"Ultimatum? Nə ultimatum?!" Paşinyan


Siyasət 10 Yan 2023 12:36:00 341 0

"Ultimatum? Nə ultimatum?!"  Paşinyan

"Mən artıq bu məsələyə toxunmuşam və bir daha vurğulayıram ki, Laçın dəhlizinin təhlükəsizliyi Rusiya Federasiyası tərəfindən təmin edilməlidir"

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda, Hökumət Dəftərxanasının binasında keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən "Rusiya və Azərbaycanın hüquqi öhdəlikləri var. Laçın dəhlizinin fasiləsiz işləməsi üçün Ermənistanın heç bir öhdəliyi yoxdur".

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

N.Paşinyanın bugünkü mətbuat konfransında söylədiklərini təqdim edirik:

Ermənistan-Türkiyə münasibətləri barədə

"Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılacaq"

Rusiyaya ultimatum barədə

"Ultimatum? Nə ultimatum?! Ermənistan Laçın dəhlizinin açılması üçün Rusiya ilə ultimatum dili ilə danışmaq fikrində deyil. Ultimatumla bağlı iddialar tamamilə əsassız və yanlışdır"

Laçın yolu barədə

"Rusiya Federasiyasının sülhməramlı kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir.  Ermənistanın Laçın dəhlizinin rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Dəhlizin fəaliyyətini təmin etmək üçün əsas vəzifələr Moskva və Bakıya həvalə olunub. Üçtərəfli bəyanat açıq sənəddir və hər kəs onu oxuya bilər. Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətində olmalıdır, bu da o deməkdir ki, Laçın dəhlizinə heç bir başqa qurum nəzarət etməməlidir. Və ümid edirik ki, bu tələb yerinə yetiriləcək. Söhbət Azərbaycanın danışıq qabiliyyətindən gedir"

Region barədə

"Beynəlxalq təchizat zəncirlərində ciddi dəyişiklik var. Bölgəmiz beynəlxalq daşımalar baxımından daha maraqlı olur və hesab edirəm ki, Ermənistan-Türkiyə sərhədinin açılması və dəmir yolunun işə salınması qlobal əhəmiyyət kəsb edir. Ümid edirəm ki, biz bu istiqamətdə irəliləyə biləcəyik. Mən bir daha bəyan etməliyəm ki, Yeraşx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası da daxil olmaqla, Ermənistan ərazisindən keçən avtomobil nəqliyyatına dəstəyə də hazırıq. Buna mane olan yeganə şey Azərbaycanın hansısa dəhlizlərlə bağlı davam edən ritorikasıdır".

Rusiya və Belarusa qatılaraq Birlik Dövlətinə qoşulmaq  barədə

"Birlik Dövlətinə qoşulmaq üçün rəsmi təklif olmayıb. Ancaq bəzən problemlərin və qlobal proseslərin kontekstinə daha dərindən baxmaq lazımdır":

Rusiyadan gözləntilər barədə

"Ermənistan Respublikasının yaranması prosesində təməl daşı Rusiyanın Ermənistanın təhlükəsizliyinin birinci təminatçısı olduğuna inam idi. Və biz məsələni bu cür dərk etmişik və qavramaqda davam edirik.

2020-ci ildə 44 günlük müharibədən sonra Rusiya Federasiyası ilə əsas gündəliyimiz ondan ibarət idi ki, Azərbaycanın Ermənistanın suveren ərazilərinə təcavüz edəcəyindən narahatıq. Bu söhbətlər çox konkret idi və bu müzakirələr nəticəsində biz Ermənistan sərhədlərinin təhlükəsizlik tərəfdaşlarımız üçün qırmızı xətt olduğuna dair rəsmi zəmanət aldıq.

