Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə...


Digərləri 10 Yan 2023 21:10:00 356 0

Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə...

İnsanın ən böyük əxlaqi çatışmazlıqlarından biri də öz eyb və nöqsanlarından xəbərsiz olmasıdır. Onun yolunu azmasına bir çox hallarda cəhalət və nadanlıq səbəb olur. Belə ki, qəflət və özündən xəbərsizlik nəticəsində, qəlbdə özünə yer edən xoşagəlməz sifət və xüsusiyyətlər insanın bədbəxtçiliyinə gətirib çıxarır.Bunun nəticəsində də xoşbəxt həyat uğrunda görülən bütün sə'y və cəhdlər nəticəsiz qalır.

İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir. Çünki, yalnız onların nədən ibarət olduğundan agah olduqdan sonra insan onu günah və mənəviyyatsızlığa sürükləyən xüsusiyyətlərdən qoruya bilər.

İnsanların üzərinə düşən ən başlıca vəzifə, ruh və mənəviyyatımıza diqqət yetirib çatışmazlıqlarımızın nədən ibarət olduğunu bilmək və onları aradan qaldırmaq üçün daxili xüsusiyyətlərimizə nəzər salmaqdır. Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə şüur və tərzi-təfəkkürümüz də bir o qədər sağlam və münəzzəm olar. Bu yolda atılan hər bir addım isə müsbət nəticə verir və bütün bunları hər şey başa çatdıqdan sonra müşahidə etmək olur.

Hər bir insan da - istər varlı olsun, istərsə də yoxsul, istər cavan olsun, istərsə də qoca - hər gün gördüyü bütün xeyirxah və ya xoşagəlməz işləri nəzərdən keçirib nəticə çıxarmalıdır. Səbir və təmkinlik göstərməklə - məhz belə bir uğurlu addım atmaqla - insan mənəvi saflığa nail ola bilər!"

İnsanlar arasında elələri  vardır ki, daim başqalarının sirlərindən agah olmağa çalışırlar. Onlar başqaları barədə xoşagəlməz sözlər deyər, onların gördükləri bütün işlərə irad tutar və münasibətdə olduqları zaman onlara istehza ilə yanaşarlar. Özləri əxlaqi dəyərlərdən uzaq olmalarına baxmayaraq, mənəvi saflığa diqqət yetirmək əvəzinə daim başqalarında eyb və nöqsan axtarmağa çalışarlar.

Bu xoşagəlməz xüsusiyyət əxlaqi dəyərləri tənəzzülə uğradaraq həyatın şirinliyinə xələl gətirir.

Başqalarına eyb və nöqsan tutan şəxslər öz diqqət və mülahizələrini ağıl və məntiqin qəbul etmədiyi yerlərdə işlədirlər, çünki, onlar öz sə'ylərini - eyb və nöqsan tutmaq üçün - dost-tanışlarının rəftar və davranışlarına nəzarət etməyə sərf edirlər. Bu işə həddindən artıq vaxt qoyduqları üçün özlərinin gördükləri işləri arayıb-araşdırmağa fürsət tapmırlar və bunun üçün də haqq yoldan uzaq düşürlər. Yaxın münasibətdə olduqları şəxslərlə belə daimi səmimiyyəti qoruyub saxlaya bilməzlər. Dostlarından birinin yanında başqalarının eyb və nöqsanlarından söz açdıqları kimi, münasib şərait yarandıqda dərhal həmin şəxslərin yanında da dostlarının çatışmazlıqlarından da söz açarlar.

Şərəf və mənlik insanın özünün yiyələndiyi əxlaq və davranış tərzindən meydana gəlir. Bunun üçündə başqalarının şərəf və mənliyinə təcavüz edən şəxslər şübhəsiz ki, öz şərəf və mənliyinədə ağır zərbə vurmuş olur.

Yaşadıqları dünyada başqaları ilə ünsiyyətdə olmaq istəyən şəxslər hər şeydən əvvəl üzərlərinə düşən vəzifələrlə tanış olmalıdırlar. Daim başqaları ilə gözəl münasibətdə olmalı və onların səmimi davranışlarını yüksək qiymətləndirməyi bacarmalıdırlar.

İnsan ictimai həyatda başqalarının şəxsiyyəti və mənliyi ilə zidd olan adət və xüsusiyyətlərini dəyişməlidir. Çünki, səmimiyyət qarşılıqlı hörmət və ehtiram nəticəsində əldə olunur. Dost və yaxınların nöqsanlarının üzərinə pərdə çəkməyə adət edən şəxslər başqaları ilə daha çox səmimi ola bilərlər. Onlar yoldaşlarında hər hansı bir çatışmazlıq müşahidə etdikdə, başqalarının yanında bu barədə əsla söz açmır, əksinə, onlarla təklikdə olduqda buraxdıqları səhvlər barədə xəbərdarlıq edir və dəyərli məsləhətlər verirlər.

