Paşinyan meydan oxudu – Ermənistan Rusiyanı
Siyasət 10 Yan 2023 21:38:00 314 0
"Paşinyan Rusiya hərbi bazasını Ermənistandan çıxarsa, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq".
Bu xəbəri də oxu: İlham Əliyev: Burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyat, həm də ağılsızlıqdır
Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə diqqət çəkib:
"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu "təhdid" adlandırıb. Ukraynadakı müharibənin fonunda Qərb ölkələrinin Rusiyaya münasibətinin dəyişdiyini vurğulayan Paşinyan belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, əksinə, ona təhdid yaratdığını bildirib.
Paşinyan hakimiyyətdə olduğu dövrdə ziddiyyətli çox açıqlama verib, ancaq Rusiyanın ünvanına hələ beləsini səsləndirməmişdi. Onu bu açıqlamalara son bir neçə il ərzində görüşdüyü Qərb liderləri, diplomatları və kəşfiyyat rəhbərləri həvəsləndirib. Digər səbəb Azərbaycandır.
Paşinyanın məntiqinə görə, Rusiya Ermənistanın düşməni Azərbaycana təzyiqi lazım bilməyibsə, Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlı etirazçılara qarşı güc tətbiq etməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək, İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur. Ancaq Paşinyan daha da irəli gedərək "Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur" fikrini təlqin etməyə başlayıbsa, bu, Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə "qırmızı xətt"i aşması kimi dəyərləndiriləcək".
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxararsa, həm də Rusiyanın hərbi bazasını ləğv edərsə, bunun Cənubi Qafqaza faydası olacaq:
"Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi qalmayacaq. Paşinyanın bunları etmək üçün zamanı azdır, o Rusiya ilə ipləri qoparmaq planını işə salana kimi Moskva onun işini bitirə bilər".
"Şimali Koreya Rusiyanın istəyi ilə üçüncü ölkələr vasitəsilə
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya - yüksək
10 yaşlı Nərmin Quliyevanın qətlinin təfərrüatları ilə bağlı mərhum
Fəsil dəyişməsi ilə əlaqədar olaraq soyuqdəymə və qripdən əziyyət �
İçində kirəc yığılmış çaydandan su və ya çay içmək böyrəklərdə
Qurani kərim buyurur: "Allah оnun lütfünә sığınanları әmin-amanl�
Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təci
Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç
Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən
Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq m�
Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək.
İnsanın ən böyük əxlaqi çatışmazlıqlarından biri də öz eyb və nöq
Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır
Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərk
İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qar