Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi...


Digərləri 10 Yan 2023 11:17:00 211 0

Karpov azərbaycanlı şahmatçı xanımın qulağına nə demişdi...

Son.az qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası Pərvanə İsmayılovanın Azvision.az-da dərc edilən məqaləsini təqdim edir:

Dahi Anatoli Karpov ilə ilk görüşümün necə baş verməsi haqda bu yazıda, ikinci görüşlə bağlı xatirələri isə burada təsvir etmişdim. Üçüncü görüşümüzün də maraqlı tarixçəsi var... 

1997-ci ildə İstanbulda kişilər arasında beynəlxalq şahmat festivalı keçirilirdi. 15 yaşım var idi. Şahmat karyeramın ən gözəl və ən güclü oynadığım dövrü idi. Lakin yenə tək idim. Yarışlara özüm-özümü hazırlayırdım. Ölkəmizin Şahmat Federasiyasından görə bilmədiyim dəstək və qarşılaşdığım haqsızlıqlar səbəbilə uzaqlaşıb, qardaş Türkiyədə yaşamağa məcbur olmuşdum. Hər yaxşı karyeralı şahmatçının ən az bir müəllimi olur. Mənim isə müəllimim özüm idim. Təbii ki, arada atamın dəstəyini hiss edirdim. Lakin ildən-ilə şahmatın səviyyəsi artırdı. Rəqiblərim çox güclü müəllimlərlə məşq etdiyi üçün mənə artıq atamın dəstəyi kömək etmirdi. Gecə-gündüz bacardığım qədər öz üzərimdə işləyirdim. Amma aşağı yaş dövrlərindəki kimi nailiyyətlərim daha olmurdu. Bu, başqa bir mövzu olaraq qalsın. Mən İstanbulda həm orta təhsil alır, həm də şahmat fəaliyyətimə bacardığım qədər davam edirdim. Kişilər arasında beynəlxalq şahmat festivalına dəvət alanda çox sevinmişdim. Çünki qatıla biləcəyim səviyyəli yarışlar kifayət qədər az olurdu. Olanlara isə maddi imkansızlıq səbəbilə gedə bilmirdim. Bu yarışda iştirak etmək niyyətimin əsas səbəbi ancaq birinci olmaq idi. Pərvanə olaraq qalmağım və davam etməyim üçün bu yarışda qalib gəlməli idim. Gəldim də! Yarışın son gün idi, bağlanış mərasimi başlayırdı. Böyük həyəcan və sevinclə kuboku alacağım dəqiqələri gözləyirdim. Bir anda yenə dahi qrossmeyster Anatoli Karpovu yarışın təşkilatçılarının yanında gördüm. Gözlərimə inana bilmədim. Bu, həqiqətən mənim üçün çox böyük sürpriz oldu. Alacağım kubokun dəyərinə dəyər qatıldı. Sakitcə zaldakı digər iştirakçılara qoşulub, gözləməyə başladım. Əslində məni çox yaxşı tanıyan Karpova yaxınlaşıb, görüşməli idim. Amma bir sınaq keçirmək qərarına gəldim. Tədbir başladı, təşkilatçılar və fəxri qonaqlar çıxışlarını etdilər. Nəhayət, qalibin elan olunması vaxtı gəldi çatdı. Yarışının hakimi böyük sevinclə birinci yerin qalibi kimi məni səhnəyə dəvət etdi. Səhnəyə çıxarkən Karpovun üzünə diqqətlə baxırdım. Təəccüblə qaşlarını çatıb, məni süzdü. Sınağımın səbəbi bu idi. Deməli, Karpov artıq məni tanıyırdı... Dahi Karpov tərəfindən unudulmamağım şahmata həvəsimi daha da artırırdı. Səhnəyə çıxdım. Karpov gülərək əlimi bərk-bərk sıxdı və kuboku mənə təqdim etdi. Əyilib, qulağıma bir söz dedi. Bu, hər kəsin marağına səbəb olmuşdu. Hamını düşündürürdü ki, görəsən, şahmatın kralı mənə nə dedi ki, hər ikimiz gülümsədik? Karpovun dediklərini ilk dəfə burada yazıram: "Gözəl qız, hər yerdə qarşıma sən çıxırsan. Bilmirəm bu, təsadüfdür, ya mənim şansımdır?" Həmin sözlər indi də qulağımda səslənir. Daha sonra isə səhnədən hər kəsə məni artıq yaxşı şahmatçı kimi tanıdığını və turnirin qalibi olduğuma heç də təəccüb etmədiyini bildirdi. Doğrudan da, dahi sənətkarların şəxsiyyəti də böyük olur. Məhz bu səbəbdən mən dahi Karpovun həm şahmat taktikasını və strategiyasını, həm də yüksək insani keyfiyyətlərini çox bəyənirəm. O, həqiqətən çox böyük insandır. Doğru bir deyim var: "Yaxşı insanın milliyyəti olmur", yaxşı insanlar özləri ayrıca bir millətdirlər. Təqdimatdan sonra Karpov yenə bir neçə şahmatçı ilə seans görüşləri keçirdi. Bu dəfə isə oyunu hər ikimiz bəlkə də bilərəkdən heç-heçəyə apardıq. Bu, mənim karyeramda ən qiymətli "heç-heçə" oldu. 