Qurani-Kərim, "Huməzə" surəsinin 1-ci ayəsində başqalarına rişxənd edib tənə vuran şəxslərin aqibətini belə bəyan edir: "[arxada] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!"

İslam, cəmiyyətin birliyini qorumaq üçün ictimai həyatda ədəb və əxlaq qaydalarına riayət etməyi hər bir müsəlmana vacib, əlaqələrin pozulmasına gətirib çıxaran və ixtilaflara səbəb olan qeybət, tənə vurub başqalarının eyb və nöqsanlarını üzə çıxarmağı isə qətiyyətlə yasaq etmişdir. Müsəlmanlar bir-birlərinin hüquqlarına riayət etməli, tənə və töhmət vurmaqdan uzaq olmalıdırlar.

İmam Sadiq (ə) buyurur:

"Bulaq suyu insana susuzluğunu yatırıb ona rahatlıq bəxş etdiyi kimi, iman sahibləri də bir-birlərinə mənəvi dayaq olub onlara ruhi rahatlıq bəxş edərlər. "(Həmin mənbə 2-ci cild səh. 459. )

Hər gün sülhməramlılara 25 maşınla nə gətirilir? like
  • 10 Yan 21:07  
Siyasət Hər gün sülhməramlılara 25 maşınla nə gətirilir?

Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır

arrow Ətraflı
Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı… like
  • 10 Yan 21:07  
Siyasət Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı…

Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərk

arrow Ətraflı
İran rəsmisinin qardaşı xarici ölkədən like
  • 10 Yan 21:06  
Siyasət İran rəsmisinin qardaşı xarici ölkədən

İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qar

arrow Ətraflı
Azərbaycanda satılan bu insulin dərmanı saxtadır like
  • 10 Yan 21:05  
Digərləri Azərbaycanda satılan bu insulin dərmanı saxtadır

Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə

arrow Ətraflı
Prezident elan etdi: Yeni komando qüvvələri yaradılacaq! like
  • 10 Yan 21:04  
Siyasət Prezident elan etdi: Yeni komando qüvvələri yaradılacaq!

Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə �

arrow Ətraflı
İlham Əliyev: Sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək! like
  • 10 Yan 21:03  
Siyasət İlham Əliyev: Sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək!

Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılma

arrow Ətraflı
3 min azərbaycanlı saxlanılıb, 16sı haqda like
  • 10 Yan 21:02  
Siyasət 3 min azərbaycanlı saxlanılıb, 16sı haqda

İranda etirazlar zamanı öldürülən 519 nəfərdən 69-u uşaqdır. 20 min e

arrow Ətraflı
Saçların tökülməsini azaldan like
  • 10 Yan 21:01  
Digərləri Saçların tökülməsini azaldan

Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini yaxşılaşdırmaq,

arrow Ətraflı
Dəfnə yarpağının faydaları və müalicəvi xüsusiyyətləri like
  • 10 Yan 21:01  
Digərləri Dəfnə yarpağının faydaları və müalicəvi xüsusiyyətləri

* Dəfnə yarpağı ən dadlı qida qatqılarından sayılır. Onun özünəməx

arrow Ətraflı
İlham Əliyev: Buna ürəkdən inanırdım, lakin olmadı like
  • 10 Yan 21:00  
Siyasət İlham Əliyev: Buna ürəkdən inanırdım, lakin olmadı

Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlm

arrow Ətraflı
"Onlar Mənzurə ola bilməyəcəklər"  VİDEO like
  • 10 Yan 21:00  
Şou-biznes "Onlar Mənzurə ola bilməyəcəklər" VİDEO

Müğənni Mənzurə Musayeva həmkarları Rəqsanə İsmayılova və Nazənin S

arrow Ətraflı
Ceyhun Bayramov Buyar Osmani ilə telefonla danışıb like
  • 10 Yan 20:41  
Siyasət Ceyhun Bayramov Buyar Osmani ilə telefonla danışıb

10 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun

arrow Ətraflı
Səidə Sultan: “Hazırda efirdə olan müğənnilər “tərbiyəsiz səslər”dir  VİDEO like
  • 10 Yan 20:40  
Şou-biznes Səidə Sultan: “Hazırda efirdə olan müğənnilər “tərbiyəsiz səslər”dir VİDEO

"Heç kim gəlmir deyə verilişə o müğənnini çağırırlar. Həftəni

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır like
  • 10 Yan 20:37  
Siyasət İlham Əliyev: Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu,

arrow Ətraflı