Diqqətsiz qılınan namaz insanı təkamülə çatdırmaz
Digərləri 10 Yan 2023 22:40:00 313 0
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı yüngül hesab edər, mənim ümmətimdən deyildir".
Bu xəbəri də oxu: Vətəndaşları sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanıldı
Əziz Peyğəmbərin (s) bu nurani hədisindən də məlum olduğu kimi, namaz - bir müsəlman üçün son dərəcə əhəmiyyətli və mühüm bir ibadətdir. İnsan təkamül etməyə möhtac olan bir varlıqdır. İnsan ibadətlər içərisində ən çox namazla Allaha yaxınlaşa və təkamül edə bilər. Ona görə də namazı dinin sütunu adlandırırlar.
Əgər namazın həqiqətinə diqqət etsək, görərik ki, zahirdə qıldığımız bu ibadət sadəcə zahirlə bitmir, namazın batini də vardır.Namaz - zahiri yerinə yetirdiyimiz o əməllərdəndir ki, dinimiz onu vacib buyurmuşdur. Namazın ruhu və batini də vardır ki, ibarətdir: ixlas, qəlb hüzuru, Allahı zikr edib qarşısında təzim etmək, Allahın rübubiyyət sifətinə ümid bəsləmək.
O zaman ki, namazın zahiri batini ilə birləşər, həqiqi namaz halını alar. Necə ki, insan cismi və ruhu ilə bir insan hesab edilir, namaz da həm zahiri və həm də batini olarsa, həqiqi namaz hesab olunar.
Ona görə də o namaz ki, ancaq zahiridir və ruhdan məhrumdur - təsirli ibadət sayılmaz. Belə namaz, namazqılanı təkamülə çatdırmaz.
Necə ki, Peyğəmbərimiz (s) buyurur: "Allah Təala o namaza nəzər salmaz ki, insan ürəyini bədəni ilə namaza hazır etməmişdir".
Ona görə də o kəslər ki, namazın batinindən xəbərsizdirlər, namazın onların əməlinə təsir etmədiyini iddia edirlər. Əlbəttə, o namaz ki, ancaq zahirə malik olar və batindən məhrum olar - insana tərəqqi etmək üçün zəminələr hazır etməz.
İmam Rza (ə) buyurur: "Namazın insanlara vacib olmasının səbəbi budur ki, namazqılan Allah Təalanın rübubiyyətini etiraf və təsdiq edər. Hər cür şirki müqəddəs varlığından uzağa atar. Cəbbar Allahın dərgahında xar, çarəsiz, təvazökar halda dayanar və keçmiş günahlarına göz yummasını istəyər. Allah Təalaya təzim və (Onu) böyük tutmaq üçün hər gün üzünü torpağa vurar ki, bu vasitə ilə həmişə Allahı yada salsın, Allahı unutmasın. Allahın neməti onun üsyanına və tüğyan etməsinə səbəb olmasın. Bəlkə ürəyi sınmış və zillət halını əldən vermədən, dünya və dininin inkişaf etməsini istəsin".
Qurani-Məcid buyurur ki, namaz o əməllərdəndir ki, insanın əxlaq və şəxsiyyətinə təsir qoyar və insan namaz vasitəsilə əxlaqi fəzilətlərini artırar və mənəvi təkamül edər. "Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar. Namaz qılanlardan savayı". ("Məaric" 19-22).
Namaz insanı maddiyyatın dörd divarından çıxardır və mələkut aləminə qaldırır. Mələklərlə sirdaş olur və o, Allahı ilə razı-niyaz edə bilir.
Beləliklə deyə bilərik ki, namaz insanı ən çox Allaha yaxınlaşdıran və təkamülü üçün şərait yaradan ibadətlərdəndir. Bu ibadətin zahiri və batini vardır. İnsan əgər namazını zahiri və batini ilə bir yerdə qılarsa, o zaman müsbət nəticə əldə edər. Əks halda, sadəcə zahirlə kifayətlənmək insana fayda verməz.
Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərər
Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolunda
B3 vitamininin yüksək dozaları aqressiv şiş və beyinə metastazlara səbə
Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı y
Bütün məsumların (ə) vəzifəsi insanları Allaha ibadət etməyə dəvət
Minimum əmək haqqı 300 manatdan 345 manata çatdırılır. Bu da 15 faiz art�
Britaniya şahzadəsi Harrinin avtobioqrafik kitabı ("Ehtiyat") Böy�
Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir.
Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına
Azərbaycanın razılığı olmadan rus sülhməramlıların müvəqqəti nəzar