2021-ci ilin mayında təcavüz baş verəndə biz tərəfdaşlarımızdan, xüsusən də Rusiyadan konkret hərəkətlər gözləyirdik. Müraciətlərimizə cavab olaraq cavab aldıq ki, Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. Sual yarandı ki, o qırmızı xətt hara gedir? Münasibətləri daha da inkişaf etdirmək üçün qırmızı xəttin haradan keçdiyini və məsuliyyət sahəsinin harada olduğunu başa düşməliyik"

KTMT təlimləri barədə

"Ermənistanın müdafiə naziri artıq KTMT-dəki həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək"

Moskvaya daha bir messic

"Rusiyalı həmkarlarımızın diqqətini ona cəlb edirik ki, Azərbaycan Qərb tərəfdaşları ilə Ermənistan-Rusiya dairələrinin yaratdığı təhlükə barədə danışarkən, onların cavab verməməsi şəraitində Rusiya Federasiyasının hərbi mövcudluğunun Ermənistan nəinki Ermənistanın təhlükəsizliyinə təminat vermir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır.

BMT qətnamələri barədə

"Həm dünən, həm də bu gün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə bəlkə də praqmatik olmamışıq".

Orxan Hun Son.az

Rusiyanın bu ərazisində temperatur 61 dərəcəyə endi like
  • 10 Yan 12:19  
Dünya Rusiyanın bu ərazisində temperatur 61 dərəcəyə endi

Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın tem

arrow Ətraflı
Müğənni uşaqlıq like
  • 10 Yan 12:08  
Şou-biznes Müğənni uşaqlıq

Müğənni Rüfət Axundov sosial şəbəkədə sosial şəbəkədə arxiv foto

arrow Ətraflı
Ukrayna bu ərazidə uğur qazandı, like
  • 10 Yan 11:57  
Dünya Ukrayna bu ərazidə uğur qazandı,

Ukrayna hərbçiləri ruslara qarşı hücumlarını davam etdirir və Luqansk v

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ like
  • 10 Yan 11:49  
Siyasət Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ

"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək ha

arrow Ətraflı
Məşhur aktyor "Alparslan Büyük Selçuklu"da like
  • 10 Yan 11:46  
Şou-biznes Məşhur aktyor "Alparslan Büyük Selçuklu"da

"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"

arrow Ətraflı
Şok: Qabrielyants bir çamadan pulla Xankəndidən qaçdı like
  • 10 Yan 11:37  
Siyasət Şok: Qabrielyants bir çamadan pulla Xankəndidən qaçdı

Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıları

arrow Ətraflı
Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb like
  • 10 Yan 11:24  
Kriminal Kürdəmirdə 2 il əvvəl törədilən oğurluğun üstü açılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axta

arrow Ətraflı
Rəfsəncaninin qızına hökm oxundu like
  • 10 Yan 11:21  
Dünya Rəfsəncaninin qızına hökm oxundu

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran

arrow Ətraflı
DYP piyadalara su sıçradan sürücülərə like
  • 10 Yan 11:19  
Digərləri DYP piyadalara su sıçradan sürücülərə

Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.

arrow Ətraflı
Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi... like
  • 10 Yan 11:17  
Digərləri Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi...

Son.az qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası Pərvanə İ

arrow Ətraflı
Həbsdə olan general müavini ilə əlbəyaxa olub? like
  • 10 Yan 11:07  
Digərləri Həbsdə olan general müavini ilə əlbəyaxa olub?

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müa

arrow Ətraflı
Narkotikin təsiri altında olan sürücü həbs edildi like
  • 10 Yan 11:05  
Kriminal Narkotikin təsiri altında olan sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-

arrow Ətraflı
Bahalı çantasını nümayiş etdirdi, tənqid olundu like
  • 10 Yan 11:02  
Şou-biznes Bahalı çantasını nümayiş etdirdi, tənqid olundu

Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun ve

arrow Ətraflı
Qar örtüyünün hündürlüyü Bakıda 810 smdək olub like
  • 10 Yan 10:55  
Digərləri Qar örtüyünün hündürlüyü Bakıda 810 smdək olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən,

arrow Ətraflı