır".
Ədalət Verdiyevin fikrincə, Azərbaycan bu proseslərdən öz xeyrinə maksimum dərəcədə yararlanmalıdır: "Oradakı erməni əsilli insanlarla əlaqələrin daha da genişlənməsinə ehtiyac var".
Duadan öncə və sonra çoxlu salavat zikr etmək onun qəbul olma sirlərində
Azərbaycanda bu qış qripə və soyuqdəyməyə yoluxanların sayı daha da ç
Britaniyalı ekspertlərı insanı sağlam və cavan saxlayan, ən faydalı məh
Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur,
Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə zamanı Praqa g�
İmam Baqir(ə) nəql edir ki, Peyğəmbər (s) son həcc mövsümündə xitab
İstəyirsən ki, bu dünyada bir əlin yağda, bir əlin balda olsun, axirətin
Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdıla
Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlan
Hədislərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün ila
"Paşinyan Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, Azərbaycan v
"Şimali Koreya Rusiyanın istəyi ilə üçüncü ölkələr vasitəsilə
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya - yüksək
10 yaşlı Nərmin Quliyevanın qətlinin təfərrüatları ilə bağlı mərhum
Fəsil dəyişməsi ilə əlaqədar olaraq soyuqdəymə və qripdən əziyyət �