Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ
Siyasət 10 Yan 2023 11:49:00 328 0
"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".
Bu xəbəri də oxu: Qazaxıstanın XİN rəhbəri Ceyhun Bayramova zəng edib
Son.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq.
"Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqıları artacaq. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əmək haqqları 345 manatdan azdır və onlar 300-338 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 979 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Konkret artım faizləri bu il fevralın 5-dək müəyyən ediləcək".
Bəs müəllim və həkimlərin maaşları artacaqmı?
Deputat qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar olacaq:
"Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əmək haqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
Son.az
"TRT1" kanalında yayımlanan "Alparslan Büyük Selçuklu"
Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıları
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axta
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, İran
Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib.
Son.az qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası Pərvanə İ
Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müa
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-
Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun ve
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən,
Dünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən bir
Demet Akalın təyinat gözləyən müəllimlərin etiraz aksiyasına qatılıb.
İranın keçmiş yüksək vəzifəli rəsmisi casusluq ittihamı ilə həbs edi
Bu gündən Xankəndində ərzaq məhsulları talonla satılacaq.
Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri bal