Həbsdə olan general müavini ilə əlbəyaxa olub? like
  • 10 Yan 11:07  
Digərləri Həbsdə olan general müavini ilə əlbəyaxa olub?

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müa

arrow Ətraflı
Narkotikin təsiri altında olan sürücü həbs edildi like
  • 10 Yan 11:05  
Kriminal Narkotikin təsiri altında olan sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-

arrow Ətraflı
Bahalı çantasını nümayiş etdirdi, tənqid olundu like
  • 10 Yan 11:02  
Şou-biznes Bahalı çantasını nümayiş etdirdi, tənqid olundu

Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun ve

arrow Ətraflı
Qar örtüyünün hündürlüyü Bakıda 810 smdək olub like
  • 10 Yan 10:55  
Digərləri Qar örtüyünün hündürlüyü Bakıda 810 smdək olub

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən,

arrow Ətraflı
Maşınla kanala düşüb ölən sürücü müəllim imiş... like
  • 10 Yan 10:54  
Digərləri Maşınla kanala düşüb ölən sürücü müəllim imiş...

Dünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən bir

arrow Ətraflı
Aksiyaya qatılan sənətçidən like
  • 10 Yan 10:29  
Şou-biznes Aksiyaya qatılan sənətçidən

Demet Akalın təyinat gözləyən müəllimlərin etiraz aksiyasına qatılıb.

arrow Ətraflı
Media fəalından ŞOK İDDİA like
  • 10 Yan 10:18  
Dünya Media fəalından ŞOK İDDİA

İranın keçmiş yüksək vəzifəli rəsmisi casusluq ittihamı ilə həbs edi

arrow Ətraflı
Xankəndində “talon sistemi” tətbiq edildi: Hədəf nədir? like
  • 10 Yan 09:56  
Digərləri Xankəndində “talon sistemi” tətbiq edildi: Hədəf nədir?

Bu gündən Xankəndində ərzaq məhsulları talonla satılacaq.

arrow Ətraflı
Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, like
  • 10 Yan 09:49  
Digərləri Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub,

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri bal

arrow Ətraflı
Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib like
  • 10 Yan 09:44  
Digərləri Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Son iki gündə Bakıda baş verən qəzaların sayı like
  • 10 Yan 09:39  
Digərləri Son iki gündə Bakıda baş verən qəzaların sayı

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Külli miqdarda narkotiki taxıl anbarında gizlədən şəxs saxlanıldı like
  • 10 Yan 09:35  
Digərləri Külli miqdarda narkotiki taxıl anbarında gizlədən şəxs saxlanıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tə

arrow Ətraflı
Laçın yolundan BQXKnın 2 avtomobili keçid edib like
  • 10 Yan 09:26  
Digərləri Laçın yolundan BQXKnın 2 avtomobili keçid edib

Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən La

arrow Ətraflı
Qarın bölgəsindəki pylərdən xilas edən içki like
  • 10 Yan 08:59  
Digərləri Qarın bölgəsindəki pylərdən xilas edən içki

Bir çox insanlar nə qədər pəhriz saxlasalar da qarın bölgələrində yı�

arrow Ətraflı
Sallivan İrana görə like
  • 10 Yan 08:58  
Siyasət Sallivan İrana görə

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk

arrow Ətraflı