Azərbaycan Pakistana əlavə
Siyasət 10 Yan 2023 08:53:00 322 0
Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə "İqlimə davamlı Pakistan" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu xəbəri də oxu: Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.
Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov videokonfrans vasitəsilə çıxış edib.
Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan fəaliyyət g�
2 ədəd qoz sizin stressinizi asanlıqla aradan qaldıra bilər. Bunun üçün
Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona olan sevgisind
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Ölkə üzrə iki gündür əsl qış havası hökm sürür. Bu isə ilk növbə
2022-ci ildə milli valyutanın - İsveçrə frankının bahalaşması İsveçr�
1. Ekstrimal saç düzümü Kişilər qeyri-adi saç düzümlərindən heç xo�
Almaniyada silahlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.
İki minə yaxın "Azovstal" müdafiəçisi hələ də Rusiya əsirliy
Bu gündən (yanvarın 9-dan) etibarən beynəlxalq erməni diasporları Qərb m
Aşağıdakı reseptlə hazırlanmış məlhəmi apteklərdən hazır şəkildə
"Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə g