Xankəndində “talon sistemi” tətbiq edildi: Hədəf nədir?


Digərləri 10 Yan 2023 09:56:00 335 0

Xankəndində “talon sistemi” tətbiq edildi: Hədəf nədir?

Bu gündən Xankəndində ərzaq məhsulları talonla satılacaq.

Son.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan özünün Facebook səhifəsindəki dünənki paylaşımında deyib.

O bildirib ki, son 1 ayda Xankəndi və digər ermənilərin yaşadığı ərazilərdə ərzaq qıtlığı yaranıb. Ona görə də yerli qurumlar sərt tədbirlər həyata keçirmək zorunda qalıb.

Vardanyanın bu şou-müraciəti əslində siyasi məqsədlər daşıyır.

Birincisi ona görə ki, Vardanyan iddia edir ki, "humanitar böhran" dekabrın 12-dən sonra yaranıb. Yəni, azərbaycanlıların Şuşa-Xankəndi yolunda dinc aksiyaya başlamalarından sonra vəziyyət "pisləşib". Halbuki, aksiyanın davam etdiyi 1 aya yaxın müddətdə "humanitar dəhliz" bağlanmayıb. Əksinə, hər gün ən azı 15-20 yük avtomobili Xankəndinə buraxılır. Bu da 20-30 min əhalinin ərzaq təminatı üçün kifayət qədər böyük daşımadır.

İkincisi, Vardanyan bu addımı atmaqla Xankəndindəki "humanitar böhranı"  beynəlxalq aləmin diqqətinə çatdırmaq istəyir. Yəqin ki, yaxın günlərdə Fransa, Rusiya və erməni diasporunun güclü olduğu ölkələrdə Azərbaycana qarşı çirkin kampaniya başlayacaq.

Üçüncüsü, separatçılar bunu Şuşa-Xankəndi yolunda davam edən humanitar aksiyaya adekvat addım kimi görür. Guya azərbaycanlılar aksiyanı davam etdirəcəkləri təqdirdə Qarabağdakı ermənilər də dinc dayanmayacaqlar.

Təsadüfi deyil ki, Qarabağda talon sisteminə keçirilməsi xəbərini Ermənistan mətbuatı artıq neçə gündür ki, manşetlərə daşıyıb.

Bu da onu göstərir ki, Vardanyanın bu addımı rəsmi İrəvanla və xaricdəki maraqlı qüvvələrlə razılaşdırılıb.

Hədəf də odur ki, onlar bu addımları ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya Azərbaycan Qarabağı blokadaya alıb və dinc əhalini çörəklə sınağa çəkir. Beləcə, separatçılar Azərbaycanı dünyanın qınağına tuş gətirmək istəyirlər.  

"Qarabağ klanı"na total hücum

Lakin, burda bir maraqlı məqam da var. Vardanyan məlum müraciətində bəzi erməniləri iqtisadi sabotajda ittiham edib. Beləki, o bildirib ki, bəzi imkanlı erməni benzini evlərində gizlədərək ancaq öz yaxınlarının istifadəsinə verirlər, bir çox mağaza sahibi isə malları məqsədli şəkildə gizlədir və sair. Məlum olduğu kimi hazırda separatçılara faktiki olaraq Vardanyan rəhbərlik edir.

O da öz yerini möhkəmlətmək məqsədi ilə "Qarabağ klanı"nı neytrallaşdırmaq istəyir. 3 gün öncə "Qarabağ klanı"nın ən son liderlərindən biri olan Balasanyan vəzifəsini itirdi. Lakin, onun ermənilər arasında kifayət qədər təsir imkanları var. Vardanyan son addımı ilə Balasanyan kimiləri "iqtisadi sabotajçı" kimi "ifşa" etmək istəyir. Bu hesaba da separatçıların vahid lideri olmağa nail olmaq istəyir.

O öz qərarlarını Paşinyanla da razılaşdırır.

Çünki, erməni baş nazir də "Qarabağ klanı"ndan qurtulmaq istəyir. Təsadüfi deyil ki, Yeni ilin ilk günündə erməni mətbuatı belə bir məlumat yaydı ki, Vardanyan Paşinyana 150 milyon dollar ianə edib.

Bütün bunlarsa onu göstərir ki, Robert Vardanyanın həm dünənki videomüraciəti, həm də bu günkü talon qərarının konkret hədəfləri var. Bunun birinci hədəfi Azərbaycana qarşı yeni qarayaxma kampaniyasıdırsa, ikinci məqsədi "Qarabağ klanı"nın sonunu gətirməkdir.

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, like
  • 10 Yan 09:49  
Digərləri Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub,

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri bal

arrow Ətraflı
Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib like
  • 10 Yan 09:44  
Digərləri Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Son iki gündə Bakıda baş verən qəzaların sayı like
  • 10 Yan 09:39  
Digərləri Son iki gündə Bakıda baş verən qəzaların sayı

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Külli miqdarda narkotiki taxıl anbarında gizlədən şəxs saxlanıldı like
  • 10 Yan 09:35  
Digərləri Külli miqdarda narkotiki taxıl anbarında gizlədən şəxs saxlanıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tə

arrow Ətraflı
Laçın yolundan BQXKnın 2 avtomobili keçid edib like
  • 10 Yan 09:26  
Digərləri Laçın yolundan BQXKnın 2 avtomobili keçid edib

Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən La

arrow Ətraflı
Qarın bölgəsindəki pylərdən xilas edən içki like
  • 10 Yan 08:59  
Digərləri Qarın bölgəsindəki pylərdən xilas edən içki

Bir çox insanlar nə qədər pəhriz saxlasalar da qarın bölgələrində yı�

arrow Ətraflı
Sallivan İrana görə like
  • 10 Yan 08:58  
Siyasət Sallivan İrana görə

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk

arrow Ətraflı
Dırnaqlarınızın tez uzanması və sınmaması üçün aşağıdakı qaydalara əməl edin like
  • 10 Yan 08:55  
Digərləri Dırnaqlarınızın tez uzanması və sınmaması üçün aşağıdakı qaydalara əməl edin

Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzan

arrow Ətraflı
“Vaqner”çilər indi də Serbiyanı qarışdırmaq like
  • 10 Yan 08:54  
Siyasət “Vaqner”çilər indi də Serbiyanı qarışdırmaq

Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi "Vaqner" özəl hərbi t�

arrow Ətraflı
Azərbaycan Pakistana əlavə like
  • 10 Yan 08:53  
Siyasət Azərbaycan Pakistana əlavə

Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə

arrow Ətraflı
Sabunçuda quşçuluq sexində like
  • 10 Yan 08:52  
Digərləri Sabunçuda quşçuluq sexində

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət g�

arrow Ətraflı
2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər like
  • 10 Yan 08:51  
Digərləri 2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər

2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər. Bunun üçün

arrow Ətraflı
Makron müəlliməsi ilə evliliyindən like
  • 10 Yan 08:50  
Siyasət Makron müəlliməsi ilə evliliyindən

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona olan sevgisind

arrow Ətraflı
Bakı Metrosunda like
  • 10 Yan 08:49  
Digərləri Bakı Metrosunda

"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərni�

arrow Ətraflı
Laçın yolu: şaxtaya rəğmən, artıq like
  • 10 Yan 08:47  
Siyasət Laçın yolu: şaxtaya rəğmən, artıq

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı